Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

01 Avqust

2017
14:29
202
Rezidenturaya əlavə yerləşdirmənin NƏTİCƏLƏRİ açıqlandı

Dövlət İmtahan Mərkəzi 2017/2018-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinə qəbul üçün keçirilən müsabiqənin nəticələrini açıqlayıb.

Mərkəzdən FaktXəbər-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 13 namizəd ərizə ilə müraciət edib. onların 11-i rezidenturaya qəbul olub.

Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri avqustun 2 və 3-də Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  faktxeber@gmail.com


Valyuta.com


Рейтинг@Mail.ru