Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

08 Sentyabr

2017
12:05
838
Qubanın 48 yaşlı sakini qızı ilə imtahana hazırlaşıb tələbə adını qazandı

Quba rayonunun Əspərasti kənd sakini Əfsəl Qaziyev 48 yaşında tələbə adını qazanıb.

Əfsəl Qazıyev Dövlət İmtahan Mərkəzinin 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirdiyi test imtahanında iştirak edərək Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbəsi adını qazanıb. Böyük oğlu hərbi xidmətdə olan dörd övlad atası Əfsəl Qazıyev aqronomluq fakültəsində ekologiya ixtisası üzrə əyani təhsil alacaq.

Əfsəl Qazıyev AZƏRTAC-a müsahibəsində bildirib ki, ali məktəbə sənəd verərkən ailəsi onun qərarını dəstəkləyib. IV ixtisas qrupu üzrə ilk imtahanda 157 bal toplayan abituriyent ikinci imtahanda nəticəsini 198 bala çatdırmağı bacarıb. O, qəbul imtahanlarına X sinifdə təhsil alan qızı Sarıköynəklə birgə hazırlaşıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru