Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

17 İyul

2017
18:01
958
Qəbul imtahanında 700 bal toplamış İlhamə Hüseynova uğurunun sirlərini bölüşüb

"700 bal topladığımı biləndə çox sevindim. Sevincimin həddi-hüdudu yox idi. Bu xəbəri anamla bir yerdə aldıq." 

FaktXəbər-in məlumatına görə, bu sözləri SalamNews-a müsahibəsində orta məktəbi fərqlənmə ilə bitirmiş, II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında III ixtisas qrupu üzrə imtahandan 700 bal toplamış Bakı şəhəri, Nəsimi rayonu 111 saylı orta məktəbin məzunu İlhamə Hüseynova bildirib. O bildirib ki, bundan sonrakı təhsilini Bakı Dövlət Universitetinin Hüquq fakultəsində davam etdirmək istəyir. 

Maksimum nəticəyə görə daha çox anasına borclu olduğunu bildirən İlhamə xanım, anasına ona hər mənada dəstək olduğunu bildirir: "Səhərlər mənimlə birlikdə oyanır, yeməyimi hazırlayırdı. Əziyyət çəkməyimə imkan vermirdi. Həm də dərslərimə kömək edirdi. Həm anam, həm də atam inanırdılar ki, mən 700 ballıq nəticə göstərəcəyəm və bu, mənim üçün ən böyük mənəvi dəstək idi."  

İlhamə Hüseynova bildirir ki, nəticələrdə orta məktəb təhsilimin çox böyük rolu var və birinci sinifdən 11-ci sinfə qədər bütün fənlərə, bütün dərslərə müntəzəm hazırlaşıb: "Son iki ili isə hazırlıqlara getmişəm. Desəm ki, 700 balı son iki ildə getdiyim hazırlıqlar hesabına toplamışam, yox, bu, düzgün olmazdı. İk il, sadəcə, öyrəndiklərimi təkmilləşdirmişəm, ümumiləşdirmişəm. 

Birinci imtahanda 685 bal toplamışdım. O zaman həm diqqətsizlik səhvləri olmuşdu, həm də onda proqramı tam bitirməmişdim. İnanırdım ki, bu dəfə nəticəm daha yaxşı olacaq. Çünki 700 bal yığa bilmək üçün daha ciddi hazılaşırdım."

Sonda ali məktəblərə hazırlaşanlar üzünü tutan İlhamə xanım bildirib ki, gündəlik dərslərini yaxşı oxusunlar və yaxşı hazırlaşsınlar: "Müəllimə qarşı tələbkar olsunlar, müəllimdən hər şeyi öyrənməyə çalışsınlar. Ən əsası da, dərslərini düzgün bölüşdürsünlər. Mən çalışırdım ki, gündə ən azı beş saat yatım və bunu gecəyə salırdım. Gecə yuxusu çox əhəmiyyətlidir. Səhər saat 5-də qalxıb dərslərimə hazırlaşırdım. Gündə ən azı yeddi saat dərs oxuyurdum."

Məqalədə : 700 bal 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru