Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

23 Fevral

2017
15:14
543
Putinin müşaviri Facebooku siqaretlə müqayisə etdi

FaktXəbər-in verdiyi məlumata görə, Rusiya prezidentinin internetin inkişafı məsələləri üzrə müşaviri German Klimenko Facebooku siqaretlə müqayisə edib. Vladimir Putinin müşaviri bildirib ki, 7 il əvvəl siqaret asılılığından xilas olduğu kimi, indi də Facebookla da yollarını ayırıb.

Buna qədər German Klimenkonun Facebook rəhbərliyi tərəfindən hesabı bağlanıb. Müşavir bu olayı yumorla qarşıladığı söyləyib və vaxtının daha çox "VKontakte"də keçirəcəyini deyib: "Mən yeddi il əvvəl siqareti atmışam. Facebookdan da xilas olmaq lazımdır. Gərək "VKontakte"yə öyrəşim. Məni ittiham edirlər ki, interneti qadağan etmək istəyirəm, deməli yerli şəbəkədən istifadə etmyə hazırlaşmaq lazımdır".

Qeyd edək ki, German Klimenkonun rəsmi Facebook səhifəsi dünən bağlanıb. Bundan sonra Klimenko Facebook sosial şəbəkəsindən birdəfəlik ayrılmaq istədiyini bildirib.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com