Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 İyul

2017
21:52
677
Prezident Ərdoğan: Terror təşkilatının üzvü olanları dövlət niyə yedirtməlidir?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BBC-də yayımlanan "HARDTALK" proqramına verdiyi müsahibədə 15 iyul 2016-cı ildə baş vermiş dövlət çevrili cəhdi barədə danışıb.

FaktXəbər-in məlumatına görə, Ərdoğan bildirib ki, keçən il bu vaxt baş verən çevriliş cəhdində Türkiyə əvvəllər heç görünməmiş şəkildə bir araya gəldi: "Marmarisə bir həftəlik ailəvi istirahət getmişdik. Təəssüf ki 15-i axşamında belə bir çevriliş cəhdi olduğu üçün, bu xəbəri aldığımız anda, enerji naziri olan Berat bəy, həyat yoldaşım, qızım, nəvələrim, hamı birlikdə İstanbula gəldik. Millətimin ayağa qalxmasını gördüm, amma İstanbula gəlməzdən əvvəl sosial media vasitəsi ilə xalqımı meydanlara dəvət etdim və xalqım meydanlara töküldü, hava limanlarına töküldü və heç qorxmadılar. F-16-lara qarşı, tanklara, toplara qarşı, vertolyotlara qarşı qorxmadan bunların üstünə gedərək, İstanbula düşdüyüm anda hava limanında xalqımı gördüm."

"Ölkə daxilində və xaricində iradların olduğu, bütün müxalifəti ortadan qaldırmaq üçün dövlət çevrilişi cəhdinin bir bəhanə olaraq istifadə edildiyi" iradlarının uydurma olduğunu vurğulayan Ərdoğan, sözlərinə belə davam edib:

"Belə bir məsələ söhbət mövzusu deyil və bu gün hörmətli baş nazirim ilə bərabər biz şəhidlərimizin qəbirlərini ziyarət etdik, amma əsas proqram cümə, şənbə, bazar günü keçiriləcək. Bu proqramlarla birlikdə də bizim milli birliyimizin hansı nöqtədə olduğunu bütün dünya bir daha görəcəyik. Bizim birliyimizdə heç bir məsələ söhbət mövzusu deyil. Buna dözüm göstərə bilməyənlər belə şeyləri uydururlar."

Ərdoğan Fətullahçı Terror Təşkilatının çevriliş cəhdindən sonra həbs olunan, ya da vəzifədən çıxarılanların vəziyyətləri ilə bağlı suala cavab olaraq isə belə deyib: "Əgər bir insanın azadlıq hüquqları varsa, azadlıq hüquqları özü üçün əsaslıdırsa, bu azadlıq hüquqları ona verilir, amma bu azadlıq haqlarını itiribsə, nə edər? Gedər özəl sektorda işləyər, dövlətdə işləyə bilməz. Yəni  dediyim odur ki, dövlət hər kəsi sonuna qədər baxmaq, yedirtmək məcburiyyətində deyil. Çünki bunlar bir terror təşkilatının nümayəndələridir. Terror təşkilatının nümayəndələrini dövlət niyə bəsləməlidir? Mənim 250 vətəndaşım öldürülüb, 2 min 193 vətəndaşım yaralanıb. Bunların yarasını kim bağlayacaq, 250 şəhidi kim geri qaytaracaq? Bunlardan niyə danışmırıq, bunlardan danışaq."

Məqalədə : Ərdoğan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru