Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 İyul

2017
11:19
276
Prezident “Təhsil haqqında” qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan prezidenti İlham Əliyev “Təhsil haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

FaktXeber.com-un məlumatına görə, “Təhsil haqqında”  qanuna 22.3-1-ci maddə əlavə edilib: “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunur”. 

Habelə qanuna aşağıdakı məzmunda 26.5-1-ci maddə əlavə olunub: “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

Məqalədə : hazırlıq kursları 
Şərhlər
Əhmədova Günay tərəfindən 17-07-2017 06:28:22 tarixində yazıldı
.
mən bu il kəsildim indi mən bu il ali təhsil müəssəsində hazırlıq qruplarında hazırlaşa bilərəmmi? yəni bu qanun bu il üçün keçərlidirmi? xahiş edirəm cavablandırardızda
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru