Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

FaktXəbər-in verdiyi məlumata görə, Polşa hökuməti Avropa İttifaqında (AB) Donald Tuskun yenidən sədr seçilməsi səbəbindən sammitin yekun bəyannaməsini imzalamaqdan imtina edib. Bu barədə ictimaiyyətə Polşanın baş naziri Beata Şidlo məlumat verib. O, bildirib ki, Avropa Birliyində ciddi islahatlara ehtiyac var və əgər bu, baş verməsə birliyi sonrakı illərdə böhran gözləyir.
"Mən demişdim ki, zirvə görüşündə yekun sənədi qəbul etməyəcəyəm. Çox təəssüf ki, "Vışeqrad qrupu" üzrə həmkarlarım mənə dəstək vermədilər və Tuska səs verdilər. Əgər qarşılıqlı hörmət olmasa, onda Avropa Birliyi sonrakı illərdə böhranlarla üzləşəcək",-deyə Polşanın hökumət rəhbəri əlavə edib.
Donald Tusk isə öz növbəsində rəsmi Varşavanı Avropa İttifaqı ilə münasibətlərində körpüləri yandırmamağa çağırıb. O, bildirib ki, Avropa Birliyi hər bir ölkə ilə işləyəcək və Polşa hökumətini siyasi təcriddən qorumağa çalışacaq.
Qeyd edək ki, 9 mart sammitində quruma üzv ölkələrin liderləri Donald Tuskun Avropa İttifaqına 2,5 il yenidən sədrlik etməsinə səs verib. Ancaq Yatsek Sariuş-Volskonun namizədliyini irəli sürən Polşa hökuməti Tusku dəstəkləməyib. İqtidarda olan Polşanın "Hüquq və ədalət" partiyasının lideri Yaroslav Kaçinski hesab edir ki, prezident Lex Kaçinskinin Smolenskdə təyyarə qəzasında ölümünə görə Donald Tusk mənəvi məsuliyyət daşıyır.
- 21-04-2018 20:14 Nazirlər Kabinetindəki yeni simalar kimlərdir? - DOSYE
- 21-04-2018 18:21 Azərbaycanda bir sıra nazirlər öz yerlərinə təyin olunmayıblar
- 21-04-2018 18:11 Hansı məmurlar vəzifəsindən uzaqlaşdırıldı?
- 21-04-2018 18:08 Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib - SİYAHI
- 21-04-2018 18:03 Hacıbala Abutalıbova yüksək vəzifə verildi
- 21-04-2018 15:34 Prezident Novruz Məmmədovun baş nazir təyin edilməsi haqqında sərəncam imzalayıb
- 21-04-2018 12:45 Novruz Məmmədov kimdir?
- 21-04-2018 11:34 Prezident İlham Əliyev Artur Rasi-zadəyə gördüyü işlərə görə təşəkkür edib
- 20-04-2018 15:55 Milli Məclisdə Baş nazirliyə namizəd açıqlanacaq
- 18-04-2018 16:29 Azərbaycan Şimali Koreyaya səfir təyin edib
- 18-04-2018 11:51 REAL-dan Sərdar Cəlaloğluna sərt CAVAB
- 18-04-2018 10:03 Prezident and içdi
- 18-04-2018 09:43 "İlqar Məmmədov xəyanətkar bir sənədə qol çəkib"
- 17-04-2018 20:25 Sabah prezident İlham Əliyevin andiçmə mərasimidir
- 17-04-2018 14:25 "Rus dilinin təbliği gücləndirilməlidir"
- 17-04-2018 12:58 ATƏT-lə əməkdaşlıq dayandırılsın - Arif Rəhimzadə
- 17-04-2018 08:45 Ramiz Mehdiyev: "Belə məmurlarla çox böyük vaxt itkisinə yol verə bilərik"
- 16-04-2018 15:32 Nazirlər Kabineti ləğv edilmir - Deputat
- 16-04-2018 14:58 AŞPA həmməruzəçiləri iyunda Azərbaycana səfər edəcəklər
- 16-04-2018 12:51 İlham Əliyev Ramiz Mehdiyevi təltif edib
- 16-04-2018 12:17 İlham Əliyev: Nazarbayev bizim ağsaqqalımızdır - VİDEO
- 16-04-2018 10:26 Nazirlər Kabinetinin istefa verəcək üzvləri - SİYAHI
- 16-04-2018 10:15 Arizona ştatı ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib
- 15-04-2018 12:47 MSK seçkilərə yekun vurdu - SON NƏTİCƏ
- 15-04-2018 12:15 Prezident seçkiləri ilə əlaqədar bəzi məntəqələrin nəticələri ləğv edilib

® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı
Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.
22-04-2018 10:29
ƏLAQƏLƏR
  (+994 70) 870-47-49      (+994 55) 786-96-84
  [email protected]