Tarix:02-03-2017 16:16
Peyğəmbər qızı barədə bir neçə sual və cavabı
Şərh yaz
Xanım Zəhranın (s.ə) şəhadəti ilə bağlı müxtəlif rəvayətlər var. Amma alimlər tərəfindən iki rəvayət mötəbər hesab edilir. Birincisi İslam Peyğəmbərinin (s) dünyadan köçməsindən, yəni hicri 11-ci ilin səfər ayının 28-dən 75 gün sonra, yəni cəmadiul-əvvəlin 13-cü günüdür. Bu günlərə "Fatiməyi-əvvəl" deyilir. İkinci rəvayətə görə isə İslam Peyğəmbərinin (s) dünyadan keçməsindən 95 gün sonra, yəni cəmadius-saninin 3-cü günüdür.
 
Fatimə (salamullahi əleyha) haqqında danışmaq istəsək üç mühüm sualla üzləşərik. Əgər həmin sualları cavablandıra bilsək, o Xanımın (s. ə) şəxsiyyəti, fəziləti və məqamı bizə az da olsa aydınlaşar. Əlbəttə, Fatimeyi-Zəhra (s. ə)  kimi pak və iffətli qadını göy aləmində yer aləmindən daha yaxşı tanıyırlar. O cəhətdən, bu bəhsimizdə ən çox faktlar əsasında Xanımın şəxsiyyəti haqqında bəhs edəcəyik. Beləliklə, həmin məsələlər ibarətdir: 1. Fatimənin (s. ə) İslam aləmində şəxsiyyəti və fəzilətləri; 2. Fatimənin (s. ə)  ömrü və şəhadəti  3. Fatimənin (s. ə) dəfni və qəbri. Peyğəmbərin (s) ciyərparəsi haqqında bu sualların cavabı bizlərə çox şeyi çatdırır.
 
- Fatimeyi-Zəhranın (s.ə) İslam aləmində şəxsiyyəti və fəzilətləri. Fatimə (s. ə) Həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçilməsinin 5-ci (ya ikinci) ilində camadiəl-sani ayının 20-də Allah-Təala tərəfindən Məkkə şəhərində İslam Peyğəmbərinə hədiyyə olunur.
 
(Biharul-Ənvar, 43-cü cild, səh-2). Elə bir övlad ki, İslam aləmində Qiyamətə qədər dünya və Axirət xanımlarının xanımı olacaqdır. Elə bir qadın ki, Peyğəmbərin (s) pak nəsli, Fatimə (s) və  Əmirəl-möminin Əlinin (ə) vasitəsi ilə Qiyamətə qədər davam edəcəkdir (Quran-Kərim, Kövsər surəsi). Elə bir qadın ki, əxlaq, raftar və sözləri bütün qadınlar üçün iffət çırağıdır. Fatimeyi-Zəhranın (s.ə) şəxsiyyət və fəziləti İslam tarixçiləri və alimləri arasında ixtilafsız, tam şəkildə qəbul edilir və ən mötəbər mənbələrdə nəql olunur. İslam Peğəmbəri (s) ilk gündən bu övladına xüsusi diqqət və nəvaziş etmiş və onun haqqında həddən artıq fəzilət və kəramətlər zikr etmişdir: “Fatimə mənim vücudumun  bir parçasıdır. Hər kəs onu şad etsə, məni şad etmiş və hər kəs onu qəmləndirsə, məni qəmləndirmişdir. Fatimə mənimçün hamıdan əzizdir. (Əmali Şeyx Müfid, səh-24; Səhih Buxarı, 4-cü cild, səh-210, Müsənəd Əhməd, 4-cü cild, səh-326). İslam Peyğəmbəri (s) Quran ayələrinə və etiqadımıza əsasən, heç vaxt məntiqsiz və hikmətsiz söz danışmaz. Qurani-Kərimdə oxuyuruq: ”O, kefi istəyəni (havadan) danışmır.” (Nəcm surəsi, 3-cü ayə). Əzəmətli əxlaq sahibi olan İslam Peyğəmbəri (s) (Qələm surəsi, 4-cü ayə) görəsən, bu pak sözləri Fatimə (s.ə)  haqqında yalnız onun qızı olduğuna görə buyurur, yoxsa Allah-Təala tərəfindən o Həzrətə belə buyurulur? Əlbəttə, bütün dəlil və şahidlər onu göstərir ki, Fatimə Allah-Təala tərəfindən İslamda çox mühüm bir şəxsiyyət kimi təqdim olunur. Elə bir şəxsiyyət ki, İslam Peyğəmbəri (s) kimi atası, Əmirəl-möminin Əli (ə) kimi həyat yoldaşı, İmam Həsən və İmam Hüseyn (ə) kimi pak və qəhrəman oğulların, Zeynəb (s. ə) kimi qəhrəman qızın  anasıdır. Fatimənin (s.ə) fəzilətlərindən Peyğəmbər (s) nəslinin yalnız onun və əmirəl-möminin Əlinin (ə) vasitəsilə bu günə kimi bizə çatması çox mühümdür. Tarixdə İslam Peyğəmbəri (s) oğlan övladı olmadığına görə və nəslinin gələcəkdə kəsiləcəyi ehtimalını verməklə münafiqlər tərəfindən bəzən məzəmmətlər olunurdu. Allah-Təala Kövsər surəsini nazil edir və surədə bu məsələ xüsusi vurğulanır. ”(Ya Peyğəmbər! sənə sonsuz deyən) sənin düşməninin özü sonsuzdur! (Sənin nəslin Qiyamətə qədər törəyib artacaq)”. Görəsən, bu gün dünyada Fatimeyi-Zəhradan (s.ə) başqa elə bir şəxs tapıla bilər ki, Peyğəmbər (s) nəslinin davamını bizə çatdırdığını idda etsin? Tarixdə belə bir iddia olmamış və olmayacaqdır. Müasir cəmiyyətdə hansısa ölkə başçısının yaxın adamı və ya böyük bir şəxsiyyətlə danışmağı, hətta şəkil çəkdirməyi belə özünə iftixar bilənlər az deyillər. Amma Fatimeyi-Zəhra (s.ə)  Peyğəmbərin (s) vücudunun bir parçası olması ilə yanaşı, bütün ona aid fəzilətləri öz iffət və isməti və Allah-Təalanın ona olan xüsusi mərhəməti ilə ələ gətirmişdir. Allah-Təala Fatiməni (s.ə)  xüsusi fəzilət və üstünlüklərlə bütün dünya qadınlarına nümunə kimi təqdim edir. Təfsirçilər Qurani-Kərimdə Fatimə (s.ə)  haqqında nazil olmuş ayələrə də işarələr ediblər. Fatimeyi-Zəhra (s.ə) Quranda adı çəkilən və işarə olunan bütün fəzilətli qadınlardan üstündür. Ümumiyyətlə, Quranda on iki fəzilətli qadının adı müxtəlif  cəhətlərinə görə çəkilir və ya işarə olunur. Onlar aşağadakılardır: 1. Həvva-Allaha tövbə etməklə (Əraf surəsi, 22-ci ayə); 2. Fironun həyat yoldaşı Asya-Allaha ən möhkəm iman gətirən və Onu sevən kimi (Təhrim surəsi, 10-cu ayə); 3-4. İbrahimin (ə) həyat yoldaşları Sara-Allah peyğəmbərinə xidmətçi kimi (Hud surəsi, 71), Hacər isə Allah yolunda bütün çətinliklərə sinə gərib hicrət etdiyinə görə (İbrahim surəsi, 37); 5. Musanın (ə) anası-iman gətirib Allahın əmri ilə öz balasını diri-diri beşikdə çaya atıb, ağlar gözlə Allah-Təalaya təvəkkül edən qadın kimi (Taha surəsi, 38);  6. Musanın (ə)  həyat yoldaşı və ya Şüeyb peyğəmbərin (ə) qızı-iffət və həyasını qoruyan mömin bir qadın kimi (Qəsəs surəsi, 25); 7. Zəkəriyyanın həyat yoldaşı-saleh əməl sahibi və Allah-Təalaya çox dua edən qadın kimi; (Ənbiya surəsi, 90) 8. İmranın həyat yoldaşı-qızı Məryəmi Allah yolunda ixlasla məsciddə xidmətçi nəzir etdiyi üçün (Ali İmran surəsi, 34) 9. Əyyub peyğəmbərin (ə) həyat yoldaşı- fədakar və ən çətin vəziyyətdə əriylə birgə olub, ona arxa olan möminə qadın kimi (Sud surəsi,43); 10. Bilqeyis-haqq yolunu tanıyıb, ağıl və təfəkkürlə ölkə başçısı və qüdrəti olan halda, Allaha tam təslim qadın kimi (Nəml surəsi, 44); 11. Məryəm (s.ə)-pak və iffətini qoruyub, Allah dərgahında xüsusi bəndəçilik məqamına nail olması və Behiştdən ona ruzi gələn qadın kimi (Ali İmran surəsi, 42); 12. Həzrət Xədicə (s. ə) Allah yolunda iman gətirdikdən sonra bütün mal və sərvətini xərc edən qadın kimi (İnşirah surəsi, 8) tanıtdırır.
 
Fatimeyi-Zahra (s.ə) Quranda adı çəkilmiş və ya işarə olunmuş on iki qadının bütün fəzilətlərinə ən yüksək dərəcədə malik olmuş və Peyğəmbərimiz (s) tərəfindən bütün bu qadınların və aləmlərin qadınlarının seyyidəsi (xanımı) kimi tanıtdırılmışdır. (“Mənqib” İbn Şəhr Aşub, 3-cü cild, səh-323) Qurani-Kərimdə Peyğəmbər (s) və Əhli-Beyti (ə) haqqında harda ayələr gəlmişsə, Fatimə (s.ə)  o ayələrdə öz əksini tam şəkildə tapmışdır. Onlardan bəzilərinə işarə edirik:
 
1. Fatimə (s.ə) Allah-Təala tərəfindən pak və pakizə qərar verilənlərdəndir: “Ey Əhli-beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər! “ (Əhzab surəsi, 33)
 
2. Fatimə (s.ə)  öz nəzrinə kamil şəkildə əməl edən və xalis oruc tutanlardandır: “Onlar elə kimsələrdirlər ki, verdikləri sözü (etdikləri nəziri) yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək  gündən (Qiyamət günündən) qoxarlar.”(İnsan surəsi, 8)
 
3. Fatimə (s.ə) Allaha xatir sədəqə verənlərin, xalis bəndələrin və Allaha müştaqların ən kamil nümunəsidir: “Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər:) "Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik.” (İnsan surəsi, 8-9)
 
4. Fatimə (s.ə)  səbr edənlərin ən kamil nümunəsidir: “Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır.” (İnsan surəsi, 12)
 
5. Fatimə (s.ə)  zikr edənlərin, təvazökarlıqla dua edənlərin və Allahdan qorxanların ən kamil nümunəsidir: “Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mö’min kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (Axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!” (Əhzab surəsi,-35)
 
6. Fatimə (s.ə)  atası Peyğəmbərin (s)  yanında Əhli-Kitabla and içmə mərasimində duası qəbul olan kamil bir qadındır: “(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (mə’lumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: "Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lə’nət etməsini diləyək!" (Ali İmran, 61)
 
7. Nəhayət Fatimə (s.ə)  kamil Allah bəndəsi olaraq, həm o Allahından razıdır və həm də Allah-Təala ondan razıdır: “("Ey arxayın nəfs!") Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!  (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol! (Onlarla birlikdə) Cənnətimə varid ol!" (Fəcr surəsi, 27-28-30)
 
Rəvayətlərdə Fatimənin (s.ə) məqamı haqqında minlərlə hədislər var. Belə ki, İslam Peyğəmbəri (s) Allah dərgahında olan əzəməti ilə yanaşı, cəmiyyətdə qadına əşya kimi baxılanda, Fatimə (s.ə)  evə daxil olduqda Həzrət bütün vücudu ilə ayağa durur, qızının əlindən öpür və onu öz yerində əyləşdirir. (Biharul-Ənvar, 43-cü cild, səh-45). Fatimə (s.ə)  evdə həyat yoldaşına münasibətdə ən nümunəvi, cəmiyyətdə iffət və ismət sahəsində ən ibrətamiz, müsəlmanların ictimai və siyasi məsələlərində ən fəal, elm və təqvada ən üstün qadın sayılır.
 
Müasir zamanda özünü sübhdən axşama kimi tele-ekranlarda açıq-saçıq şəkildə insanlara göstərən üzdəniraq qadınlar öz əməlləri ilə fəxr edirlər. Bəzi qəlbi korlar da onları cəmiyyətdə qadınlara nümunə kimi göstərməyə çalışır və meyar seçirlər. Paltar geyinməkdə özlərini onlara oxşatmağa çalışırlar. Amma Fatimə (s.ə)  örpək tutmaqda o səviyyədə iffətə malik idi ki, bir gün Peyğəmbər (s) kor səhabələrdən biri İbn Məktumla birlikdə Fatimənin (s.ə) evinə daxil olur. Fatimə onu görcək tez örpəyə bürünür. Peyğəmbər (s) sonra soruşanda ki, nəyə görə kor kişini görəndə örpək tutdun, cavab verir: “Atacan! O məni görmür, mən ki, onu görürəm!” Peyğəmbər (s) bu sözü eşitdikdə, buyurur: “Həqiqətən, sən mənim vücudumun bir parçasısan!” (Şeyx Əbbas Qumi, Müntəhal-amal, 1-ci cild, səh-134) Ayişədən nəql olunur ki, İslam Peyğəmbəri (s) həmişə Fatiməni (s.ə) nəvaziş edir və onunla görüşür, ondan cənnət ətrini aldığını bəyan edirdi. (Feyz Kaşani, Fatimətuz-Zahra, 1-ci cild, səh-255)
 
- Fatmənin (s.ə)  şəhadəti. Çox təssüflər ki, Allah-Təalanın Qurani-Kərimdə bu qədər fəzilət bəyan etməsi və Allah Rəsulunun (s) dəfələrlə Fatimənin (s.ə) məqamını müsəlmanlara çatdırması Peyğəmbərdən (s) sonra Fatiməyə (s.ə) olunan müsibət və əziyyətlərin qarşısını almağa mane olmur. Həzrət Məhəmmədin (s) qızı haqqında bütün tövsiyələrinə baxmayaraq, Peyğəmbərin (s) vəfatından dərhal sonra hakimiyyyət başına gələnlər öz hakimiyyətlərini qorumaq üçün Mədinədə bu pak və kamil Xanımı incitməkdən və şəhadətə yetirməkdən çəkinmədilər. O, atasından sonra çox həyat sürə bilmədi. Əksər tarixçilərin nəzərinə görə, Fatimə (s.ə) Peyğəmbərdən (s) sonra cəmi 75, yaxud 95 gün yaşadı. Əksər tarixçilər Xanımın 18 yaşında şəhid olmasını qəbul edirlər (Əllamə Məclisi, Biharul-Ənvar, 43-cü cild, səh-9). Peyğəmbərin (s) vəfatından sonra Əmirəl-möminin Əli (ə) bəzi dostları ilə birlikdə qanunusuz keçirilmiş xilafət seçkisini qəbul etməmiş və İmamın evində cəm olmuşlar. Bu zaman xain plan əsasında həmin evə od vurulur. Fatimə (s.ə) bu hadislərdə İmam Əlinin (ə) vilayətini öz canı ilə qorumağa çalışır, qapı ilə divar arasında qalaraq yaralanır və qısa müddətdən sonra şəhid olaraq dünyasını dəyişir.
 
Nəhayət sonuncu sual budur ki, Fatimənin (s.ə) qəbri hardadır? Bütün bu hadisələr və onlarla haqsızlıqlar səbəb olur ki, Peyğəmbərin (s) öz ciyərparəsi, ümmətinə tapşırıb getdiyi Fatimeyi-Zəhra (s.ə) öz vəsiyyətinə görə gecə, gizlin halda dəfn olunsun. Bunun da hikməti ondan ibarətdir ki, Fatimə (s.ə) özündən sonrakı müsəlman ümmətinə haqqında bu qədər fəzilət və məqamlar zikr olunan Peyğəmbər qızına zülm olunmasını və Əmirəl-möminin Əlinin (ə) Vilayəti yolunda şəhidliyini çatdırmaq istəyir. Qoy gələcəkdəki müsəlmanlar haqq ilə batili ayıra bilsinlər. Adətən, tarixdə böyük şəxsiyyətləri xüsusi dəfn edirlər və hamı mərasimdə iştirak etmək istəyir. Amma Fatimə (s.ə) ona və İmam Əliyə (ə) olunan zülm və haqsızlığa görə özü vəsiyyət edir ki, “Ya Əli! Mənə gecə qüsl ver, gecə dəfn elə və mənə zülm edənlərə dəfnimdə iştirakına və hətta sonradan da qəbrimi ziyarət etməsinə şərait yaratma. (Əllamə Məclisi, Biharul-Ənvar, 43-ci cild, səh-186; Müsnəd Əhməd ibn Həmbəl, 6-cı cild, səh-183).
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
Peyğəmbər - qızı - barədə - bir - neçə - sual - - cavabı -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:02-03-2017 16:16 - Oxundu: 540
Mənəviyat
25-04-2017 12:00 Bu gün MƏBƏS bayramıdır
22-04-2017 14:08 Krımda ən böyük məscidin inşaasına başlanıldı - VİDEO
20-04-2017 12:33 34-cü Beynəlxalq Quran Yarışı başladı: Azərbaycan bir nümayəndə ilə təmsil olunur
19-04-2017 14:01 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 21-Cİ YOL
15-04-2017 11:59 Xristian aləmi Pasxa bayramını qeyd edir
13-04-2017 12:20 Bu gün Xanım Zeynəbin (s.ə) vəfat günüdür
11-04-2017 11:23 Bu gün Əmirəlmöminin Həzrət Əlinin (ə) mövlud günüdür
07-04-2017 16:04 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 20-Cİ YOL
05-04-2017 16:43 Qanunsuz dini nikah oxuyanlar dövlət tərəfindən cəzalandırılıcaq - Rəsmi
03-04-2017 10:54 Krımda böyük "Came məscidin" tikintisinə başlanılıb - FOTO
31-03-2017 14:36 "İlahiyyat" məscidi bağlanır? - Rəsmi AÇIQLAMA
29-03-2017 12:37 Mordoviya Məhkəməsi hicabla bağlı qadağanı ləğv elədi
29-03-2017 10:32 Müqəddəs üç aylar – Rəcəb, Şaban, Ramazan
27-03-2017 15:12 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 19-CU YOL
27-03-2017 12:25 Ermənilər daha bir tarixi abidəmizdə qazıntı işləri aparır
20-03-2017 12:38 Bakıda gülpaylama aksiyası keçirilib - FOTO
09-03-2017 16:32 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 18-Cİ YOL
07-03-2017 13:25 Azərbaycanda 7 İslam kolleci təsis edilib - SİYAHI
06-03-2017 11:05 Quran oxuyan atasının səhvini tutan balaca - VİDEO
03-03-2017 22:06 AİP Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadəti ilə bağlı tədbir keçirib
02-03-2017 16:16 Peyğəmbər qızı barədə bir neçə sual və cavabı
02-03-2017 15:01 QMİ Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadət günü ilə bağlı mərasim keçirib
27-02-2017 16:11 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 17-Cİ YOL
23-02-2017 11:34 Kanadalı qadınlar İslamofobiyaya etiraz olaraq, 1 ay başlarını örtəcəklər - FOTO
21-02-2017 12:06 İslamla bağlı 3 maraqlı STATİSTİKA
20-02-2017 16:44 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 16-CI YOL
18-02-2017 12:10 QMİ sədri: “Avropa miqrantların qarşısında divarlar çəkir”
13-02-2017 16:40 Həccə gedənlər səfər pulunu hissə-hissə də ödəyə biləcək
11-02-2017 21:55 Azərbaycandan bu mövsüm Ümrə ziyarətinə 200-dən çox zəvvar gedib
11-02-2017 13:11 Bu gün Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət günüdür
11-02-2017 10:42 "Suriyada oturub "Azərbaycanı qan gölünə çevirəcəyik" deyənlərdən qorxmaq lazımdır"
07-02-2017 11:25 Ölkə məscidlərinin elektron axtarış xəritəsi - YENİLİK
07-02-2017 10:32 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 15-Cİ YOL
06-02-2017 17:06 Komitə: “Fatimeyi-Zəhra” məscidi sökülməyəcək
02-02-2017 14:05 Azərbaycandan 75 nəfər Həcc ziyarətinə yola düşüb
02-02-2017 11:29 İslamın əzəmətli qadını Xanım Zeynəbin (s.ə) mövlududur
30-01-2017 14:01 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 14-CÜ YOL
28-01-2017 12:01 Həcc xərci 8 min manat oldu – Azərbaycandan cəmi 600 nəfər gedəcək
26-01-2017 15:09 Həcc ziyarətinə sənəd qəbulu başladı - QİYMƏTLƏR
25-01-2017 16:37 Qafqaz Müsəlmanları İdarəsi yeni vahid xütbə kitabı hazırlayır
24-01-2017 15:20 İmamzadədəki lövhə məsələsi aydınlaşdı: "MƏN ETMİŞƏM!"
18-01-2017 11:52 Ziyarətgahların İŞİD-dən müdafiəsi üçün orijinal üsul düşünülüb
17-01-2017 12:15 Azərbaycandan bir dəfədən artıq Həccə gedənlərin NƏZƏRİNƏ!
16-01-2017 12:25 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 13-CÜ YOL
13-01-2017 14:28 Özbəkistanda həcc ziyarətinə iki dəfə getmək qadağan edilib
13-01-2017 09:39 Masallı şəhər məscidini xarabaya çeviriblər - FOTO
11-01-2017 17:04 Dini Komitə və QMİ "İslam Həmrəyliyi İli"ndə hansı işlər görəcək?
10-01-2017 13:00 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 12-Cİ YOL
09-01-2017 10:22 Bu gün Həzrət Məsumənin (s.ə) vəfat günüdür
07-01-2017 22:30 Ayətullah Sistaninin orqan nəqli barədə fətvası açıqlandı
07-01-2017 11:32 Bu gün İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günüdür
05-01-2017 21:41 Bu il Həcc ziyarətinə daha çox şəxs gedə biləcək
05-01-2017 10:40 Kərbəlaya piyada getmiş azərbaycanlı ilk müsahibəsini FaktXəbər-ə verdi - VİDEO
03-01-2017 20:25 Məscidi Əqsada iki ildə 97 nəfər müsəlman olub
30-12-2016 14:55 Xalq şairi Zəlimxan Yaqubun məzarı üstündə abidəsi ucaldılıb - FOTO
20-12-2016 14:01 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 11-Cİ YOL
19-12-2016 14:05 Rusiyada müsəlman telekanalı yaradılır
17-12-2016 16:01 Bakıda “Biz səni görmədən sevdik Ya Rəsuləlalah” adlı flaşmob keçirilib
17-12-2016 13:55 Peyğəmbərin (s) mövlud günü Bakıda ağacəkmə kampaniyası - FOTO
17-12-2016 10:43 Bu gün Məhəmməd (s) Peyğəmbərin mübarək mövlud günüdür

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Qəbul səviyyəsi "sıfır" olan məktəblərin adları açıqlanıb - SİYAHI
27-04-2017 11:16
DYP maşını qaydanı pozub, qəza törətdi - ölənlər var
27-04-2017 13:36
DİM: "Qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb"
27-04-2017 11:09
II və III-cü ixtisas qruplarının imtahan günü müəyyənləşdi
27-04-2017 12:36
Metroda həyəcanlı anlar - Qatar tuneldə qaldı - VİDEO
27-04-2017 10:16
Azərbaycana müasir silah və hərbi texnikanın yeni partiyası gətirilib - FOTO-VİDEO
27-04-2017 09:00
Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
27-04-2017 11:27
Selin apardığı qadın ölümdən son anda qurtuldu - VİDEO
27-04-2017 12:40
Azərbaycanlı diplomatın arvadı Nyu-Yorkda oğurluqda ittiham olunub
27-04-2017 10:45
Ukrayna Hollivud ulduzunu "qara siyahı"ya salıb
27-04-2017 09:57
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az