Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

04 İyul

2017
16:28
235
Pepe İstanbula gəlir - “Beşiktaş”a

“Real”dan ayrılan müdafiəçi Pepe karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az-ın fotomac.com.tr saytına istinadən məlumatına görə, portuqaliyalı futbolçu “Beşiktaş”la anlaşıb.
 
FİFA Konfederasiyalar Kuboku-2017-də Portuqaliya millisinin formasını geyinən ulduz futbolçu dünən istirahət üçün ölkəsinə gedib. Baş məşqçi Şenol Günəşin israrla alınmasını istədiyi oyunçu üçün vaxt itirməyən “Beşiktaş” rəhbərliyi də Lissabona yollanıb. Klub prezidenti Fikrət Orman klub rəsmiləri ilə birlikdə dünən gecə saatlarında Pepe və meneceri ilə bir araya gəlib.
 
PSJ-nin 1 illik müqavilə təklifini qəbul etməyən 34 yaşlı futbolçuya türklər ilinə 5 milyon avro maaş olmaqla 2+1 illik anlaşma təklif ediblər. 4 saat çəkən görüşdə təklifə müsbət cavab verən Avropa çempionu “ağ-qaralar”la ilkin razılıq əldə edib.
 
Tərəflər bu gün axırıncı dəfə bir araya gəlib, keçiddə son nöqtəni qoyacaqlar. Gün ərzində isə rəhbərliyin Pepe ilə birlikdə İstanbula qayıtması gözlənilir. Futbolçu “Vodafon Arena”nı və klubun bazasını gəzdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək.
 
Qeyd edək ki, 2007-ci ildən bəri “Real”ın formasını geyinən Pepe 10 il ərzində “kral klubu”nun heyətində 334 matçda iştirak edib, 15 qola imza atıb.

Məqalədə : Pepe 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru