Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

20 Mart

2017
14:13
2226
Pakistan Azərbaycana taktiki nüvə silahı satmaq istəyir
Bu silahın Qarabağda Ermənistan ordusuna qarşı istifadə edilməsi üçün heç bir beynəlxalq qadağa yoxdur

Pakistan Azərbaycanı çağdaş silahla təchiz etməyə hazırdır və bu, ABŞ-ın Azərbaycana qoyduğu silah qadağasını xeyli yumşalda bilər. Bu qənaətə ölkənin keçmiş baş naziri Şaukat Əzizin Azərbaycan mətbuatına verdiyi müsahibəsindən sonra qənaətə gəlmək olar.

"Haqqin.az”a  müsahibə verən Şaukat Əziz bildirib: "Bizim dövlətlərin təhlükəsizlik və müdafiə məsələləri ilə bağlı ümumi maraqlarımız var. Pakistan bir çox ölkələrə silah satır. Mənə elə gəlir ki, Azərbaycan fəal şəkildə Pakistanda layihələnmiş və özünü dünya silah bazarında yaxış tanıtmış silah sistemlərini almalıdır”.

"Ruxpert.ru” saytının yazdığına görə, nüvə ölkəsi Pakistan strateji nüvə silahı ilə yanaşı hazırda yeni nəsil kompakt taktiki nüvə silahları istehsal edilir: "Taktiki nüvə silahının özəlliyi ondadır ki, o, dövlət başçılarının qərarı, nüvə çamadanı, giriş kodu və başqa formallıqlar olmadan istifadə edilə bilər”.

Yəni Azərbaycan bu silahlardan Qarabağın işğaldan azad olunması üçün istifadə edə bilər. Pakistan siyasətçisinin sözlərinə qeyri-ciddi yanaşmaq olmaz. 

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com