Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

26 Yanvar

2017
15:15
1585
İntihar – psixologiya, yoxsa düzgün tərbiyə

Ölkədə intiharların sayı artıb. Statistikaya görə, 2016-cı ildə özlərinə qəsd etdikləri üçün 326 nəfər həyatını itirib. Bu isə günə təxminən bir nəfərin intihar edərək öz həyatına son qoyması deməkdir. Bundan başqa 470 nəfər də özünü öldürməyə cəhd edib…

Son olay - psixoloq Dəyanət Rzayevin intihar edərək özünü öldürməsi isə onu götərir ki, insanlara lazım olan şey, onların sadəcə primitiv məlumatlara malik olması deyil. İnsan tərbiyəsi və psixologiyasının əsas mənşəyi nəfsə və nəfsani istəklərə qayıdır. Amma təəssüflər olsun ki, kimsə ya bunu dərk edə bilmir, ya da bunu dərk etmək üçün özündə lazımı cəsarəti tapa bilmir. Əlbəttə, bunun özü də ciddi psixoloji çatışmazlıq hesab olunur.

Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, bir çox psixloqların özlərinin belə bu sahədə problemləri yaranır, yaş ötdükcə məlum çatışmazlıqlarla üzləşirlər. Çünki psixoloqlar daim fərqli və ziddiyyətlərlə dolu olan fikrilərlə məşğul olurlar. Bu isə onların həyatına və psixologiyasına təsirsiz ötüşmür. Alınan təhsil və psixologiya ilə bağlı yazılan kitablar, insan ruhunu sözün həqiqi mənasında sakinləşdirmək və bu təskinlik nəticəsində düzgün düşünə bilib qərar verə bilmək üçün real çalarlara malik deyildir.

İnsanı, «belə etmə», «bu ictimaiyyətdə filan nəticə verə bilər»,  «çalış səbrli ol» kimi sözlərlə və ya psixotrop dərmanlar verməklə ruhunu müalicə etmək mümkün deyil. Bunlar ağrıkəsici vasitə kimi istifadə olunur: yəni müalicə etmir, ağrıyan üzvün müvəqqəti keyiməsi üçün tətbiq olunan vasitə kimi yalnız keçici xarakter daşıya bilər. Ancaq qeyd olunanlar insan təbiyəsini, ruhu çatışmazlıqlarını təmin etmək iqtidarında deyildir.

Psixoloji çatışmazlığı təkcə intihar, yaxud ruhi xəstəliklə xülasə etməyin özü belə səhv çıxarışdır. Var-dövlətlə öyünmək, inadkarlıq, təkəbbür, mənfəətpərəstlik, bağışlaya bilməmək, ədalətsizlik və bu kimi digər xoşagəlməz sifətlər, həmçinin kənardakıların diqqətini cəlb etmək üçün fərqli geyinib, fərqli görünməyə çalışmaq, təklikdə bir cür, cəmiyyət arasında başqa cür görünmək də mənəvi və psixoloji çatışmazlıqlardır. 

Əngəllərin hamısı buradan başlayır. Yəni şəxsiyyətin formalaşmasında ciddi qüsurlar mövcuddur. Birinci insana başa salınmalıdır ki, insan olaraq sənə lazım olan öz şəxsiyyətinə hörmət bəsləməkdir. Bahalı maşında əyələşib və ya fərqli geyinib özünə rahatlıq tapmağa çalışan insan birinci növbədə öz şəxsiyyətini təhqir etmiş olur və bunun fərqində belə deyil. Yəni maşın və ya onun fərqli geyimini əlindən alsan o özündə şəxsiyyət çatışmazlığını duya biləcək.

Təəssüflər olsun ki, bu gün saxta dinlər və məzhəblərin ortaya çıxması, Allahın bizə əmr etdiyi, gözəl şəkildə göndərdiyi dinin alt-üst olmasına səbəb olub. Allahın bəşəriyyət üçün göndərdiyi bütün təlimatlar insan övladının səhih şəkildə yaşayıb, gözəl həyat qurması üçündür. İnsan şəxsiyyətinə hörmət qoyan və bəşər övladının doğru və ədalət çərçivəsində yaşaması üçün yol göstərən Allahın əmrləri düzgün araşdırılmalı və tətbiq olunmalıdır.

Cəmiyyətləri formalaşdıran şəxsiyyətlərdir. Şəxsiyyətin formalaşmasının yeganə yolu nəfsani istəklərlə mübarizənin önəmini cəmiyyətə çatdırmaqdır. İnsanlar səhv təbliğat və ümumi mühitin ortaya qoyduğu yalnış təsirlərin qurbanına çevriliblər. Bəziləri elə güman edir ki, Allah öz əmrləri ilə insan azadlığını əlindən alır və məhudiyyətlər yaradır. Ancaq belə səthi düşünməyin özü səhvdir. Kimsə daxili istəklərinə məhdiyyət qoyub onu cilovlaya bilməsə, onun fəsadı təkcə özünü deyil, ətrafındakı hər kəsi, ümumiyyətlə bütün bəşəriyyəti məhvə sürükləyə bilər. Allah da yaradan olaraq, məhz insan şəxsiyyətini və dünya həyat tərzini düzgün formalaşdıra bilmək üçün bizə tapşırıqlar ünvanlayıb. Yəni özündən qurtul, ancaq intiharla yox, özünə hörmət və həqiqəti görməklə.

Əziz Sahiboğlu/ FaktXeber.com

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  faktxeber@gmail.com


Valyuta.com


Рейтинг@Mail.ru