Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

05 Sentyabr

2017
11:17
295
Myanmar rəhbərinin Nobel mükafatından məhrum edilməsi istənilir

İslam ölkələrinin təhsil, elm və mədəniyyət təşkilatı – İSESCO Myanmar hökumətinin faktiki rəhbəri, dövlət müşaviri vəzifəsi tutan Aun San Su Çjinin (Aung San Suu Kyi) 1991-ci ildə layiq görüldüyü Nobel Sülh Mükafatından məhrum edilməsi barədə məsələ qaldırıb.

Bu barədə mərkəzi qərargahı Mərakeşin paytaxtı Rabat şəhərində yerləşən İSESCO tərəfindən yayılmış yazılı açıqlamada bildirilib. Açıqlamada qeyd edilib ki, arakanlı müsəlmanlara qarşı törədilən zorakılıqlardan Aun San Su Çjinin də məlumatı var. Bu səbəblə Nobel Sülh Mükafatının mahiyyətinə zidd hərəkət edən Çji bu mükafat üçün haqqını itirib.

İSESCO Myanmada baş verən zorakılıqlara son qoyulması üçün beynəlxalq ictimaiyyəti təcili müdaxilə etməyə çağırıb.  

Qeyd edək ki, Myanmar ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində yerli müsəlmanlara hücumları nəticəsində son bir həftədə çoxlu sayda müsəlman öldürülüb. Onlarla kənd yandırılıb, on minlərlə müsəlman təhlükəsizlik məqsədilə bölgədən qaçmağa çalışır.

BMT-nin yaydığı məlumata görə, indiyə qədər 73 min arakanlı müsəlman Banqladeşə keçib, on minlərlə arakanlı sərhəddə gözləyir.

Məqalədə : Myanmar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru