Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Aprel

2017
15:10
684
Məni fitə basmasınlar - Ronaldo

"Bavariya" mükəmməl komandadır. Ancaq biz "Real"ıq. Birinci hissədə bir və ya iki qol vura bilərdik. "Real" çətin qələbə qazanmağa öyrəşib".

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Real"ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, yarımfinala layiq olduqlarıbı bildirib: "Şübhəsiz ki, bu görüşdə də yaxşı çıxış etdik. "Bavariya" kimi bir kluba 6 qol vurmaq asan deyil. Növbəti mərhələyə yüksəlməyə layiqik".

O, ilk qolu vurduğu 76-cı dəqiqəyə qədər Madrid klubunun bəzi azarkeşlərinin onu fitə basmağına münasibət bildirib:

"Adımı bir küçəyə vermələrini istəyirəm? Xeyr. Bircə məni fitə basmasınlar. Hər zaman ən yaxşı oyunumu nümayiş etdirməyə çalışıram. Qol vurduğum üçün xoşbəxtəm".

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru