Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

07 Sentyabr

2017
22:42
751
İmmuniteti möhkəmləndirən ən yaxşı məhsullar bunlardır

Alimlər immuniteti möhkəmlədən ən yaxşı məhsulların adlarını açıqlayıblar.

FaktXəbər-in məlumatına görə, Amerika təhqiqatçıları belə qənaətə gəliblər ki, insanın immuniteti 70% bağırsaq mikroflorasından asılıdır və orqanizmin müdafiə qüvvələrini möhkəmləndirən ən yaxşı məhsulların adlarını açıqlayıblar. 

ABŞ mütəxəssisləri hesab edir ki, insan lifli qidadan daha çox istifadə etsə, onun bağırsaq hüceyrələri daha sürətlə işləyəcək. Lifli qida həzm olunanda əmələ gələn maddə orqanizmin qoruyucu funksiyasını yaxşılaşdırmaqda hüceyrələrə kömək edir.

Alimlər bir sıra tədqiqatlar apardıqdan sonra aydınlaşdırıblar ki, orqanizmin xəstəlik törədən patogenlərdən müdafiəsi çox vaxt rezedent bakteriyaların aktivliyindən asılıdır.

İnsan sellülozla zəngin yemək yedikdə kolonsitlər elə işləməyə başlayır ki, rezedentlərin məhv olmasının qarşısı tamamilə alınır.

Alimlər bildirirlər ki, düzgün qidalanma yeyilən məhsulların keyfiyyətindən birbaşa asılıdır.

Mütəxəssislərin qeyd etdiyinə görə, düzgün qidanın tərkibində yağlı, unlu və nişastalı məhsullar mümkün qədər az olmalı, daha çox zülal, vitaminlər, sellüloz və mikroelementlər olmalıdır.

Diyetoloqlar isə, öz növbəsində,  bildirirlər ki, immuniteti möhkəmləndirmək üçün müxtəlif sıyıqlara, təmizlənməmiş taxıl məhsullarına, tərəvəzlərə,  xüsusən, yerkökünə, və  sitrus bitkilərinə üstünlük verilməlidir.

Məqalədə : İmmunitet 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru