Tarix:08-01-2017 22:27
Misir Mərdanovun xalası oğlunu seçkiqabağı silahlı qiyamda ititham ediblər
Şərh yaz
Xəbər verildiyi kimi ləğv edilmiş MTN-də fəaliyyət göstərmiş mütəşəkkil cinayətkjar qruplaşmanın daha bir qrup üzvünün işi baxılmaq üçün məhkəməyə göndərilib. Bu qrupa MTN-in Monitorinq Mərkəzinin rəhbəri olmuş general Teymur Quliyev, Transmilli Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, onun müavini, polkovnik Füzuli Əliyev və digərləri daxildir.
 
Qrup üzvlərinə qarşı çoxsaylı ittihamlar üzrə aparılmış istintaqın materiallarından məlum olur ki, generallar Sübahir Qurbanov, Teymur Quliyev və digərləri heç də indiyədək Eldar Mahmudovun yaratdığı bədheybət sistemin  ən məşhur personası hesab edilən general Akif Çovdarovdan geri qalmayıblar, hətta törətdiyi əməllərin statistikası baxımından bəzi göstəricilər üzrə onu da geridə qoyublar. Belə məlum olur ki, Azərbaycanda az qala bu cinayətkar qruplaşmanın caynağına keçməyən orta sahibkar, müəssisə və biznes subyekti qalmayıb.
 
Virtualaz.org xəbər verir ki, bu iş üzrə zərərçəkənlərdən biri də keçmiş təhsil naziri Misir Mərdanovun qohumu-xalası oğlu, uzun müddətdir tikinti biznesində fəaliyyət göstərən Allahverdi Dəmirovdur. İstintaq materiallarından belə məlum olur ki, MTN qanqsterləri Allahverdi Dəmirovu 2015-ci ilin oktyabr ayında-Eldar Mahmudovun işdən azad edilməsinə sayılı günlər qaldığı bir vaxtda qapazlayıblar.
 
 
Dəmirov Allahverdi Hüseyn oğlu  ifadəsində göstərir ki, 2005-ci ildə “Dəmirli Yol tikinti” MMC-ni təsis edib. Həmin cəmiyyətin fəaliyyəti yolların təmiri və tikintisini həyata keçirməkdən ibarət olub.
 
“2015-ci ilin oktyabr ayının 6-da saat 15 radələrində “Amor” şadlıq evinin altında yerləşən restoranda oturub yemək yeyərkən 3 şəxs mənə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini MTN əməkdaşları kimi təqdim etdilər. Mənə dedilər ki, onlarla birlikdə nazirliyə getməliyəm. Məni MTN-nin 2-ci mərtəbəsinə apardılar, otaqların birinə salıb hədə-qorxu gəlməyə başladılar”-keçmiş nazirin qohumu ifadəsində göstərir.
 
Bəs Allahverdi Dəmirovu nədə ittiham ediblər və ya nəylə qorxudublar? İfadəsindən məlum olur ki, MTN-də onu kifayət qədər ciddi əməldə-ölkəyə qaçaqmalıçılıq yolu ilə külli miqdarda silah gətirib seçkiqabağı silahlı münaqişə hazırlamaqda günahlandırıblar. (Görünür söhbət 2015-ci ilin parlament seçkilərindən gedirdi.-red) Lakin keçmiş təhsil nazirinin qohumu soyadının boş yerə Dəmirov olmadığını MTN-dəkilərə sübut edə bilir. Ən azından onun istintaqa verdiyi ifadədən məlum olur ki, bu biznesmen-oliqarx kifayət qədər qorxulu ittihamdan qorxub eləməyib.
 
Sitat: “Otaqda olan şəxs mənə hədə-qorxu gələrək bildirdi ki, Gürcüstana qeyri-qanuni yolla pul aparmışam. Həmin pulla külli miqdarda silah alıb Azərbaycan ərazisinə gətirmişəm və guya seçkiqabağı silahlı münaqişə törətmək fikrində olmuşam. Mən həmin şəxsə cənab Prezidenti dəstəklədiyimi, dövlətimizin və dövlətçiliyimizin müdafiəsində olduğumu, MTN-in dövlətə qarşı çıxdığını, vətəndaşları incitdiyini,  mənə qarşı edilmiş qanunsuzluqlar barədə ən yüksək səviyyədə şikayət edəcəyimi  bildirdim”.
 
 
Dəmirov deyir ki, onu MTN-ə aparan şəxslər Nazirliyin Anti-Terror Mərkəzinin əməkdaşları idilər. Biznesmen otaqda saxlanılarkən masanın üzərində məktub olduğunu görüb və məktuba diqqətlə baxdıqda orada MTN-in Anti-Terror Mərkəzinin rəisi Elçin Quıliyevin imzası olduğunu, məktubun mətnində adının qeyd olunduğunu dəqiq görüb. Lakin məktubun məzmununu dəqiq oxuya bilməyib.
 
Dəmirovu nazirlikdə təxminən 4 saat saxlayıblar, saat 20 radələrində buraxıblar. Milli Təhlükəsizlik Nazirliyinə qanunsuz aparıldığı vaxt ondan heç bir məbləğdə pul istənilməyib, nə də ki, onun özü pul verməyib. Dəmirov deyir ki, MTN əməkdaşları ondan pul tələb etmək fikrində olublar, lakin görünür cəmiyyət içərisində yüksək nüfuza malik olduğunu, öz hüquqlarını müdafiə edib qanunsuz hərəkətlərdən şikayət edəcəyindən çəkinib bundan vaz keçiblər.
 
Qeyd edək ki, Allahverdi Dəmirov Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin keçmiş rəisi olub.  2011-ci ildə həmin vəzifədən çıxarılıb. Bu vəzifədə işləyərkən Təhsil Nazirliyinin xətti ilə həyata keçirilən tikintilərdə ciddi korrupsiya hallarının baş verdiyi barədə mətbuat uzun müddət yazıb. Hətta Dəmirovun vəzifədən çıxarılandan sonra “Bandotdel” tərəfindən saxlanıldığı da bildirilirdi.
 
İstintaq materiallarından məlum olur ki, MTN Allahverdi Dəmirovun da telefonlarını dinləyirmiş. Onun telefonlarının dinlənilməsi barədə sifariş Antiterror Mərkəzinin rəisi, general Elçin Quliyev tərəfindən verilib. MTN-in Monitorinq Mərkəzi isə nazir Eldar Mahmudovun yazılı icazəsi ilə bu dinləməni həyata keçirib. Dəmirovun adı telefonları qanunsuz dinlənilən zərərçəkənlər sırasında keçir.
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
Misir - Mərdanovun - xalası - oğlunu - seçkiqabağı - silahlı - qiyamda - ititham - ediblər -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:08-01-2017 22:27 - Oxundu: 380
Hüquq
29-04-2017 13:55 MTN əməkdaşı özünü qarajda asıb - "MTN işi"
29-04-2017 13:36 Elçin Quliyevin cinayət işində keçmiş MTN-in qadın generalı ifadə verib
28-04-2017 14:17 "Rabitə işi" üzrə təqsirləndirilən şəxslər dəymiş ziyanı ödəyiblər
27-04-2017 16:18 Əfv Məsələləri Komissiyası açıqlama yayıb
27-04-2017 15:45 Milli Şura mitinq keçirməyə təkcə "Məhsul" stadionunu istəmir
27-04-2017 15:14 Yol Polisindən Yol-Patrul Xidmətinin qəzası ilə bağlı AÇIQLAMA
27-04-2017 11:44 Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə yeni rəis müavini təyin edilib
26-04-2017 21:38 Ölkədə bu saytlara giriş qadağan olunur
26-04-2017 17:13 Ukrayna prokurorluğu 17 Azərbaycan şirkəti və təşkilatı barədə istintaq başlatdı
26-04-2017 16:42 Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edildi
26-04-2017 15:24 Azərbaycanda cehiz puluna məhkəmənin ağır cəzası - 9 il
26-04-2017 12:33 Bakıya yeni prokuror təyin olunub
26-04-2017 12:08 Yeni Ombudsman üç namizəddən biri olacaq
25-04-2017 15:37 Tanınmış polis polkovniki vəzifəsindən azad edildi
25-04-2017 15:16 Zərərçəkmiş: MTN əməkdaşlarına 450 min manat verdim
25-04-2017 14:43 Prezident Adminstrasiyası ləğv edilir? - Yeni layihə təqdim olundu
25-04-2017 14:12 Valyutadəyişmə məntəqələrinin fəaliyyəti bərpa olunur
25-04-2017 10:29 DTX-ya yeni səlahiyyət verilib
25-04-2017 09:54 "Qapını döymədən" evə girənlər 2000 manat cərimə olunacaq
24-04-2017 16:58 Qanunsuz miqrasiya təşkil edənlərin cəzası ağırlaşdırılır
24-04-2017 15:51 Tovuzdakı müəmmalı qətl istintaqçıları çətin duruma salıb
24-04-2017 11:22 "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik edilir
22-04-2017 21:38 Mehman Hüseynov cəzaçəkmə müəssisəsinə köçürülüb
22-04-2017 15:00 Mehman Hüseynov həbsxanaya köçürüldü
22-04-2017 12:40 "Azəriqaz" "Azəristiliktəchizatı" məhkəməyə verdi - Borca görə
22-04-2017 12:06 Türkiyədə hakim rüşvət aldığı üçün həbs edildi
20-04-2017 21:38 Mehman Hüseynov əməliyyat olunacaq
20-04-2017 20:35 Azərbaycanda oğurluq cinayətinə görə cərimələr artırılır
20-04-2017 18:14 Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
19-04-2017 15:50 Bloger Mehman Hüseynovun həbsxanaya köçürülməsi gözlənilir
19-04-2017 15:33 Apellyasiya Məhkəməsi "Azərsu" barədə qərar çıxardı: CAVAB VER!
19-04-2017 15:19 Rüşvətdən uzaq durun - Cərimə və cəza dəyişdirilir
19-04-2017 15:07 Əli Kərimlini istintaqa çağırıblar
19-04-2017 14:31 Vəkil: Şeyx Sərdarın həbs müddəti bir daha uzadıldı
19-04-2017 14:18 Prokuror Yunusların məhkəməyə gəlmələrini tələb etdi
19-04-2017 11:34 Seçki prosesinə mane olmaya görə cərimələr artırılır
19-04-2017 10:59 Böhtan atmağınız sizə çox baha başa gələ bilər: Cərimə artırıldı
18-04-2017 20:12 Cinayətə görə cərimənin maksimum həddi iki dəfə artırılır
18-04-2017 17:26 Penitensiar xidmətdə kadr dəyişikliyi olub
18-04-2017 17:15 Bakıda 6 nəfərin qatilinə cəmi 10 il verdilər
18-04-2017 09:44 AXCP sədrinin köməkçisinə qarşı yeni ittiham irəli sürülüb
17-04-2017 21:10 Lapşin təcridxananın tibb məntəqəsinə köçürüldü
17-04-2017 11:39 12 rayonun ərazilərinin bələdiyyə xəritələri hazırlanır
15-04-2017 12:56 QMİ-nin sektor müdiri Elşən Mustafaoğlu haqda qərar verildi
14-04-2017 10:49 Akif Çovdarovun məhkəmə görüntüsü yayılıb - FOTO
13-04-2017 21:58 Nazir: "Azərbaycan Prezidenti tərəfindən 3 800-dən çox məhkum əfv edilib
13-04-2017 21:12 Azərbaycanda bir neçə hakim İŞDƏN ÇIXARILDI
13-04-2017 14:36 Avropa Məhkəməsindən Elmar Hüseynovun qətli ilə bağlı qərar
13-04-2017 11:50 FETÖ işi ilə əlaqədar AXCP üzvünün məhkəməsi başlayıb
12-04-2017 21:14 Əli İnsanov məhkəmədə ifadə verib
12-04-2017 10:51 Siqarətdən sonra sulu qəlyanın da qadağan edilməsi tələb olundu
12-04-2017 10:44 Braziliyada 9 nazir və 71 deputat barəsində istintaq açıldı
12-04-2017 10:04 Baş prokuror Beyləqanda vətəndaş qəbulu keçirəcək
11-04-2017 15:48 "Azərsu" və İdman Nazirliyində yeyinti - RƏSMİ AÇIQLAMA
11-04-2017 15:29 Moldovada 19 dövlət məmuru həbs edildi
11-04-2017 14:52 Zərərçəkmiş: "MTN əməkdaşları məndən külli miqdarda pul istədilər"
11-04-2017 14:06 Azərbaycanda siqaretdən istifadənin qadağan olunacağı yerlərin SİYAHISI
11-04-2017 12:59 Sosial mənzilin alınması üçün aylıq ödəniş açıqlandı - 300 manat
11-04-2017 10:40 Rusiyalı milyarder muxalifət lideri Navalnını məhkəmə verəcək
11-04-2017 10:22 Azərbaycanda "milliyət" anlayışı "etnik mənsubiyyətlə" əvəz olunacaq

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az