Tarix:09-12-2016 16:55
Minlərlə qaraçını necə qırıblar? - ARAŞDIRMA
Şərh yaz
"Soyqırımları tarixi" silsiləsindən olan ötən yazımızda ingilislərin və ispanların Amerika qitəsində yaşayan qırmızıdərililərin – hinduların necə qətliam edilməsi və soyqırımına məruz qalması barədə məlumat vermişdik. FaktXəbər olaraq bu yazımızda isə bu gün dünyada sabitlik və demokratik nümunəsi kimi təqdim edilən 2 dövlətin – Norveç və İsveçin törətdiyi soyqırımından bəhs edəcəyik. Qısası, bu gün insan haqlarından ağız dolusu dəm vuran Qərb dövlətlərinin heç birinin tarixi təmiz deyil. Hər birinin qətliam, soyqırımı tarixində imzası var.
AUSÇVİTZ DÜŞƏRGƏSİNDƏ SAXLANILAN 3 MİN ROMAN QAZ OTAQLARINDA QƏTLƏ YETİRİLİB
     
İkinci Dünya müharibəsində ən azı yarım milyon qaraçı faşistlər tərəfindən qətlə yetirildi. Ancaq bu həqiqəti çox az adam bilir. Bunun səbəbi uzun illər qaraçıların bu həqiqəti yüksək səslə dilə gətirə bilməməsi və Qərb ölkələrinin soyqırımına qarşı laqeydsizliyi olub. Qaraçılar və ya özlərinə verdikləri adla Romanlar Hindistanın Pəncab-Sind çayı hövzəsi boyunca Pakistan və Əfqanıstanın da daxil olduğu bölgələrdən 1050-ci ildə  dünyaya yayılmış Hind-Avropa mənşəli xalqdır.
 
Almaniya 1982-ci ildə Romanların Hitlerin hədəfi olduğunu və soyqırımına məruz qaldığını, Birləşmiş Millətlər Təşkilatı isə 1989-cu ildə etnik səbəblərdən qaraçıların soyqırımı edildiklərini qəbul edib.
     
İkinci Dünya müharibəsinin sonlarına doğru SS şefi Henrix Himmler toplama düşərgələrində olan son romanların da məhv edilmələri əmrini verib. 1944-cü ilin 2 avqust gecəsi Ausçvitz düşərgəsində saxlanılan 3 min roman qaz otaqlarında qətlə yetirilib. Buna görə də 2 avqust "Roman gecəsi" adlanır. Polşa bir neçə il əvvəl bu günü faşistlərin qətlə yetirdiyi "Romanları Anma Günü" olaraq elan edib.
 
 
Roman təşkilatları Polşadan başqa digər Avropa ölkələrin, o cümlədən Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının da 2 Avqust tarixini anma günü olaraq qəbul edilməsini tələb edir.
     
İsveçin keçmiş inteqrasiya naziri, hazırda İordaniya səfiri olan Erik Ullenhaq da faşistlərin romanları toplama düşərgəsinə doldurduğunu, bir qismini qaz otaqlarında qətlə yetirildiyini, bir qisiminin də Dr. Mengel tərəfindən təcrübə heyvanı kimi istifadə edildiyini təsdiqləyib.
     
İSVEÇDƏ ROMANLAR ZORLA QISIRLAŞDIRILIB
     
Soyqırımın insanlıq tarixinin ən böyük günahı olduğunu deyən Erik Ullenhaq həmin illərdə və daha sonralar İsveçdə romanların zorla axtalandığını (qısırlaşdırıldığını), seçkilərdə iştirak etməyə haqları olmadığını söylədikdən sonra çıxışını belə davam etdirib: "İsveç və Avropada romanlara qarşı ayrı-seçkilik bu gün də davam edir. Macarıstanda bəzi siyasətçilər romanların öldürülməsi lazım olduğunu söyləyir. Bunlara qarşı mübarizə aparmaq lazımdır. Pis insanların etdiklərindən çox, yaxşı insanların olanlara səssiz qalması daha təhlükəlidir. Buna görə də mən hər zaman 2 avqust gecəsi romanlara qarşı tətbiq edilən qətliamı söyləməyə davam edəcəyəm".
 
 
Babası əsir düşərgəsində öldürülən Bagir Kviek anma toplantısına gəlməmişdən qabaq atasına nə danışması lazım olduğunu soruşduğunu, atasının isə, "biz romanların heç vaxt ordumuz olmayıb, heç kimə müharibə elan etməmişik, heç bir xalqı təzyiq altında saxlamamışıq, bizə qarşı olunan haqsızlıqlara da etiraz etməmişik. Biz yalnız sülh şəraitində yaşamaq istəyirik. Digər insanlarla eyni şəraitdə yaşamaq və bərabər hüquqlara malik olmaq istəyirik", - deməsini istədiyini bildirib.
     
NORVEÇDƏ TATTARELƏRƏ BİOLOJİ SOYQIRIM HƏYATA KEÇİRİLİB
     
Norveçlilər 1920-30-cu illərdə çıxardıqları qanunlarla nordik irqin təmizliyini qorumaq üçün etnik qrup olan tattare (qaraçıların bir qolu) qızlarını zorla qısırlaşdırıblar. Norveç cəmiyyəti nə qədər tattareləri qısırlaşdırarlarsa, o qədər öz irqlərini qoruduqlarına inanırdı.
     
Axtalama yolu ilə saylarının azldılması mümkün olmayan tattarelər üzərində insulin və elektroşok üsulları tətbiq edilib.
 
 
1900-cü illərin əvvəlində Almaniya və Skandinaviya cəmiyyətlərində geniş təbliğ olunan “Ari İrq” nəzəriyyəsi 1929-1938-ci illərdə İsveçrə, Danimarka, Finlandiya, İsveç və Norveçdə qanuniləşdirilib. Axtalamaq məhz bu ideologiya çərçivəsində həyata keçirilib. Bundan əlavə tattarelər psixi xəstəxanala yerləşdirilir və fiziki cəhətdən əlil edilirdilər. 
     
1959-cu ilə qədər sayları 2.513 olaraq göstərilən tattare qadınından 840-ı və 14 yaşından böyük, ancaq sayları dəqiq bilinməyən tattare qız uşaqları qısırlaşdırılıb. Bu bioloji və mədəni irqçi tətbiqlər dövlət orqanları tərəfindən həyata keçirilib.
 
Aqil Mehdi / araşdırmaçı jurnalist
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
Demokratiya - Norveç - İsveç - Almaniya - soyqırımı -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:09-12-2016 16:55 - Oxundu: 1805
Top Secret
17-03-2017 11:42 Kraliça Yelizavettanın GİZLİ JESTLƏRİ
08-02-2017 16:12 Alman faşistlərin boynunda olan 73 MİLYON İNSAN QANI - Araşdırma
07-02-2017 16:42 Fransanın törətdiyi soyqırımından danışan generalın başına oyun açdılar
25-01-2017 11:50 İnsanın kosmosa "ayağını açan" ilk qitələrarası ballistik raket - VİDEO
18-01-2017 16:52 Bu soyqırımları barədə Azərbaycan mediasında heç vaxt yazılmayıb
18-01-2017 09:43 SSRİ-nin sirr kimi saxladığı güclü SİLAH - VİDEO
12-01-2017 14:11 Nüvə erasının super silahları: Rusiya və ABŞ-ın sualtı mübarizəsi
09-12-2016 16:55 Minlərlə qaraçını necə qırıblar? - ARAŞDIRMA
06-12-2016 15:59 "Soyqırımları tarixi": bir xalqı su çiçəyi xəstəliyi ilə məhv etdilər - ARAŞDIRMA
29-11-2016 17:17 37 ölkədə 20 milyondan çox insanı kim və necə qətlə yetirib? - ARAŞDIRMA
08-11-2016 17:45 Onlar tezliklə bəşəriyyəti nə hala salacaqlarını aşkar göstərdilər - ŞOK VİDEO
23-09-2016 11:07 ABŞ kəşfiyyatına casusluq edən azərbaycanlılar - İNANILMAZ FAKTLAR
22-09-2016 15:47 İnsanlığın düşməni olan canlı oyuncaq yaradılıb – FOTO-VİDEO
21-09-2016 16:53 Google-nin dünyadan sirr kimi gizlətdiyi 20 yer - FOTO
19-09-2016 17:31 Nobelin tarixə qanla yazılan 350 ixtirası və SÜLH MÜKAFATI - ARAŞDIRMA
24-08-2016 15:48 Milli Təhlükəsizlik Agentliyinə işləyən hakerin dəhşətli müsahibəsi
07-06-2016 11:43 Dollar ABŞ-ın valyutası deyilmiş - VİDEO
25-04-2016 15:39 Prezidentlər BU QADININ KÖLGƏSİndən də qorxurlar
24-03-2016 17:15 Roma Papası ilə I Kirilin görüşünün sirli səbəbi - FOTO
23-03-2016 16:08 Dövlətlərin gizlətdiyi nüvə qəzaları - ARAŞDIRMA
10-03-2016 15:20 Ərəbistanın terror etdiyi tarixçi nələri ifşa etmişdi?
07-03-2016 15:55 Şeytanla əlaqəyə girib insanları belə dəli edirlər - VİDEO
03-03-2016 16:52 Prezidentin saatındakı "GİZLİ MESAJ" - FOTO
24-02-2016 13:20 "ABŞ-ın Suriya hökuməti ilə müharibəsi 2000-ci ildən başlayıb"
15-02-2016 16:06 ONLARI TANIYIN - Bütün dünyanı bu 13 ailə idarə edir
15-02-2016 12:41 Baş nazirin qətlinin sifarişçisi 65 il sonra bəlli oldu
27-01-2016 17:25 İsraildə niyə xərçəng xəstəsi yoxdur? ARAŞDIRMA
27-10-2015 12:33 Dünyanın tanınmış siyasi xadimləri gənclik illərində - FOTOLAR
26-10-2015 12:44 XX əsrin tanınmış siyasi xadimləri və anaları - FOTOLAR
23-10-2015 12:35 Hakimiyyətdə olan HANNİBALLAR: İnsan ətini sevən ən qəddar diktatorlar
22-10-2015 11:26 ŞOK: Türkiyə polisi terroru 20 gün öncədən bilirmiş - RƏSMİ SƏNƏD
16-10-2015 11:01 Dünya hərb tarixinə adını yazdıran hərb nazirimizə niyə küçə süpürtdürüblər
30-09-2015 13:12 Nəhəng insanlar dövrü və Ad qövmü: Mif, yoxsa reallıq? ARAŞDIRMA
17-09-2015 12:31 Gəncənin gizli yeraltı yolları - VİDEO
09-09-2015 12:11 “Kurtlar Vadisi” satanizm elementlərindən istifadəyə davam edir - VİDEO
07-09-2015 11:21 Güllələnmədən əvvəl gülüş... FOTOLAR
14-08-2015 09:59 İnternet 7 gizli açarı olan 14 nəfər tərəfindən idarə olunur
29-07-2015 16:56 Hitlerin çıxışdan öncə etdiyi məşqinin GİZLİ FOTOLARI
17-07-2015 13:38 WikiLeaks Azərbaycanla italyan haker şirkəti arasında məxfi yazışmaları yayıb
07-07-2015 16:51 ABŞ və İngiltərəyə inamın sonu. Qəzzafi: Bizim taleymizdən ibrət götürülməlidir
30-06-2015 16:59 ABŞ-ın həyatdan sildiyi fiziki jurnalistlər necə tapdılar? - FOTO
29-06-2015 16:38 Məkkə və Mədinəni partlatmaq üçün hazırlanan bomba oyunu
21-06-2015 18:06 Ərdoğan və Ancelina Colinin əl görüşməsindəki ŞOK SİRR- FOTO
16-06-2015 12:26 43 il təkadamlıq kamerada saxlanan siyasi məhbus...
01-06-2015 10:14 Qatır Məmməd kimə xidmət edib: Azərbaycanlılara, yoxsa ermənilərə?
27-05-2015 12:48 ABŞ-ın Böyük Möhürünün sirri və ya Troya atı - ARAŞDIRMA
25-05-2015 17:20 İŞİD-in ABŞ tərəfindən yaranması haqqında ŞOK SƏNƏDLƏR FOTO-VİDEO
15-05-2015 16:14 SSRİ-də edam olunan yeganə yeniyetmə - FOTO-VİDEO
12-05-2015 11:34 1 nömrəli terrorçunun öldürülməsi barədə şok fakt Amerikanı qarışdırdı - TOP SECRET
02-04-2015 12:16 Türkiyənin məşhur masonları - SİYAHI
30-03-2015 16:56 Türkiyə gündəmini dəyişən Fətullah Gülənin mason andı - FOTO
27-03-2015 15:16 Pentaqon İsrailin nüvə sirlərini faş etdi
09-02-2015 15:07 İsveçrə bankının gizli hesabları internetə sızdı - azərbaycanlılar da var
27-01-2015 15:49 Kral Abdullah barəsində Wikileaksin şok hesabatı?
20-01-2015 19:28 "Bilderberg" mason təşkilatının 2015 toplantısının yeri bəlli oldu - FOTO
13-01-2015 12:15 Ötən ilin mistik sirləri - FOTO-VİDEO
05-01-2015 16:40 Ərdoğanın ABŞ və İsraildən qəbul etdiyi ŞOK TƏKLİF!
05-01-2015 10:11 Əbiyevlərin Çexiyadakı mülkləri haqda şok fakt - FOTO
29-12-2014 14:51 Erməni terrorizmi iş başında! - YOUTUBE-dan SİLİNƏN VİDEO
19-12-2014 16:02 6 ay erməni əsirliyində: Bizi Ağdamın poçt müdiri satdı - FOTO

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Bakının ən ucuz və baha taksi xidmətləri - SİYAHI - FOTO
27-03-2017 12:09
Magistratura və rezidenturaya sənəd qəbulu başa çatır
27-03-2017 10:12
Kadırov Suriyada döyüşən çeçen döyüşçüləri mükafatlandırdı - VİDEO
27-03-2017 10:52
Mühafizəçilər üçün yeni ayaqqabı icad edildi - FOTO
27-03-2017 16:06
Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
27-03-2017 10:56
Alimlər sübut etdi: Yumurta toyuqdan sonra yaranıb
27-03-2017 11:15
Aprel şəhidi: Ana, mən şəhid olsam başını dik tut - VİDEO
27-03-2017 16:34
Dollar bu gün neçəyə satılır?
27-03-2017 09:22
Yoxa çıxan eşşəklər dönərxanalardadır? - RƏSMİ AÇIQLAMA
27-03-2017 10:34
Tək ürək, tək bilək olmayınca, futbol da olmayacaq - FOTO-VİDEO
27-03-2017 14:14
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az