Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

02 Fevral

2017
14:03
1251
Milli Qəhrəmanlar Bəylər Ağayev və Şahin Tağıyevin doğum günüdür

Bəylər Tapdıq oğlu Ağayev 1969-cu il fevralın 3-də Qubadlı rayonu Qarağaclı kəndində anadan olub. O, 1992-ci ildə təhsil aldığı İnşaat Mühəndislər İnstitutundan könüllü olaraq cəbhəyə gedib, Laçın rayonu Şəfiyan, Fərəcan, Mazutlu, Türklər, Suarası və digər kəndlərin müdafiəsində sücaətlə vuruşub, 1992-ci il avqustun 6-da Xanalılar kəndi uğrunda komandiri olduğu bölüklə birlikdə sona qədər vuruşub, düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib, özü də qəhrəmanlıqla həlak olub. 1992-ci il dekabrın 7-də Milli Qəhrəman adına layiq görülüb. Qarağaclı kəndində dəfn edilib. Kəndin orta məktəbi onun adını daşıyır.

Şahin Talıb oğlu Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində anadan olub. O, təyinatla Rusiyanın Udmurtiya vilayətində çalışmış, ordu sıralarında zabit kursu keçmiş, Bakıda Mayesiz Transformatorlar zavodunda mühəndis işləmiş, Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə getmiş, əvvəl sıravi, sonra “Qurtuluş” batalyonun komandiri kimi Tərtər, Ağdərə və digər istiqamətlərdə rəşadətlə vuruşmuş, Ağdərə şəhərinin azad olunmasında xüsusi fərqlənmişdir. 1992-ci il iyunun 23-də Milli Qəhrəman adına layiq görülüb. Bir müddət Qarabağ Azadlıq Təşkilatının sədr müavini olub, hazırda İsveçdə mühacir həyatı yaşayır.

Şərhlər
Elbrus tərəfindən 02-02-2017 11:54:10 tarixində yazıldı
Davam
Salam, bu çox gözəl bir mövzudur. Bunu gündəlik xəbərlərinizin sırasına daxil etsəniz çox yaxşı olar. Allah sizlərdən razı olsun!
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2017 06:37

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru