Tarix:21-11-2016 09:57
Məcburi köçkünlərin dolanışıq sarıdan problemi yoxdur
Şərh yaz
Ötən həftə ərzində Qarabağla bağlı müzakirələr sarıdan “məhsuldar” oldu. Azərbaycan tərəfin verdiyi mesajlar, eyni zamanda ordumuzun cəbhəboyu genişmiqyaslı təlimləri düşməni hərəkətə keçməyə və sonucda Serj Sərkisyanı hiyləgərcəsinə “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” açıqlamasını səsləndirməyə vadar etdi. 
 
Bəs, bundan sonrakı proseslərdən nə gözləyək, sualına cavab aramağa çalışdıq. Müsahibimiz Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərovdur. Söhbətimizdə başqa məsələlərdən, həmçinin 20 noyabr faciəsindən də danışdıq: 
 
- Bayram müəllim, yəqin ki, Serj Sərkisyanın müsahibəsini oxudunuz. Burada hiylə də hiss olunur, məkr də, yalan da. Qənaətiniz maraqlıdır, ermənilərin planı, məqsədi nədir, nə istəyirlər? 
 
- Əslində Sərkisyanın müsahibəsi, yaxud məqsədi məni maraqlandırmır. Ermənistan bizdən heç nə istəyə bilməz. Biz öz torpaqlarımızı tələb edirik. Onlara da hər zaman deyilib ki, köhnədən Qarabağda yaşayan ermənilər istəsələr, yenə yaşamaqda davam edə bilərlər. Ancaq Azərbaycanın qayda-qanunlarına, konstitusiyasına, Azərbaycan xalqına hörmət etməklə. 
 
 Söhbətimiz Qarakənd faciəsinin 25-ci ildönümünə təsadüf etdi. 1991-ci ilin 20 noyabr hadisəsini necə xatırlayırsınız? Həmin xəbəri harada eşitdiniz?
 
- Yaxşı yadımdadır. Allah şəhid olanların hamısına rəhmət eləsin! Mən həmin gün Ağdamda idim. Qarakənd səmasında baş verən faciə barədə də orda eşitdim. Şuşa camaatı ilə birgə onların cənazə törənində, dəfnində iştirak etmişəm. Hər il  də onların anım mərasimində iştirak edirik. 
 
- Hadisə barədə müəmmalar hələ də qalmaqdadır, müxtəlif iddialar səslənir. Necə olub ki, Azərbaycanın rəhbər şəxsləri bir vertolyota minib təhlükənin üstünə gediblər? 
 
- Mənim bundan belə bu barədə nə isə deməyim, bunun səhv, ya düz olduğunu deməyimin mənası yoxdur. Çünki o, mənim işim deyil. Şübhəm yoxdur ki, vertolyot ermənilər tərəfindən vurulub. Lakin helikopterə bu qədər dövlət adamı minmişdi, gərək buna yol verilməyəydi. Orada bizim arxayınçılığımız olub və erməni separatçıların bu qədər vəhşilik edə biləcəyini gərək nəzərə alaydıq.  Rəhbərlik gərək buna yol verməyəydi. 
 
- Bakıya gələn ermənilərlə təmasınız oldumu?
 
 Xeyir, biz görüşmədik. Bunlar gəlib müasir Azərbaycanın inkişafını, insanların durumunu, ölkəmizin nəyə qadir olduğunu gördülər. Ermənistanda nə var? 
 
- Son vaxtlar məcburi köçkünlərin bəzi güzəştlərinin ləğvi barədə məlumatlar yayılır...
 
- Vallah, hələ ləğv olunan bir şeylər yoxdur. Ara sözlərinə münasibət bildirməyim doğru olmaz. Hər halda ötən 23 ildə dövlət tərəfindən məcburi köçkünlərə və qaçqınlara mütəmadi dəstək  olub. Bu gün dəstək varsa da, sağ olsunlar, yoxdursa da. Mən hesab edirəm ki, məcburi köçkünlər onu normal qəbul edəcək. Bəli, çətinliklə yaşayanlar var, amma bu, elin işidir. Ölkə rəhbərinin qəbul etdiyi qərarı bizim müzakirə etməyimizə ehtiyac yoxdur. Çünki ölkə rəhbəri hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşır. 
 
O müavinət kəsilərsə, başqa bir yerdən yəqin ki, bu insanlara onu əvəz edə biləcək şərait yaradılacaq. Amma əlbəttə ki, bunun bir sonu olmalıdır. Bu da ərazilərin qaytarılmasından keçir. Qaçqın və köçkünlər arasında dolanışıq sarıdan problemi olanların sayı çox azdır. Ancaq bu adamların mənzilə ehtiyacı var. Mənzillə təmin olunandan sonra bu adamlara nə güzəşt lazımdır, nə başqa şey. Çünki onlar hamısı qoçaq adamlardır, çalışırlar. Hətta özlərinə gözəl şərait, biznes quran adamlar var, Allah artıq eləsin.  
 
- Bayram müəllim, ərazilərin işğalından keçən müddətdə dünyasını dəyişənlər oldu, artıq yeni nəsil formalaşır. Hətta bədxahlarımız ümid edir ki, nəsil dəyişməsi torpaq işğalını unutduracaq. Siz bu narahatlığı yaşayırsınızmı? 
 
- Şəxsən mən heç bir narahatlıq hiss eləmirəm. Vaxtaşırı Qarabağ əhalinin hamısı ilə görüşürəm, təkcə Dağlıq Qarabağdan olanlarla yox, bütün qarabağlılarla. Mən bu müddətdə əhalimizin içində Qarabağı yaddan çıxaran adam görməmişəm. Odur ki, mən 100 faiz yox e, min faiz əminəm ki, bu insanlar torpaqlarımız azad olunandan sonra Dağlıq Qarabağ daxil, bütün ərazilərimizə qayıdacaqlar. (musavat.com)
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : Ş
Teqlər :
Məcburi - köçkünlərin - dolanışıq - sarıdan - problemi - yoxdur -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:21-11-2016 09:57 - Oxundu: 304
Münasibət
19-01-2017 09:45 İmtahan həyəcanı insanı öldürə bilərmi... - Tibb eksperti danışır
18-01-2017 11:27 Vaqif Əsədov: Təcili yardım maşınlarına kameralar quraşdırılarsa...
18-01-2017 10:39 Yarım ayda 19 intihar-psixoloqlar üç səbəb göstərir
17-01-2017 13:49 Azərbaycanda kağız reseptlər dövrünə son - TƏFƏRRÜATLAR
17-01-2017 10:40 Türk brendlərinin Bakıda 3 dəfə baha satılmasının səbəbi...
17-01-2017 10:06 "Korrupsiyalaşmış məmurların yeni kadrlarla əvəz edilməsi..."
17-01-2017 09:46 Parlamentdə real müxalifət yoxdur - Elxan Şahinoğlu
16-01-2017 19:04 "2 min manat maaş alan nazirdə 6,8 milyon hardandır?"
13-01-2017 10:21 Tanınmış həkimdən yayılan virusa qarşı mübarizə metodları
12-01-2017 10:53 “Bakı Bus”larda "Wi-Fi" niyə işləmir? - Açıqlama
09-01-2017 11:52 "Torqovıy" küçəsində Azərbaycan dilində söz tapmaq olmur - Musa Yaqub
09-01-2017 11:39 Baş Prokurorluq: ANS rəhbərliyi ilə bağlı məlumat yayacağıq
07-01-2017 11:12 Quba məhkəməsində baş verənlər araşdırılır - RƏSMİ
05-01-2017 14:37 "Normal bir hökumətə ehtiyacımız var"
03-01-2017 19:01 Aslan İsmayılov Qüdrətdən, İlyasdan, Əlidən və İsadan danışdı
29-12-2016 11:10 Baş nazirə məxsus səlahiyyəti prezidenti yerinə yetirəcək - Ekspert
29-12-2016 10:02 "Biz hər evə ayda 100 manat ödəmək təklif etmişik"
28-12-2016 15:41 SOCAR Sanqaçalda baş verən partlayışa münasibətini bildirib
27-12-2016 12:57 Komitə sədri: "Azərbaycanda heç bir məsciddə nə sələfi, nə də nurçu qruplar yoxdur"
27-12-2016 10:34 Manatla bağlı nigarançılığı necə aradan qaldırmaq olar?
22-12-2016 16:03 "Məmurlar xaricə apardıqları böyük pulları Azərbaycana qaytarsınlar"
21-12-2016 09:59 Məqsəd qaşıyıb-qaşıyıb qan çıxarmaqdır - Səməd Seyidov
16-12-2016 09:55 Deputat: "Azərbaycana on illərlə vaxt lazımdır"
15-12-2016 16:17 İlin son ayı da Mərkəzi Bank üçün heç də asan olmayacaq
13-12-2016 20:41 İqtisadçılar Elman Rüstəmovun bəyanatına şübhə ilə yanaşır
13-12-2016 09:32 Yeni tikililərdə və həyət evlərində ucuzlaşma gözlənilir - EKSPERT
12-12-2016 11:03 Bahalıq toy-yas mərasimlərində ifratı durduracaqmı?
12-12-2016 11:00 Netanyahunun səfərinə ictimaiyyət nümayəndələrinin münasibəti
10-12-2016 12:05 Xalqda çaşqınlıq yaradırlar - Mehman Əliyev
09-12-2016 12:05 İqtisadi böhran varlılar üçün böyük təhlükədir
09-12-2016 10:48 Turizmdə Azərbaycanla Gürcüstanın fərqi - Ekspert danışır
09-12-2016 09:09 Qurban Qurbanov: "Fiorentina"ya azarkeşlik edəcəyəm"
07-12-2016 13:56 "Valyuta tapa bilmirik” - Deputat
07-12-2016 09:35 Türkiyədə dolların "öldürülmə" cəhdi uğurlu ola bilməz - Ekspert
06-12-2016 09:41 Müxalif partiya sədri Aydın Mirzəzadəyə irad bildirdi
05-12-2016 17:08 Dolların sabaha olan məzənnəsi dəyişməyib
05-12-2016 10:11 Ölkə iqtisadiyyatında ən ağır il - 2016, yoxsa 2017?
02-12-2016 10:23 Orta azərbaycanlı qiymət artımını 3-4 aydan sonra hiss edəcək
29-11-2016 10:31 Xaşla xəngələ kulinar və həkimdən fərqli münasibət
29-11-2016 09:41 İşıq və qazın qiymət artımını ekspert sadə dildə izah edir...
25-11-2016 11:23 "Azərbaycan üçün 66 inzibati rayon çoxdur, quberniyalar yaranmalıdır"
25-11-2016 10:44 Hakimiyyət bütün siyasiləri həbsdən azad edə bilər - ƏFV ÜMİDİ
24-11-2016 09:34 “Məni bir müxalifət lideri satdı” - Eynulla Fətullayevdən sensasion açıqlamalar
23-11-2016 11:22 Gələn ilin büdcəsi üçün müəmmalı CƏRİMƏ ÖHDƏLİYİ
21-11-2016 11:22 Uşaqlarda gizli TƏHLÜKƏ: “Bu əlamətlərə fikir vermək lazımdır”
21-11-2016 09:57 Məcburi köçkünlərin dolanışıq sarıdan problemi yoxdur
18-11-2016 10:01 33 rayona dövlət büdcəsindən pul ayrılmayacaq
15-11-2016 11:22 "Köhnə binaların heç də hamısı qəzalı vəziyyətdə deyil"
15-11-2016 09:43 İlqar Məmmədov üçün həlledici həftə: siyasətçi azad ediləcəkmi?
12-11-2016 10:35 İlqar Məmmədov gələn həftə azad oluna bilər
12-11-2016 10:18 Mediaya hərbi senzura lazımdırmı?..
11-11-2016 10:08 Bakıya gələn ermənilər - Xalq diplomatiyası, yoxsa...
10-11-2016 16:25 Siqaret çəkməyə görə cəriməni kim yazacaq?
07-11-2016 14:21 "Əgər Donald Tramp seçilsə o ABŞ-ın sonuncu prezidenti olacaq"
05-11-2016 10:59 Veteran kəşfiyyatçı Dilqəm və Şahbazı azad etmək üçün ilginc yol göstərdi
03-11-2016 14:28 Bu il Avropa Məhkəməsinin qərarları üzrə kompensasiyalar ödənilməyib
03-11-2016 11:08 Tikinti sektorunda qiymətlər daha da bahalaşıb
03-11-2016 10:05 Yanlış protokolla üzləşən sürücü nə etməlidir?
02-11-2016 16:01 İqtisadçı alim Qubad İbadoğludan qorxulu 2 ay proqnozu
02-11-2016 14:06 Beynəlxalq Bank tikinti sektoruna ciddi zərbə vurdu

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Uşaq Aləmi, Ailə
Sağlamlıq Sual-Cavab
Foto Tarix
Video Texnologiya
Mədəniyət Reportaj
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az