Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyul

2009
16:39
Mədə yarası və öskürməyin dərmanı
Biyan kökü həm rahatlatır, həm də susuzluğu aradan qaldırır

Kolanın xam maddəsi olan biyan kökü və bu bitkidən hazırlanan  çay sinəni yumşaldıcı, bəlğəm gətirici və öskürəyi aradan qaldırıcı təsirə malikdir. Bu bitki həm də, mədə yarası və qəbizliyə xeyirlidir. Böyrəklərin işini aktivləşdirdiyinə görə qum və daşın böyrəklərdən atılmasına kömək edir. Biyan kökü çayı rahatlatıcı təsirə malik olduğu və susuzluğu aradan qaldırdığı üçün bu çayı yayda daha çox içmək məsləhət görülür.

Biyan kökü bir çox xəstəlikləri də aradan qaldırmağa kömək edir. Tərkibindəki saponin və qliserizin xam maddələri sayəsində sinəni yumşaldır və bəlğəm gətirir. Bu bitki həm də, bronxit, soyuqdəymə və qrip kimi xəstəliklərdə və boğaz ağrılarında rahatlatıcı təsirə malikdir.  Biyan kökü həzm sisteminə də olduqca faydalıdır. Mədə yanması, qastrit və mədə yarasının əmələ gəlməsinin qarşısını alır. Spazmları aradan qaldırır. Böyrəklərin fəaliyyətini yaxşılaşdırdığı üçün boyrək daşlarının və qumun orqanizmdən xaric olunmasına kömək edir.
 
ASILILIQ YARADA BİLƏR!
 
Çox  miqdarda qəbul olunduğu zaman asılılıq yaradan biyan kökü yüksək təzyiqi aşağı salma qabiliyyətinə də malikdir. Buna görə də  ürəyində problemi olanlar bu bitkidən istifadə edərkən diqqətli olmalıdır. Biyan kökü bəzi dərmanlara da təsir göstərə bilər. Belə ki, qanı durulaşdırdığı üçün qanın laxtalanmasının qarşısını alan dərmanların təsirini artıra bilər.


www.FaktXeber.com

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 14:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com