Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

16 Noyabr

2017
15:34
9696
Lənkəranskinin qardaşına qarşı əməliyyatın görüntüləri yayıldı – VİDEO

FaktXeber.com-un məlumatına görə, Türkiyənin İstanbul şəhərində ticarət mərkəzinə edilən əməliyyat  zamanı ələ keçən Rövşən Lənkəranskinin qardaşı Namiq Caniyev və "Şirinlər" adlı kriminal dəstə üzvləri bu gün səhər həbsxanaya göndəriliblər.

Xatırladaq ki, noyabrın əvvəllərində İstanbul polisi məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifova (Lotu Quli ləqəbi ilə məşhurdur) qarşı sui-qəsd cəhdinin qarşısını alıb. Azərbaycanda 20 illik həbs cəzasını çəkmiş N.Səlifov Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılmışdı. Azadlığa çıxdıqdan sonra N.Səlifov İstanbula yollanmışdı.

Noyabrın 2-də Türkiyənin hüquq-mühafizə orqanları N.Səlifova qarşı sui-qəsdin hazırlanması barədə operativ məlumat alıblar. Türkiyəyə N.Səlifovun İstanbuldakı evinə hücum təşkil etmək niyyətində olan 11 nəfərdən ibarət killer qrupu gəlib. Həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində bütün qrup İstanbulun Bakırköy rayonunda yerləşən “Ömür AVM” ticarət mərkəzində saxlanılıb.

Killer dəstəsinə öldürülmüş “qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı Canıyev Namiq Rafiq oğlu başçılıq edib.

Qrupa həmçinin aşağıdakı şəxslər daxil olublar: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin.

Namiq Canıyevin də daxil olduğu 13 nəfərlik killer dəstəsi uzunmüddətli həbsdən çıxmış kriminal avtoritet Lotu Qulinin evinə basqın hazırlamaqda ittiham olunur. Onların məqsədi Lotu Quli ilə məsələni birdəfəlik "çürütmək" olub.

Canıyevin mobil telefonunun yaddaşından götürülən şəkillər də təsdiqləyir ki, dəstə nəzərdə tutulan hücuma ciddi hazırlaşıb. Həmin şəkillər arasında Lotu Qulinin qaldığı evin detallı sxemi də olub.

Bununla belə, Türkiyənin nüfuzlu "Hürriyet" qəzeti öz mənbələrinə istinadən yazmışdı ki, Canıyev İstanbula 3 yaxın adamı ilə gəlib. O, İstanbula gəldikdən sonra Türkiyənin "Şirinlər" kriminal qruplaşmasının Maks ləqəbli lideri Mehmet Səbri ilə əlaqə yaradaraq, Lotu Qulinin aradan götürülməsi planını müzakirə edib.

Bildirilir ki, Canıyev Lotu Qulinin öldürülməsi qarşılığında Səbriyə 5 milyon dollar vəd edib. Tərəflərin məhz bu sövdələşmənin detallarını müzakirə etmək üçün "Ömür" Ticarət Mərkəzindəki restoranda bir araya gəldikləri vurğulanır.

Məqalədə : Lənkəranski 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 22:40

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru