Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Aprel

2017
14:27
276
Lavrov: Suriyada bir qrup kimyəvi silahlarla təxribatlar hazırlayır

"Suriyada bəzi şəxslərin kimyəvi silahla bağlı təxribatlar hazırladıqlarına dair siqnallar almışıq". FaktXəbər-in verdiyi məlumata görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Abxaziya prezidenti Raul Xacimba ilə Suxumidə keçirilən mətbuat konfransında deyib.

"İdlibde 4 aprel tarixində kimyəvi maddələrlə bağlı hazırlanan təxribatın oxşarının təkrarlanacağını hiss edirik. Bu təxribat ABŞ-ın Suriya bazasına təşkil etdiyi hücumla nəticələnmişdi. Eyni anda danışıqları dayandırıb hökuməti devirmək istiqamətində çıxışlar edilirdi",-deyə Sergey Lavrov əlavə edib.
 
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin də Suriyanın müxtəlif bölgələrində kimyəvi silahdan istifadə edib günahı Suriya hökumətinin üzərinə atılacağına dair məlumatlar aldğını bildirmişdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru