Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

06 Aprel

2017
13:07
3881
Kumiri Hacı Şahin olan Aprel şəhidi Mahir Mirzəyev - VİDEO

Mahir Sabir oğlu Mirzəyev 1994-cü ilin 17 fevralında Bakı şəhərinin Sabunçu rayonunda anadan olub. Mahir Mirzəyev 2011-ci ildə orta təhsilini başa vurub və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "İqtisadiyyat və sənaye" fakültəsinə daxil olub. Daha sonra, 2015-ci ildə Qafqaz Universitetində magistr pilləsinə qəbul olunan Mahir Mirzəyev həm də Aprel döyüşləri zamanı şəhid olan digər əsgər Fəxrəddin Qurbanlı ilə qohum idi.

Əsgər Mahir Mirzəyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Aprelin 9-u isə Mahir Mirzəyev doğulduğu Bakı şəhərinin Sabunçu rayonunda son mənzilə yola salınıb. 

Mahir Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru