Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

17 Mart

2017
11:42
3073
Kraliça Yelizavettanın GİZLİ JESTLƏRİ

Böyük Britaniya kraliçası II Yelizavetta barədə çox sözlər deyilib və yazılıb. FaktXeber.com isə bu gün Kraliçanın gizli jestləri barədə xəbər verəcək.

Bəzən II Yelizavetta müsahibləri ilə söhbətdən sıxılır və darıxır. Lakin etiket qaydalarına görə, kraliça onun sözünü kəsə, yaxud özündən uzaqlaşdıra bilməz. Kraliçanı bezdirici insanlardan xilas etmək üçün xüsusi kod hazırlanıb. Bunun üçün onu müşaiyyət edənlər sadəcə diqqətli olmalıdırlar.

Kraliçanın üzərində həmişə çantası olur. Əgər birdən o, çantasını əlindən əlinə keçirirsə, bu o deməkdir ki, dialoqu dayandırmaq istəyir. Bu zaman 1 dəqiqə ərzində lakey onun yanında peyda olur və məsələn, arxiyepiskop Kenterberiyskiyin təcili onu görmək istədiyini deyir.

Söhbəti dayandırmaq və bununla heç kimin xətrinə dəyməmək üçün əla üsuldur.

Kraliça çantası ilə başqa bir işi də işarə edir. Əgər  onu müşaiyyət edənlərdən kimsə II Yelizavettanın çantanı masanın üzərinə qoyduğunu görürsə, bu o, deməkdir ki, kraliça məsclisi tərk etmək istəyir, kareta hazırlanmalıdır.

Kraliçanın gizli jestləri arasında həyəcan siqnalı da var. Əgər o, barmağındakı üzüyü oynadırsa, bu o deməkdir ki, onu dərhal xoş olmayan söhbətdən, hətta  ərazidən uzaqlaşdırmaq lazımdır.

Buna da baxın

Prezidentlər BU QADININ KÖLGƏSİndən də qorxurlar

Britaniya Kraliçasının dövlət başçılarında olmayan ağlasığmaz səlahiyyətləri var

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru