Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

15 Fevral

2017
15:15
745
Kim Çen Namın qatillərindən biri Myanmarlı imiş - FOTO

Şimali Koreya liderinin ögey qardaşı Kim Çen Namın ölümündə şübhəli qadın saxlanılıb. Onun Myanmarlı olduğu bildirilir. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Malaziya dövlət agentliyi  Bernama xəbər yayıb.

Xatırladaq ki, fevralın 14-də Malaziyanın paytaxtında Kuala-Lumpur aeroportunda KXDR liderinin ögey qardaşı  Kim Çen Nama iki qadın tərəfindən öldürülüb. Onun zəhərləndiyi bildirilir. Müxtəlif mənbələrə görə, sui-qəsd zəhərli iynə, yaxud da zəhərli yaylığın başına atılması ilə həyata keçirilib.

FaktXəbər-in verdiyi məlumata görə, sosial şəbəkələrdə   Kim Çen Namın ehtimal olunan qatillərindən birinin şəkli paylaşılır. Foto  Malaziyanın The Star qəzetində dərc olunub.

Müşahidə kamerası tərəfindən götürülən təsvirdə  üzərində LOL  yazılan ağ futbolka geyinmiş, asiyalıların xarici görünüşünə malik orta yaşlı qadın görünür. Nəşr bildirir ki, onun sağ əli  kiçik çantanı örtür.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru