Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 İyul

2017
17:51
1244
Jurnalistin “BƏLKƏ, İKİMİZİ DƏ ÖLDÜRÜM” statusu cinayət sayılırmı? - FOTO

Jurnalist Aysel Əlizadə facebook sosial şəbəkəsində özünə və qızına qəsd edə biləcəyi barədə anons verib. Bəs görəsən hüquq-mühafizə orqanları bu tipli hər hansı statusa əsaslanıb həmin şəxs barədə tədbir görə bilərmi? 

FaktXeber.com bununla əlaqədar vəkil Yalçın İmanovdan münasibət öyrənib

Vəkilin sözlərinə görə, bununla bağlı Cinayət Prosessual Məcəllədən 206-cı maddəsini nəzərə çatdırdı: “Cinayət Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, cinayətin törədilməsi və ya onun törədilməsinə hazırlıq faktına dair müvafiq Kütləvi İnformasiya Vasitəsinə məlum olmuş, cinayət işinin başlanması üçün səbəb hesab edilən Kütləvi İnformasiya Vasitələrinin məlumatları mətbuatda, radioda, televiziyada əks etdirildikdən sonra cinayət təqibi orqanlarına göndərilməlidir. 

Sosial şəbəkələr də KİV hesab olunduğundan cinayət təqibi orqanı törədilmiş, yaxud hazırlanan cinayətlə bağlı araşdırma apara və nəticədən asılı olaraq cinayət işinin başlanması, yaxud rədd edilməsi barədə  qərar qəbul edə bilər.”

Qeyd edək ki, Aysel Əlizadə sosial şəbəkədə paylaşdığı statusda belə yazıb: “Beynim darmadağındı. Neçə vaxtdı ölümün bir addımlığında özümü qızımın xətrinə saxlayıram. Psixoloji məqamlar çoxdu. Son günlər isə düşünürəm: bəlkə, ikimizi də öldürüm. Bu qədər qəddar ruh halındayam. Bunu ona görə yazıram ki, bir vaxt sizə “intihar həddində insanlardan kömək istəyin” demişdim. Mən verdiyi məsləhətlərə özü əməl edən adamam. Nəsə deyin, hansısa sözlə kömək edin. Sakitləşə bilmirəm...”

Məqalədə : intihar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru