Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

16 Mart

2017
09:46
977
Hollandiya-Türkiyə gərginliyi baş naziri vəzifədə saxladı

FaktXəbər-in verdiyi məlumata görə, Hollandiyada parlament seçkilərinə 33 deputat çıxaran baş nazir Ruttenin rəhbərlik etdiyi Azadlıq və Demokratiya naminə Xalq Partiyası qələbə qazanıb. İslam əleyhinə çıxışları ilə tanınan radikal sağçı Vildersin Azadlıq Partiyası isə ikinci olub.
 
Parlament seçkilərindən sonra açıqlanan nəticələrə görə, ölkədə ən az 4 partiyalı bir koalisiya hökumətinin qurulması gözlənilir.

Qeyd edək ki, baş nazir Mark Rutte seçkilərdən öncə Almaniya və Türkiyə arasında baş verən gərginliyə müdaxilə edərək ölkədə daha çox səs toplamağa bacarıb. Belə ki, Türkiyənin XİN rəhbərinin Hollandiyaya buraxılmaması, digər nazirin isə ölkədən deportasiya edilməsi Ruttenin xalq arasında mövqeyinə ciddi təsir edib. Nəticədə Ruttenin rəhbərlik etdiyi Azadlıq və Demokratiya naminə Xalq Partiyası seçkilərdə qalib olub.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 15:50

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru