Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

07 İyul

2017
15:24
2798
Hakim 50 metrdən vurulan möhtəşəm qola ədalətsiz qərarı ilə kölgə saldı - video

19 yaşlılar arasında keçirilən Avropa çempionatının qrup mərhələsin Gürcüstanda keçirilən oyunda mübahisəli vəziyyət yaranıb. 

FaktXəbər-in məlumatına görə, çexlərin xeyrinə verilən qayda pozuntusunun sərbəst, yoxsa cərimə zərbəsi olduğu bilinmir. Amma Matey Halus onu mükəmməl şəkildə yerinə yetirir və meydanın mərkəzindən vurulan topu portuqal qapıçı qaytara bilmir. Belə olan halda çexlər qrup mərhələsi üçün vacib olan bu qolu bayram edirlər. 

Amma bir neçə saniyə türk hakim Əli Palabıyık çexlərin etirazına baxmayaraq, qolu qeydə almır. Hakim qayda pozuntusunun sərbəst zərbə ilə icra olunmalı olduğunu söyləyir (sərbəst zərbə hakimin əlini qaldırması ilə icra olunur və top heç kəsə dəymədən birbaşa qapıya daxil olarsa, qol qeydə alınmır. Cərimə zərbəsinin başlanmasına isə fitlə işarə edilir  - red.) Amma videodan açıq-aydın görünür ki, hakim qayda pozuntusunun əllə deyil, fitlə başlanmasına işarə verir.

Portuqaliya yekunda qələbə qazanıb və son tur ərəfəsində yarımfinala vəsiqəni demək olar ki, təmin edib.

Məqalədə : hakim səhvi 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2017 04:01

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  faktxeber@gmail.com


Valyuta.com


Рейтинг@Mail.ru