Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

31 İyul

2017
14:25
310
Hacıqabuldakı qətliamın arxasında kriminal `razborka` dayanırmış

Hacıqabulda 5 nəfərin öldürülməsi ilə nəticələnən evə basqın kriminal “razborka”dan qaynaqlanıbmış.

Xəbər verdiyimiz kimi, bu gecə Hacıqabul rayonunda dəhşətli cinayət hadisəsi baş verib.

Virtualaz.org saytının məlumatına görə, B.İbrahimov küçəsindəki evlərdən birinə soxulan silahlı şəxs evdə olan ailə üzvlərinə odlu silahdan atəş açıb. Hadisə nəticəsində evin xanımı - 59 yaşlı Almara Qəmbərova, onun qardaşı Nazim, qardaşı oğlu Namiq, qızları Gülbağda aldıqları güllə yarasından hadisə yerindəcə keçiniblər.

Evin sahibi Məhəmməd Qəmbərov isə ağır güllə yaraları ilə Şirvan Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.

Saytımızın əldə etdiyi təsdiqlənməmiş məlumata görə, hadisə ailənin Moskva şəhərində ticarətlə və idmanla məşğul olan oğlu “Moskva Natiq” ləqəbli kriminal avtoritetlə uzun illər məhkumluq həyatı yaşamış Hacıqabul rayon sakini Mübariz Mehdiyevlə aralarında uzun müddətdir ki, yaşanan münaqişə nəticəsində baş verib.

Hadisə vaxtı Natiq Qəmbərov Azərbaycanda olsa da, Hacıqabuldakı evlərində olmadığından, xəsarət almayıb. Hadisəni törətmiş Mübariz Mehdiyev isə əlində olan odlu silahdan özünə atəş açaraq intihar edib.

Faktla bağlı hüquq-muhafizə orqanlarında araşdırmalara başlanılıb.

Məqalədə : Hacıqabulda qətliam 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru