Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

17 İyul

2017
16:17
140
“WhatsApp” messenceri “YouTube” videosunu dəstəkləməyə başlayacaq

Populyar “WhatsApp” messenceri proqramda “YouTube” videosunu dəstəkləməyə başlayacaq.

FaktXəbər-in məlumatına görə, mütəxəssislər proqramın keçid etmədən videoçarxların “YouTube” videohostinqindən birbaşa messencerdə göstərilməsi kimi gizli funksiyasının olduğu növbəti versiyasının sınaqlarına başlayıblar. Yeni funksiyadan hazırda əlavənin 2.17.40 versiyasının istifadəçiləri yararlana bilərlər. Videoçarxlar bilavasitə proqramda açılır və “WhatsApp” istifadəçilərinin əlavə proqramlardan istifadəsinə ehtiyac qalmır.

Bundan əlavə, beta versiya istifadəçiləri “YouTube”dan çarxın göstərilməsini dayandırmadan açıq videonu idarə etməklə pəncərənin ölçüsünü dəyişə, onu gizlədə və ya tam ekranlı rejimdə aça bilərlər. Lakin hazırda yalnız “iOS” əməliyyat sistemli qurğular üçün nəzərdə tutulan funksiya “iPhone 6” modelindən başlayan smartfonlarda işləyir. “Android” və ya “Windows Phone” sistemlərinin idarəetməsi ilə işləyən qurğular hələ ki, bu imkandan məhrumdur.

Məqalədə : WhatsApp 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru