Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

03 Fevral

2017
15:24
646
Fransa Senatında axtarışlara başlanıldı

Fransa polisi dövlət vəsaitlərinin oğurlanması ilə əlaqədar «Penelopa Fiyonun işi» üzrə Senatın binasında axtarışlara başlayıb. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Europa-1 Radiostansiyası  xəbər yayıb.

Radiostansiyanın məlumatına görə, Korrupsiya,Maliyyə və Vergi cinayətləriylə mübarizə Mərkəzi Bürosu fevralın 3-də  Fransa Parlamentinin  Yuxarı Palatasına sənədləri müsadirə etmək üçün gəliblər.

Qeyd edək ki, ötən çərşənbə günü «Le Canard enchaîné» qəzetində Fransa prezidentliyinə namizəd  Fransua Fiyon haqqında dərc olunan jurnalist araşdırması böyük qalmaqala səbəb olub. Araşdırmada bildirilir ki, siyasətçinin xanımı  Peneloapa Fiyon  neçə illərdir ki, Milli Yığıncaqda ərinin köməkçisi kimi işləyərək maaş alıb, ancaq bununla  belə heç bir konkret iş görməyib. Ona 500 min avro ödənilib.

Məqalənin dərcindən cəmi bir neçə saat sonra  Fransa Prokurorluğu işə başlayıb.

İndiyə qədər şübhəsiz favorit olan Fiyonun seçki  kampaniyasının nəticələrinə mənfi təsir edə biləcəyi üçün yerli KİV bu hadisəni «Penelopeqeyt» adlandırıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2017 12:19

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru