Ermənilərin Tovuz, Qazax, Şəmkir planı – FOTO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 May

2018
11:32
20652
Ermənilərin Tovuz, Qazax, Şəmkir planı – FOTO

Mayın 23-də Moskvada Ermənistanın səfirliyində, saxtakarlığı ilə tanınmış erməni «tarixçi» və «arxitektura araşdırmaçısı» Samvel Karapetyanın «Şimali Arsax» (Arsax - işğal olunmuş Dağlıq Qarabağ – red.) kitabının təqdimatı olub. Qeyd edək ki, Samvel Karapetyan Ermənistanın keçmiş baş naziri Karen Karapetyanın qardaşıdır.

Kitab ilk dəfə 2004-cü ildə erməni dilində nəşr olunub. 2007-ci ildə isə ingilis dilinə tərcümə olunub.  Bu müddət ərzində kitabın rus dilində versiyası çap olunmayıb. Lakin 2018-ci ildə amerkayönlü Maydantipli çevriliş baş verəndən və Ermənistanın faktiki ABŞ-ın protektoratın keçməsindən sonra rus dilinə də tərcümə olunub.

FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə “Kavkazplus” saytı xəbər verib. Bildirilir ki, kitabın rus versiyasında nəşri təsadüfi deyil və ən yaxın vaxtda ermənistan ekspansiyasının hansı yöndə həyata keçəcəyini göstərir. 

Kitabın hətta üz qabığına ilk baxış belə «Şimali Arsax»ın  provokasiya xarakterli olduğunu göstərir. Belə ki, Samvel Karapetyanın  təsəvvüründə Azərbaycan Respublikasının əraziləri də daxil edilən «Şimali Arsax» Gürcüstanla sərhəddə yerləşir. Bura  Kür çayının  cənubunda Gürcüstan əraziləri, həmçinin Azərbaycan əraziləri, o cümlədən  Tovuz, Qazax, Şəmkir, Aqstafa daxil edilib.

Məlumdur ki, Gürcüstan və Azərbaycanı birləşdirən əsas magistral  Qırmızı körpü üzərindən keçir. Falsifikator kimi ad çıxaran Karapetyanın təxəyyülünə görə isə sən demə  Gürcüstan –Azərbaycan sərhəddini keçənlər guya «Şimali Arsaxa» «keçirmiş»…

Nəşr bildirir ki, Karapetyanın əsas hədəfi Qafqaz Albaniyasının və Azərbaycan ərazisində olan Albaniya Katolikosatının qədim abidələrinin və memarlığının ermənilərə aid olduğunu «sübut etməkdir».

Yeri gəlmişkən, erməni saxkatarlar  Qafqaz Albaniyasının tarixini bütünlüklə mənimsəməyə cəhd edir. Belə ki, bir müddət əvvəl  «Arsax»ın gənc «alim» və «mütəxəssisləri» Birliyinin sədri Avetik Arutyunyan işğal olunmuş Xankəndində  «Arsax» çarı Vaçaqan Barepaştın Konstitusiyasının qəbulunun 1530 illiyinə həsr edilmiş dəyirmi masa keçirilib.

Qeyd edək ki, Qafqaz Albaniyasının hökmdarı, Arşakilər sülaləsinin son çarı III Mömin Vaçaqan  (487-510) türk əsilli olub və ermənilərlə ümumiyyətlə heç bir əlaqəsi yoxdur, onun bütün təbəəsi də türk və albanlar olub.

Ermənilərin bu tarixi saxtalaşdırmaq istəmələri isə onların həyasızlığının həddinin olmadığını göstərir.

Sayt ermənilərin yeni ekspansiyasının Azərbaycan və Gürcüstanın milli təhlükəsizliyi üçün yeni təhdidlər yaratdığını qeyd edir.

Məqalədə : Qarabağ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2018 05:50



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com