Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Aprel

2017
09:15
371
Çempionlar Liqası: ¼ mərhələsinin ilk oyunlarına yekun vurulub - VİDEO

Çempionlar Liqasının 1/4 final mərhələsinin daha 3 oyunu baş tutub. 

Meydana ilk olaraq “Borussiya” və “Monako” çıxıb. Fransızlar səfərdən 3:2 hesablı qələbə ilə dönüblər.

Çempionlar Liqasının son finalçısı “Atletiko” İngiltərə çempionu “Lester”i sınağa çəkib və minimal hesablı qələbəyə sevinib. 

Daha bir finala bərabər oyun isə “Bavariya” ilə “Real” arasında keçirilib. "Bavariya" hesabı açıb ilk hissəni öndə başa vursa da, sonradan üstünlüyünü qoruya bilməyib. Kristiano Ronaldo 47 və 77-ci dəqiqədə dubl edərək komandasının səfərdən qələbə ilə dönməsini təmin edib.

Çempionlar Liqası

1/4 final mərhələsi, ilk oyunlar

12 aprel

“Borussiya” (Dortmund, Almaniya) – “Monako” (Fransa) - 2:3

Qollar: Dembele, 57, Kaqava, 84 - Mbappe, 19, 79, Bender, 35 (öz qapısına)

“Atletiko” (İspaniya) – “Lester” (İngiltərə) - 1:0

Qol: Qrizman, 27 (pen.)

“Bavariya” (Almaniya) – “Real” (İspaniya) - 1:2

Qırmızı vərəqə: Xavi Martinez, 61 ("Bavariya")

Qollar: Vidal, 25 - Ronaldo, 47, 77

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru