Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

31 Avqust

2017
15:05
475
Elmar Məmmədyarov Azərbaycanla Avropa İttifaqı arasındakı tərəfdaşlıqdan danışıb

“Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır və təşkilatın üzvləri arasında strateji tərəfdaşlarının sayını artırır”.

Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Viseqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan sürətli danışıqlar yolu ilə Aİ ilə strateji tərəfdaşlığa dair sazişin yekunlaşdırılması və bu saziş əsasında ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafında maraqlıdır: “Ötən ilin fevral ayında danışıqların rəsmən başlamasından etibarən biz saziş layihəsinin müxtəlif bölmələri üzrə məhsuldar və konstruktiv dialoq aparmışıq. Azərbaycan, həmçinin, Aİ ilə qarşılıqlı şəkildə razılaşdırılmış prioritetlər əsasında əlaqələrin qurulmasında maraqlıdır”.

Nazir bildirib ki, bu gün Azərbaycan dəyəri 45-50 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizinin (CQD) – Avropa bazarlarına alternativ təbii qazın ixracına xidmət edən qitənin ən böyük infrastruktur və enerji layihəsinin reallaşmasında aparıcı dövlətdir: “Bununla yanaşı, Şərq və Qərbin kəsişməsində yerləşən Azərbaycan regionlararası enerji bağlantısının genişləndirilməsi və Mərkəzi Asiyanı Avropa enerji arxitekturasına daha yaxın edən potensial təşəbbüslərə açıqdır. İkincisi, Şərq Tərəfdaşlığı regionu, eləcə də Aİ üzvü olan və namizəd ölkələrdən müxtəlif səhmdarların cəlb olunduğu unikal iştirakçı çərçivə olan Cənub Qaz Dəhlizi digər birgə maraq kəsb edən sahələrdə, xüsusən nəqliyyat, Avropa və Asiya, o cümlədən Avropa – Cənub və Şimal – Cənubu birləşdirən yeni nəqliyyat-tranzit yollarının yaradılması üçün əlaqələri araşdırmaqla istifadə edilə bilər. Bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini təşviq etmək məqsədilə bir neçə əsas nəqliyyat layihəsinin icrasına cəlb olunub. Bu həftə Azərbaycan digər dörd ölkə ilə birlikdə Kabil şəhərində Lapis Lazuli Dəhlizi üzrə malların Avropa bazarlarına nəqli üçün nəzərdə tutulan yeni tranzit marşrutuna dair saziş imzaladı. Çinlə Avropanı birləşdirən Trans-Xəzər Beynəlxalq Tranzit Marşrutu kimi regional layihələr üçün Mərkəzi Asiya ölkələri də daxil olmaqla daha geniş iştirak düşünülməlidir. Bu eyni zamanda trans-Avropa şəbəkəsini daha da Şərqə genişləndirmək məqsədi daşıyan Aİ-nin uzlaşma proqramına uyğun olacaq”.

Elmar Məmmədyarov əlavə edib ki, hərəkətlilik və insanlar arası təmasların təşviqi Aİ-Azərbaycan qarşılıqlı əlaqəsinin mühüm istiqamətidir: “Biz inanırıq ki, readmissiya və vizaların sadələşdirilməsinə dair sazişinin uğurla həyata keçirilməsi Aİ və Azərbaycan arasında vizaların ləğvi üzrə dialoqun başlanması üçün zəmin yaratmalıdır. Bununla yanaşı yenilənmiş Avropa Qonşuluq Siyasəti Avropa Qonşuluğunun bir çox hissələrində ən aktual problem kimi stabilliyi müəyyən edir. Həqiqi stabillik Şərq Tərəfdaşlığı coğrafiyasında sabitlik və əməkdaşlığı təhdid edərək uzun müddət davam edən hərbi münaqişələr həll edilmədən təsəvvür edilə bilməz”.

Nazir noyabr ayında baş tutacaq Şərq Tərəfdaşlığı Sammitinin əhəmiyyətli bir hadisə olduğunu bildirib: “İnanırıq ki, sammitin Bəyannaməsinin mətni üzərində iş ən qısa zamanda başlamalıdır. Qarşıdan gələn Brüssel Sammiti Bəyannaməsindən münaqişələrin həllində vahid və əlaqəli yanaşma sərgiləməsini, o cümlədən Şərq Tərəfdaşlığı məqsədlərinin tam miqyaslı həyata keçirilməsi üçün mövcud münaqişələrin neqativ təsirlərinin əks etdirməsini gözləyirik. Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında təsbit olunmuş əsas prinsiplərə, xüsusən də suverenlik, ərazi bütövlüyü və dövlətlərin sərhədlərinin toxunulmazlığına bütün iştirakçı dövlətlər tərəfindən eyni dərəcədə hörmət olunması mütləq zərurətdir. Yalnız Avropa təhlükəsizlik düzəninin əsas elementləri kimi müəyyən edilmiş prinsiplər üzrə öhdəliklərin yerinə yetirilməsi Aİ-nin etibarlılığını və qarşıdakı illərdə nüfuzunu müəyyənləşdirəcək”.(apa)

Məqalədə : Elmar Məmmədyarov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru