Tarix:06-03-2017 14:13
Elmar Məmmədyarov BƏƏ-nin "Əl-Fəcr" qəzetinə müsahibə verib
Şərh yaz
“Azərbaycan qarşılıqlı hörmət, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət, onların daxili işlərinə qarışmama kimi yanaşmalara əsaslanan tarazlı və çoxvektorlu xarici siyasi kurs həyata keçirir”.
 
Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BƏƏ-nin “Əl-Fəcr” qəzetinə müsahibəsində deyib.
 
O bildirib ki, bu kursda müştərək mənəvi və tarixi bağları bölüşdüyümüz və geniş coğrafi məkanı əhatə edən ərəb dünyasının özünəməxsus yeri var. Nazir bildirib ki, həmçinin Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və strukturlarının fəal üzvüdür, təşkilatın gündəminin formalaşdırılmasında, gündəlikdə duran məsələlərin müzakirəsində aktiv şəkildə iştirak edir: “Həmçinin Ərəb Dövlətləri Liqasında müşahidəçi statusuna malikik və Liqa ilə səmərəli əməkdaşlıq aparırıq. Körfəz Əməkdaşlıq Şurası ilə Azərbaycan arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Bu əməkdaşlığın təsisatlanmış çərçivəyə salınması və daha da inkişaf etdirilməsi üçün birgə səylər göstərilir. Bu il KƏŞ ilə birlikdə Bakıda strateji və iqtisadi forumun keçirilməsi nəzərdə tutulur. Azərbaycan beynəlxalq təşkilatlarda ərəb dünyasını narahat edən məsələlərə dəstəyini davam etdirir və 2012-2013-cü ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu zaman bunu fəal şəkildə edib”.
 
E. Məmmədyarov əlavə edib ki, Azərbaycan İslam dünyasının ayrılmaz hissəsidir, bütün müsəlman dünyasında islami dəyərlərə sadiq bir ölkə kimi tanınır və qəbul olunur: “Ölkəmiz uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub və İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub. Biz bütün müsəlman dövlətləri ilə əlaqələrimizin həm ikitərəfli, həm də çoxtərəfli əsasda daha da gücləndirilməsinə böyük önəm veririk və İslam ölkələri ilə əməkdaşlığımız ildən-ilə genişlənir. Azərbaycan islam həmrəyliyinin möhkəmləndirilməsi, dünyada islami dəyərlərin təbliğinə böyük töhfələr verir. Qeyd olunduğu kimi, Azərbaycan prezidenti İlham Əliyev 2017-ci ili “İslam Həmrəyliyi İli” elan edib. Ölkəmiz 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Bütün bu tədbirlər və görüləcək işlər dövlətimizin, həmçinin prezident İlham Əliyevin İslam dünyasında birliyə və ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinə verdiyi böyük diqqətin bariz göstəricisidir”.
 
Nazirin sözlərinə görə, Azərbaycan əsrlər boyu müxtəlif dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olub: “Ölkəmiz hər zaman multikulturalizm, tolerantlıq və dini-mənəvi dəyərlərin qorunub saxlanılması, onların inkişafına öz töhfəsini verərək, humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsində fəal rol oynayıb. Əfsuslar olsun ki, müasir dünyamızda müxtəlif din və məzhəblər arasında baş verən qarşıdurmalar, xüsusilə sülh və anlaşma dini olan İslamın qəsdən terrorizm ilə əlaqələndirilməsi cəhdləri Qərb cəmiyyətlərində islamofobiya meyllərinin artmasına səbəb olur ki, bu da tolerant Azərbaycan xalqında ciddi narahatlıq doğurur. Bu qəbuledilməz meylin daha da artmasının qarşısını almaq üçün bütün İslam ölkələri öz səylərini birləşdirməli və İslamın doğru-dürüst obrazını yaymaq məqsədilə işbirliyini əlaqələndirməlidir. İslamın terrorizm ilə əlaqələndirilməsi cəhdləri qətiyyən yolverilməzdir. Terrorizmdən əziyyət çəkən ölkə kimi Azərbaycan birmənalı şəkildə beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhlükələrdən biri kimi terrorun bütün forma və təzahürlərini pisləyir. Ölkəmiz bundan sonra da islami dəyərlərin qorunub saxlanılması və təbliğinə tam dəstəyini ifadə etməklə, islamofobiya meyllərinin gətirdiyi ayrı-seçkilik, düşmənçilik və zorakılığa qarşı mübarizəyə öz töhfəsini verməkdə davam edəcək”.
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : Ş.
Teqlər :
Elmar - Məmmədyarov - BƏƏ-nin - "Əl-Fəcr" - qəzetinə - müsahibə - verib -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:06-03-2017 14:13 - Oxundu: 306
Münasibət
24-04-2017 09:48 İŞİD mövqelərini ard-arda itirir, sıraları da seyrəlir - Politoloq
22-04-2017 15:11 Yollardakı sarı zolaqlarda hərəkətin qadağan olunacağı vaxt açıqlanıb
20-04-2017 18:18 Mübariz Qurbanlı: “Yeni məscid tikilsə adı “Hacı Cavad” olacaq”
20-04-2017 09:22 Taksilərə vahid tarif kimə sərfəlidir?
19-04-2017 16:15 "Azərbaycanda icra başçıları ən mədəniyyətsiz zümrəyə çevrilib"
19-04-2017 09:45 "NAZ-lifan"da istehsal dayandı
18-04-2017 14:23 Hüquq müdafiəçisi ilə rəsmi şəxsin qaz mübahisəsi: "Bu absurd fikirdir"
18-04-2017 12:19 "Elə bilirsiz ki, Avropa ölkələrində..." - Əli Hüseynli
17-04-2017 15:12 "Hacı Cavad məscidi ilə bağlı müxtəlif təkliflər var"
14-04-2017 14:05 "İşıq, qaz pulunu artırmaqla büdcəyə pul qazandıra bilməyəcəyik"
13-04-2017 11:05 Şəhid ailələri, Milli Qəhrəmanların övladları... - Sosial mənzil şansı...
12-04-2017 14:11 Dini Komitə və Mədəniyyət Nazirliyi məscidlərin sökülməsinə aydınlıq gətirib
12-04-2017 11:35 Millət vəkili dolların ucuzlaşmasından danışdı
08-04-2017 12:09 Əli Əhmədov: "Bəzi sahibkarlar vicdan hisslərini itiriblər"
07-04-2017 17:50 Dini kəsim Milli Şuranın sabahkı aksiyasına münasibət bildirdi
06-04-2017 11:07 "Məmurlarımızın xaricdə müalicə almaq istəyi..."
05-04-2017 17:13 Yol polisi "saxla" əmrinə tabe olmayan sürücüyə qarşı silah istifadə edə bilərmi? – RƏSMİ CAVAB
05-04-2017 14:18 Kardioloq: “Yeniyetmələr üçün enerji içkiləri böyük təhlükə mənbəyidir”
05-04-2017 10:36 "Məzənnə sabitliyinin uzunmüddətli və dayanıqlı olacağını düşünmürəm
04-04-2017 11:05 "2017-ci ildə mənzil bazarında qiymət artımı gözlənilmir"
31-03-2017 14:40 Mirvari Qəhrəmanlı: “Ancaq köməkçi işlərdə, açıq havada işləyənlər təxliyə olunub”
29-03-2017 14:22 Eldar Namazov AXC liderlərinin KQB ilə əməkdaşlıq etdiyini bildirib
29-03-2017 10:19 Rusiyadakı mitinqlərdən həvəslənib aksiyalar təşkil etmək...
28-03-2017 10:36 Bayram bitsə də, bazarlarda bahalaşma bitmək bilmir
27-03-2017 17:02 Azərbaycanda elmi jurnalistika niyə yoxdur?
27-03-2017 15:54 Dollar yenidən qalxacaq - Millət Vəkili
27-03-2017 14:13 "Düşməni öyrənmək, atdıqları addımların məntiqini hesablamaq lazımdır"
24-03-2017 11:26 Nazir: “Azərbaycanlı tələbələr mütləq gürcü dilini bilməlidir”
22-03-2017 09:26 "Nə vaxtsa görmüsünüzmü ki, cənab prezident əfv sərəncamı versin..."
21-03-2017 14:18 İqtisadçı ekspert Novruz bayramı ərəfəsində qiymətlərin qalxmasını...
16-03-2017 14:21 Marketlərə gedib qiymətlərlə maraqlanmışam - Əli Əhmədov
14-03-2017 09:45 "Azərbaycana kreditlərin verilməsi tamamilə dayandırıla bilər"
13-03-2017 14:59 Deputat pensiyalarla bağlı dəyişiklikləri şərh edib
13-03-2017 09:28 Mənim pensiyam neçə manat olacaq?
11-03-2017 11:07 Əfv siyahısında 20 tanınmış məhbusun adı var
09-03-2017 14:36 Nəqliyat eksperti sürücüləri günahlandırdı: Onların insanlıq...
07-03-2017 15:20 "Azəriqaz” İstehsalat Birliyinin özəlləşməsinin vaxtı çatıb"
06-03-2017 14:43 "Narkotikdən gələn gəliri əldən vermək istəmirlər" - Millət vəkili
06-03-2017 14:19 "Neqodnı"lara pis xəbər - Hərbi xidmətə çağırıla bilərlər
06-03-2017 14:13 Elmar Məmmədyarov BƏƏ-nin "Əl-Fəcr" qəzetinə müsahibə verib
06-03-2017 09:47 Neft hansı həddədək bahalaşacaq - 2017-ci ilin proqnozu
04-03-2017 11:40 Novruz Məmmədov: Ermənistan rəhbərliyinin hansısa məqsədi var
04-03-2017 10:40 Bəli, səhv etmişik, yanlışa yol vermişik - “Azəravtoyol”un sədri
03-03-2017 22:37 İpoteka Fondu səmərəli işləyə bilirmi?
02-03-2017 10:29 Tanınmış iqtisadçılar pensiya yaşının artırılmasını tənqid etdilər
01-03-2017 22:05 Pensiya yaşının artırılması sosial gərginliyi artıracaq - ekspert
01-03-2017 14:14 "Çoxu o vəzifələri elə rüşvət hesabına tutublar"
28-02-2017 15:22 Hüqüqşünas yol polisini İTTİHAM etdi: Qanunla bela rəftar etmək olmaz
28-02-2017 13:04 “Aprel müharibəsinin bütün təfərrüatları bu günədək üzə çıxmayıb”
27-02-2017 09:53 6 ay başa çatır
25-02-2017 12:55 Baş nazirin müavini: "Ordunuz hazırdır!"
24-02-2017 10:04 "Mən Qarabağı ermənilərdən təmizləyəcəkdim, qoymadılar"
23-02-2017 15:24 "Şərq qapısı" qəzetindən Vasif Talıbov AÇIQLAMASI
23-02-2017 13:00 FOX TV-nin Azərbaycanda yayımının dayandırılmasına rəsmi münasibət
23-02-2017 10:24 Ətin qiyməti niyə qalxır: Pozitiv bir söz söyləmək çətindir
21-02-2017 11:11 Təhsil ekspertləri məktəb dərsliklərindəki faciəvi şeirləri haqda...
21-02-2017 10:08 Azərbaycan qazı xaricə öz vətəndaşlarından ucuz satır?
20-02-2017 12:56 "Semaşko"da bütün tibbi xidmətlər pulsuzdur
20-02-2017 11:00 "Mənim işim-gücüm qurtarıb ki, bunu əzbərləyim?"
20-02-2017 09:11 Zəlzələdən ziyan çəkənləri aldadıb pullarını da alıblar

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

"Real"-"Barsa" oyununda qan töküldü; Messi qisasını aldı - VİDEO
24-04-2017 09:01
Azərbaycanda biabırçılıq - iş adamı itlərinə toy etdi - VİDEO
24-04-2017 10:24
"Azercell" abonentlərinə xəbərdarlıq edib
24-04-2017 09:09
Bakı-Ələt yolunda ölümə gedən sürücü kameraya düşdü - VİDEO
24-04-2017 10:49
Şimali Koreyada həbs edilən ABŞ vətəndaşının adı məlum oldu
24-04-2017 10:12
Bakının gecə klubunda dava düşdü: xəsarət alanlar var - FOTO
24-04-2017 09:14
Fransada prezident seçkilərinin birinci turunun nəticələri bəlli olub
24-04-2017 09:24
Mərkəzi Bankın valyuta məzənnələri
24-04-2017 09:43
Qırğızıstanda gəncləri yoldan çıxaran "İŞİD"çi həbs olundu
24-04-2017 10:39
12 yaşlı uşaq oğurladığı maşınla 1300 km yol gedib
24-04-2017 11:06
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az