Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 İyul

2017
11:43
527
Elektrik enerjisi almaq üçün texniki şərtlərin verilmə qaydası dəyişdirildi

Nazirlər Kabineti "İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları"nda dəyişikliklər edib.

Qaydalara edilən yeni əlavəyə əsasən, sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması qaydaları və onlara dair tələblər "Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası" ilə müəyyən edilir.

Hazırda sifarişçi dedikdə enerji təchizatı müəssisəsinin enerji təchizatı şəbəkəsinə qoşulması nəzərdə tutulan tikinti obyektlərinə mülkiyyət (sahiblik) və ya digər əşya hüququ əsasında sahiblik edən hüquqi və ya fiziki şəxs olan istehlakçı başa düşülür.

Qaydalara edilən digər dəyişikliyə görə, sifarişçi dedikdə həm də enerji təchizatı müəssisəsinin enerji təchizatı şəbəkəsinə qoşulması nəzərdə tutulan tikinti obyektlərinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə sahiblik edən hüquqi və ya fiziki şəxs olan istehlakçı da başa düşülür.

Məqalədə : elektrik 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru