Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 İyul

2017
11:15
891
İŞİD terrorçularının arvadları ilk dəfə danışdılar – VİDEO

FaktXeber.com-un verdiyi məlumata görə, İraq federal polisi  İŞİD terrorçularının arvadlarının sorğusu ilə bağlı  ilk görüntüləri  Sputnik ilə paylaşıb. Kadrlarda 3 qadının  Mosul azad edildikdən sonra polisin suallarını cavablandırdığı görünür.

Görüntülərdə sorğulanan ilk qadın İŞİD-ə üzv olan əmisi tərəfindən zorla evləndirildiyini deyib. Onun sözlərinə görə, əmisi bunu «vəzifədə irəliləmək üçün» edib. Qadının əmisinin təqribən 2 il əvvəl öldürüldüyü, ərindən isə xəbər olmadığı anlaşılır. 1 yaşında uşağı olan  qadın əri tərəfindən əsir olaraq bir zirzəmidə əsir saxlanıldığı üçün qaça bilmədiyini deyir: "Anam və dayılarım İraq ordusunda xidmət etdikləri üçün ərim onlara xəbər ötürəcəyimdən qorxurdu".

Qohumları ilə əlaqə yaratmaq istəyərkən əri tərəfindən ələ keçdiyini deyən qadın, bununla da  telefondan məhrum olduğunu vurğulayıb. Onun sözlərinə görə ərinə Mosulu tərk etmələri və İraq Təhlükəsizlik Qüvvələrinə təslim olmaları üçün yalvarıb, lakin rədd cavabı alıb.

İkinci qadın İŞİD üzvü ilə evli olduğunu etiraf edir, ərinin və atasının 2 gün əvvəl öldürüldüyünü deyib.

Qucağında körpəsi olan üçüncü qadın terrorçu ərinin hava hücumunda öldüyünü deyib. Onun sözlərinə görə, 2014-cü ildə İŞİD Mosulu işğal edərkən, əri təşkilata sadiq qalacağına and içibmiş.

İraq Federal  Polis Təşkilatının rəisi  Raid Şakir  Cevdet kamera qarşısında sualları cavablandıran qadınların təqsirsiz olduğunu bildirib: «Günahları olsaydı, çəkilişə qatılmaq istəməzlədi».

Polis rəisi qadınların azad olunacaqlarını və onların verdikləri ifadələrin istintaqda istifadə ediləcəyini bildirib.

Raid Şakir Cevdet bu yaxınlarda  İraq gücləri tərəfindən azad edilən məhəllələrdə İŞİD üzvü olan yüzlərlə qadının sığınmaçı görüntüsü verərək qaçmağa çalışacaqlarının gözləndiyinə işarə vurub. Onun sözlərinə görə, qadınlar İŞİD-də snayper kimi, yaxud  maliyyə departamentində işləyiblər və dinc xalqa, xüsusən qadınlara qarşı qəddar davranış sərgiləyiblər.

Məqalədə : İŞİD qadın 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru