Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

04 Avqust

2017
10:48
894
Dünyanın ən inkişaf etmiş müsəlman ölkəsinə İslamı azərbaycanlı aparıbmış - Səfir

FaktXəbər-in verdiyi məlumata görə, dünyanın ən inkişaf etmiş müsəlman ölkələrindən olan İndoneziyaya İslam dinini azərbaycanlı molla aparıbmış. Bu barədə ictimaiyyətə İndoneziyanın Azərbaycandakı səfiri Husnan bəy Fənaniə brifinq zamanı deyib. 

O, qeyd edib ki, İndoneziya dünyanın ən böyük müsəlman ölkəsidir və Yaxın Şərqlə Orta Asiyadan, o cümlədən İslamın inkişaf etdiyi regionlardan uzaqda yerləşib: "İslam İndoneziyaya XIV əsrdə  Səmərqənddə yaşayan Məlik İbrahim tərəfindən gəlib. Mənbələrdən məlumdur ki, o, Səmərqəndə Xəzərin sahili ilə,  dəqiq desək Azərbaycandan gəlib. O, Səmərqənddə İslam elmlərini öyrənib, daha sonra İndoneziyaya gedib. Bu yolla, azərbaycanlıların sayəsində İndoneziyada İslam dini yayılıb".

2015-ci ilin məlumatlarına görə, İndoneziyanın əhalisi 255 milyon nəfərdən çoxdur, onlardan 88 faizi İslama etiqad edir.

Məqalədə : İndoneziya islam azərbaycanlı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru