Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

24 Sentyabr

2016
21:57
1586
Diqqət dağınıqlığı: Kompüteri əla bilir, amma dərslərini hazırlaya bilmir

Uşaqlarda hiperaktivliklə əlaqədar diqqət dağınıqlığının səbəbləri tam bilinmsə də, onun nevroloji və genetik faktorlarla əlaqədar olduğu güman edilir. Amma bunun beynin ön tərəfində neyronlarda baş verən çatışmazlıq səbəbli olduğu öz təsdiqini tapmışdır. Beynin ön hissəsi diqqətin, davranışın, plan qurmanın, yaddaşın, motivasiyanın nəzarət olunmasına xidmət edir. Hamiləlik vaxtı çoxlu sayda dərmanların, spirtli içkilərin qəbulu, müxtəlif infeksiyalar, ağır doğuş travmaları, yarımçıq doğuşlar və azyaşlı uşaqlarda beyin travması məktəb yaşlarında uşaqların diqqət dağınıqlıqlarına səbəb ola bilir. Çevrəsəl amillər və ailə vəziyyəti uşaqlarrın hiperaktiv və diqqət dağınıqlığına səbəb ola bilməz.

Uşaqlarda diqqət dağınıqlığının, diqqətin bir yerə toplana bilinməməsinin səbəbi bioloji pozğunluqlarla əlaqədardır. Belə uşaqların valideyinlərindən tez-tez aşağıdakı sözləri eşitmək olur:

- Uşağımın fikri çox dağınıqdır, yaddaşı zəifdir, o hər şeyini itirir.

- Uşağım bir məsələni həll etmək üçün saatlarla vaxt sərf edir.

- O adi bir işi axıra çatdıra bilmir.

- Uşağım kompyuterlə əlaqədar olan hər şeyi bilir, amma dərslərini hazırlaya bilmir.

- O çox zəki bir uşaqdır, heç birimizin diqqətini çəkməyən şeylərə diqqət yetirir, amma dərslərini hazırlaya bilmir.

Uşaqlarda diqqət dağınıqlığı hiperaktivliklə bir tərəzidə ölçülür. Diqqətsizlik uşaqlara vurulan bir damğa deyil, o müalicə oluna bilinən kliniki bir əlamətdir.

Diqqət dağınıqlığı olunan uşaqların hamısında hiperaktivlik müşahidə edilmir. Bəzi hallarda müxtəlif sıxıntıları olan, özünə qapanıq uşaqlarda da diqqət dağınıqlğına rast gəlmək olur. Diqqət dağınıqlığı uşaqlarda tez-tez rast gəlinən yaddaşla əlaqədar olan patologiyadır. O əgər vaxtında və düzgün müalicə olunmazsa, həmin uşaq böyüdükdə həyat və sosial davranışlarıda geriliyə, özgüvən çatışmazlığına mübtəla olacaq. Belə uşaqlar yaşlarının az olduğu vaxtda öz yaşıdlarının və valideyinlərini incitdiyi kimi, böyüyəndə də çevrəsində olan adamlara qarşı xoş olmayan münasibətlərlə zərər verə bilir.

Belə uşaqlara dərsdə sakit oturmaq, qarşısındakının sözünə diqqətlə qulaq asmaq çətin olur. (immunitet.az)

Məqalədə : uşaq diqqət hiperaktiv 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru