Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

27 Mart

2017
15:12
1169
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 19-CU YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

18-Cİ YOL DİNDARLAR SƏMİMİ DEYİL

19- ALLAHA ŞÜKÜR BİZ DƏ MÜSƏLMANIQ

Xalq arasında ən çox təkrarlanan cümlələrdən biri də budur. Amma təəssüf ki, bu sözü adətən səhv bir davranış qarşısında xəbərdarlıq etdiyiniz adamlardan eşidirsiniz. "Qardaşım bu etdiyin dini cəhətdən günahdır", - dediyiniz dostunuz, ya da "iş ibadətdən əvvəldir”, “indi işim var, namazı axşam evə gedəndə qılaram" cümlələrini söyləyən adamlar "Amma" ilə başlayan cümlə qurmağınıza imkan vermədən dərhal da özlərini bu müdafiəyə başlayırlar: "Biz də müsəlmanıq, nə olduğunu bilirik". Halbuki hamımızın müsəlman olması heç kəsin arqumentlərini haqlı çıxarmır.

Amma təkcə inanmaq kifayət deyildir. İnancın tələblərini yerinə yetirmək lazımdır. “Məgər insanlar «İman gətirdik» – demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?!” (Ənkəbut, 2)

İnsanların bəhanələri və dini tələbləri yerinə yetirməməsi üçün gətirdikləri arqumentlər heç zaman bitmir. Şübhəsiz, insanıq və hamımız səhvlər edirik, amma əgər bir səhvimiz varsa, müsəlman olduğumuzu səhvimizə qalxan edə bilmərik. Əksinə, özümüzü aldatmağı kənara qoyub, müxtəlif bəhanələrin arxasında gizlənməməliyik və səhvimizi qəbul edərək nümunəvi inanclıya yaraşacaq şəkildə davranmalıyıq. Məhz o zaman əmin şəkildə, "Allaha şükür, biz də müsəlmanıq", - deyə bilərik.

Məqalədə : özünü aldatmaq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru