Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

27 Fevral

2017
16:11
1502
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 17-Cİ YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

16-CI YOL DİNDARLAR SƏMİMİ DEYİL

17- MƏNƏ DİNDƏN DANIŞANIN ÖZ MƏQSƏDİ VAR

Bəzən kimələrəsə dini məsələlərdə faydasına olan müxtəlif məsləhət və tövsiyələr vermən zaman narahat olduğunu müşahidə edirsən. Üstəlik, bu tövsiyələri ən uyğun dildə və nəzakətlə təqdim etsəniz də, vəziyyət çox zaman dəyişmir. Ya da bəzən müxtəlif ittihamlara məruz qalır, əslində danışdıqlarınızın arxasında başqa planlarınız olduğu şəklindəki ssenarilərin qəhrəmanına çevrilirsiniz.

İnsanların böyük qisminin həqiqətlərdən və bu həqiqətləri onlara xatırladacaq adamlardan qaçması cəmiyyətdə müşahidə olunan məsələdir. Çox insan əslində sizdən heç bir zərər görməsə, hətta məhəbbət və yaxşılıq görsə belə, yenə də sizdən qaçmaq istəyir. Səbəbi sizin həyatınızın mərkəzində yalnız Allahın olması, ətrafınızda isə sizin kimi səmimi dostlarınızın olmasıdır.

De: “Allahı qoyub bizə nə bir xeyir verən və nə də bir ziyan vuran qeyrisinimi çağıraq və Allahın bizi hidayət etməsindən sonra (cahiliyyət dövrünə) qayıdaq?! Şeytanların yer üzündə avara-sərgərdan qoyduqları şəxs kimi (olaq)? Halbuki onun “bizə tərəf gəl!” (deyib) hidayətə doğru çağıran dostları vardır. De: “Şübhəsiz, (həqiqi) hidayət Allahın hidayətidir. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr olunmuşdur”. (Ənam surəsi, 71)

İnsanlar özlərini çox şişirdirlər. Və olduqlarından daha əhəmiyyətli adamlar kimi görürlər. Başqalarının səmimi şəkildə onların yaxşılığını istədiyini başa düşmürlər. "Görəsən nə marağı var" sualına cavab axtardıqları üçün onlara verilən nəsihətlərdən faydalana bilmirlər. 

“Allah onların qəlblərindəkini (ikiüzlülük və düşmənçiliyi) bilir. Buna görə də onlardan üz çevir (mübarizə və döyüş fikrində olma), onlara nəsihət ver və yetərli və canlarına təsir edən söz de.” (Nisa surəsi, 63)

İnsanların böyük hissəsi dünyada mal, mülk, qazanc və mənfəət arxasınca olduğu üçün dərdi dünya olmayan insanları başa düşmürlər. 

Məqalədə : özünü aldatmaq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2017 03:01

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru