Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Sentyabr

2017
14:53
675
Buddistlər Arakanlı müsəlmanlara göndərilən yardımın qarşısını almaq istədilər

Buddistlər Arakanda Beynəlxalq Qızıl Xaç  Cəmiyyəti tərəfindən müsəlmanlara göndərilən təqribən 50 tonluq yardım vəsaitlərinin gəmiyə yüklənməsinin qarşısını almağa çalışıblar. FaktXeber.com-un Sputnik-ə istinadla verdiyi məlumata görə, onlar əllərində dəyənəklərlə gəmiyə hücum çəkiblər. Polis bunun qarşısınqı almaq istədikdə isə, hüquq mühafizəçilərə molotov kokteyli atıblar. Polislər havaya atəş açaraq onları dağıda bilib.

Digər tərəfdən Myanmarın vitse prezidenti Henri  Van Tiohüquq mühafizəçilərin  həyata keçirdikləri şiddət və kəndlərin yandırılması ilə əlaqədar Banqladeşə sığınmaq məcburiyyətində qalan  Arakan müsəlmanlarının «köçmələrinin səbəbini öyrənmək istədiyini» deyib.

Xatırladaq ki, Myanma ordusunun və buddistlərin Arakanda yaşayan müsəlmanlara qarşı təcavüzləri nəticəsində 25 avqustdan bu yana minlərlə dins sakin öldürülüb. Myanmar rəhbərliyinin bölgəyə giriş-çıxışlara icazə verməməsi üzündən ölən vətəndaşların dəqiq sayı bilinmir. Hücumlarda 150-dən çox kənd ordu və buddistlər tərəfindən yandırılıb. On minlərlə müsəlman təhlükəsizlik məqsədi ilə hələ də regiondan uzaqlaşmağa çalışır. Birləşmiş Millətlər təşkilatı Myanmardakı hadisələrindən qaçıb Banqladeşə sığınan arakanlı müsəlmanların sayının 370 minə çatdığını bildirir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru