Tarix:03-11-2016 14:28
Bu il Avropa Məhkəməsinin qərarları üzrə kompensasiyalar ödənilməyib
Şərh yaz
Vəkil Amerikanın Səsinə müsahibəsində Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilmə vəziyyətindən danışıb.
 
Vəkil Əsabəli Mustafayev Amerikanın Səsinə müsahibəsində Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayətlər, məhkəmənin qərarlarının yerinə yetirilmə vəziyyətindən danışıb.
 
 Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycandan qəbul etdiyi şikayətlərin spektrini necə xarakterizə edərdiniz? Sizin göndərdiyiniz şikayətlərin spektri necədir?
 
Əsabəli Mustafayev: Mənə elə gəlir ki, Azərbaycandan göndərilən şikayətlər Avroopa İnsan Hüquqları Konvensiyasının bütün maddələrini əhatə edir. Ancaq, son illər fundamental hüquqlarla, – siyasi hüquq və azadlıqlarla bağlı şikayətlər daha çoxdur. O cümlədən, mənin göndərdiyim işlər də əsasən bu yönümlü işlərdir. Bunlar sərbəst toplaşmaq, ifadə azadlığı, azadlıq və şəxsi toxunulmazlıq hüququnun pozuntusudur. Mən şikayətləri daha çox bu mövzuda göndərirəm. Mənim göndərdiyim işlər üzrə qərarlar da məhz bu mövzularla bağlıdır. O cümlədən də Azərbaycandan seçki məsələləri ilə bağlı şikayətlər daha çox göndərilir.
 
Bəs sizin şikayətlər üzrə qərarların spektri necədir?
 
Əsabəli Mustafayev: 2016-cı ildə mənim apardığım 22 iş üzrə qərar qəbul olunub. Bunlardan böyük əksəriyyəti şəxsi azadlıq, şəxsi toxunulmazlıq hüququnun pozuntusudur. Yəni, qanunsuz həbslə bağlıdır. Sərbəst toplaşmaq hüququnun pozuntusudur. 19 iş üzrə verilən qərarlar bu mövzulardadır. Bir də ədalətli seçki hüququnun pozuntusudur. 3 işi isə mülkiyyət hüququ ilə bağlıdır. Daha doğrusu, yerli məhkəmələrin qərarlarının yerinə yetirilməməsi ilə bağlıdır. 2015-ci ildə də təqribən belə bir spektr idi, – ədalətli seçki, sərbəst toplaşmaq hüququnun pozuntusu, mitinqlərdə iştirak və qanunsuz həbslərlə bağlı qərarlar idi.Üç tema bizdə prioritetdir. Məhkəmə qərarları da əsasən bununla bağlıdır.
 
Avropa Məhkəməsinə şikayət göndərən vəkillərin qarşılaşdığı əsas çətinliklər nədir? Bu çətinlikləri məhkəmənin işlərə çox gec baxması, yoxsa yerli məmurların vəkillərə ytəzyiqləri ilə izah etmək olar?
 
Əsabəli Mustafayev: Əlbəttə, Avropa Məhkəməsində işlərə uzun müddətə baxılmasını biz başa düşürük. Biz tərəfdarıyıq ki, işlərə tez müddətdə baxılsın, insanların pozulmuş hüquqları tez bərpa olunsun. Başa düşürük ki, bu mümkün deyil. Çünki bu, beynəlxalq məhkəmədir. Buraya 47 ölkədən ildə minlərlə şikayət daxil olur və cəmi 47 hakim var. Aydındır ki, tez baxılması mümkün deyil. Nəzərə alsaq ki, bəzi mülki, cinayət işlərinə, elə Azərbaycanda da bəzən 3-4 ilə baxılır.
 
Lakin, digər ölkələrdən fərqli olaraq Azərbaycanda bu sahədə işləyən vəkillər, hüquqşünaslar Avropa ölkələrindəki şəraitdə işləmirlər. Yəni, burada hakimiyyət tərəfindən insanlara böyük basqılar var. Nümunələr göz qabağındadır. Bu sahədə məktəb qoymuş İntiqam Əliyevin uzun müddət həbsdə qalması, indi də təqiblərə məruz qalması, ofisi bağlıdır, işləyə bilmir, ölkədən çıxa bilmir. Sonra digər şəxslər (son illər Avropa Məhkəməsi ilə çox ciddi işləyən Xalid Bağırov Vəkillər Kollegiyasından çıxarılıb) Vəkillər Kollegiyasından çıxarılır. Mənə gəldikdə isə, rəhbərlik etdiyim Qeyri Hökumət Təşkilatının (QHT) fəaliyyətinin dayandırılması, hansı ki, pulsuz hüquqi yardımla məşğul idi, bir az da Avropa Məhkəməsinə şikayətlərin tərtibatı ilə bağlı idi. Sonra ölkədən çıxışıma qadağa qoyulması, bank hesablarıma qadağa qoyulması ancaq Avropa Məhkəməsinə işləməyimlə bağlıdır. Son zamanlar bu kimi təzyiqlər ciddiləşib, bu sahədə yumşalma yoxdur, basqılar artır. Lakin, biz yenə dözüb, işləyirik.
 
Avropa Məhkəməsinin qərarları Azərbaycanda sonadək yerinə yetirilirmi?
 
Əsabəli Mustafayev: Avropa Məhkəməsinin qərarlarının icrası iki istiqamətdə aparılır. Bir var, qərarda göstərilən maliyyə məsələləri, yəni məhkəmə qərarında göstərilən kompensasiya olaraq maddi və mənəvi ziyanın ödənilməsi, bir də ki, hüquqi tədbirlərin görülməsi. Hüquqi tədbir qərarda yazılmır. Ancaq, məhkəmə hansı aspektləri, hansı məqamları insan hüquqlarının pozuntusu kimi qəbul edibsə, hökumət məcburdur ki, onunla bağlı hansısa ümumi tədbirlər görsün. Bir də var fərdi tədbirlər, tutaq ki, insan qanunsuz həbsədədirsə həbsdən buraxılmalıdır. Tutaq ki, İlqar Məmmədov kimi, bu fərdidir. Bir də var, ümumi, yəni gələcəkdə tutaq ki, seçki hüququnun pozulmaması üçün hökumət nə etməlidir. Tutaq ki, seçki komissiyalarının tərkibini dəyişməlidir, seçki qanunvericiliyində dəyişikliklər etməlidir. Bu ümumi tədbirlərdir. Əvvələr belə idi ki, malaiyyə məsələləri tez həll olunurdu. Yəni üç ay ayrılmış müddətdə kompensasiyalar ödənilirdi. Ancaq, ümumi tədbirlərin görülməsində, bəzən isə fərdi tədbirlər, məsələn qərarın İlqar Məmmədovun azalığa buraxılması hissəsi icra olunmurdu. Ümumi tədbirlər ümumiyyətlə həyata keçirilmir, məsələn qanunvericilik bazasında dəyişiklik olunması ilə bağlı məqamlar ümumiyyətlə icra olunmur. İndi də bu, belədir. İndiyədək mənim işlərim üzrə 76 qərar çıxarılıb. Bunların heç birində ümumi tədbirlər icra olunmayıb. O cümlədən də, hətta fərdi tədbirlər, tutaq ki, əmlakın qaytarılması ilə bağlı qərar da icra olunmayıb. Azərbaycanla bağlı bu sahədə böyük nöqsanlar var. Bunu daim biz də, Avropa Şurası da, Avropa Məhkəməsi də vurğulayır. Lakin, təəssüf ki, irəliləyiş yoxdur. Hətta, əvvəllər maddi və mənəvi ziyanın ödənilməsində problem yox idi. Yəni pul çox idi, ödənilirdi. Bu il isə Avropa Məhkəməsinin qəbul etdiyi qərarlar üzrə, demək olar ki, heç bir iş üzrə maliyyə kompensasiyası (ilin əvvəlindəki bir iki işi çıxmaq şərti ilə) ödənilməyib. Məsələn, məndə olan 22 iş üzrə kompensasiya ödənilməyib, gözləyirik. Hər dəfə Prezident Administrasiyasına yazırıq. Hər dəfə də deyirlər ki, yaxın zamanlarda problem həll olunacaq.
 
 Avropa Məhkəməsinin qərarları Azərbaycan məhkəmələri tərəfindən presedent kimi qəbul olunurmu?
 
Əsabəli Mustafayev: Xeyr. Yəni, bizim qanunvericilikdə bu nəzərdə tutulmayıb. Düzdür son zamanlar məhkəmələr Avropa Məhkəməsinin müəyyən qərarlarına istinad etməyə başlayıb. Ancaq, bu formal xarakter daşıyır. Mən belə düşünürəm.(amerikanın sesi)
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : Ş.
Teqlər :
Bu - il - Avropa - Məhkəməsinin - qərarları - üzrə - kompensasiyalar - ödənilməyib -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:03-11-2016 14:28 - Oxundu: 446
Münasibət
27-02-2017 09:53 6 ay başa çatır
25-02-2017 12:55 Baş nazirin müavini: "Ordunuz hazırdır!"
24-02-2017 10:04 "Mən Qarabağı ermənilərdən təmizləyəcəkdim, qoymadılar"
23-02-2017 15:24 "Şərq qapısı" qəzetindən Vasif Talıbov AÇIQLAMASI
23-02-2017 13:00 FOX TV-nin Azərbaycanda yayımının dayandırılmasına rəsmi münasibət
23-02-2017 10:24 Ətin qiyməti niyə qalxır: Pozitiv bir söz söyləmək çətindir
21-02-2017 11:11 Təhsil ekspertləri məktəb dərsliklərindəki faciəvi şeirləri haqda...
21-02-2017 10:08 Azərbaycan qazı xaricə öz vətəndaşlarından ucuz satır?
20-02-2017 12:56 "Semaşko"da bütün tibbi xidmətlər pulsuzdur
20-02-2017 11:00 "Mənim işim-gücüm qurtarıb ki, bunu əzbərləyim?"
20-02-2017 09:11 Zəlzələdən ziyan çəkənləri aldadıb pullarını da alıblar
18-02-2017 12:28 "Yaxşı olardı nazir həmin rəqəmləri əvvəl yerli ictimaiyyətə açıqlayaydı"
18-02-2017 10:44 Tanınmış politoloq niyə məhz Bakının seçilməsini şərh etdi
17-02-2017 11:47 Əfvlə bağlı yeni xəbər: Müraciətlərə müsbət rəy verilib
17-02-2017 10:46 "Sekuta getsəydi, atalar demişkən, üzüyünün qaşı düşməyəcəkdi"
17-02-2017 10:28 Baş Nazir son hesabata hazırlaşır, Nazirlər Kabineti buraxıla bilər
16-02-2017 15:05 “Uşaqların avtomobildə daşınması qaydaları ilə bağlı qanunda boşluq var” - Ekspert
16-02-2017 12:44 Uşağın kompüterin qarşısında sakit oturması müsbət hal deyil
16-02-2017 11:48 Dollar bahalaşanda dərman da bahalaşacaq - RƏSMİ
16-02-2017 09:57 Sürücülər üçün yeni qaydaların faydası nədir?
16-02-2017 09:42 Arif Əsgərov üçün həbs təhlükəsi - 48 milyonluq yeyinti
14-02-2017 10:42 Bank rəhbəri: Xarici valyutaya bağlıyıq
13-02-2017 22:28 Daha hansı nazirliklər ləğv oluna bilər? - TƏKLİF
13-02-2017 10:53 "Kliniki Tibbi Mərkəzdə struktur dəyişikliyi olacaq"
13-02-2017 10:46 Gürcüstana keçən taksilərə xüsusi nəzarət olacaq
13-02-2017 09:23 QHT-lərə yeni qaydalar gəlir
11-02-2017 11:03 İnşaat sektorunda şərtlər yüngülləşdirilir
09-02-2017 11:33 "Fatimeyi Zəhra" məscidi ilə bağlı məsələ məscidin xeyrinə həll olunub"
09-02-2017 11:05 Bədbəxt hadisə və yaxud da peşə xəstəliyi baş verirsə nə etməli?
09-02-2017 09:48 Hökumət kompensasiyaları niyə ödəmir?
08-02-2017 14:09 Ötən il ARDNF-nin büdcəsində 500 mln. dollarlıq profisit yaranıb
08-02-2017 11:36 Mədən Sənayesində Şəffaflığın Artırılması Şurasında nə baş verir?
07-02-2017 15:31 Manatın bu qədər ucuzlaşması sahibkarlar üçün problem yaradacaq
07-02-2017 15:00 YAP-çı deputatdan Jirinovskiyə cavab: Bu, Rusiyanın mövqeyi deyil
07-02-2017 13:00 Dollara tələbi necə dəyişək?
07-02-2017 11:59 "İntihar kabusu": Doğmalıq, qohumluq kimi dəyərlər itməyə doğru gedir
07-02-2017 09:32 Ekspert ölkəmizi təhdid edən terrorçulardan danışdı...
07-02-2017 09:13 İslam Oyunlarına gələ bilməyəni gətirməyə Bakı pul verir?
06-02-2017 14:15 Bir fotoyla məşhurlaşan müəllim - "Mənə şər atırlar"
06-02-2017 10:03 Trampın imzaladığı qadağaların Azərbaycan vətəndaşlarına...
06-02-2017 09:39 "Heç vaxt indiki kimi bahalaşma olmamışdı" - Dərman alıcıları
04-02-2017 11:23 Rusiya Gürcüstanın seçiminə hansı reaksiyanı verəcək?
04-02-2017 10:27 Dollar ucuzlaşır – müvəqqəti, yoxsa...
03-02-2017 14:24 "Fatimeyi Zəhra" məscidi barədə vəkil və komitə nümayəndəsi danışdı
03-02-2017 14:17 YAP-çı deputat: "Molla deyir ki..."
03-02-2017 10:31 "Müxalifət partiyaları hesabat versin" tələbinə əks düşərgədən cavab...
03-02-2017 10:15 Xarici ölkələrdən gələn zənglərin səbəbi nə ola bilər?..
03-02-2017 09:43 11 ildir qəbul olunmayan Rəqabət Məcəlləsi - SƏBƏB
02-02-2017 13:15 Rəis müavini: “Bələdiyyələr torpaqları “su qiyməti”nə satırlar”
02-02-2017 09:53 Böyük sərvətə sahib məmurlar pullarını ölkədən çıxarırlar - Ekspert
31-01-2017 10:44 Məcburi köçkün yataqxanalarında sayğaclar quraşdırılmağa başlandı
28-01-2017 11:13 Məcburi köçkünlərin sayğac üsyanına iki fərqli münasibət
28-01-2017 11:02 Dollar manatın “nəfəsini kəsir”-Elman Rüstəmov bankirləri topladı
27-01-2017 13:11 "İqtisadi cəhətdən fəal olan 3 mln. nəfər hardadır?"
27-01-2017 09:51 Süni qidanı həkim təyin etməlidir - Pediatr
26-01-2017 10:54 İntihara ən çox meyilli üç peşə sahibi
26-01-2017 10:01 Elmar Məmmədyarovun kritik Moskva səfərinin pərdəarxası
24-01-2017 10:57 İqtisadçılar minimum əmək haqqı barədə danışdılar: Artım cüzidir, lakin...
24-01-2017 10:14 Amerikadakı həbslərə azərbaycanlı hüquq müdafiəçilərinin münasibəti
23-01-2017 11:08 "Vətəndaşlarımız öz pullarını evlərdə və seyflərdə saxlayırlar"

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Ermənilər Talış kəndinə hücum edib itki verdilər...
27-02-2017 10:31
Şəhidlərimizin nəşləri döyüş bölgəsindən çıxarıldı - RƏSMİ
27-02-2017 16:56
Terrorçuların qənimi olan 62 yaşlı qoca: 300 nəfər öldürdü - VİDEO
27-02-2017 12:04
Hərbçilərimizin meyitləri olan ərazi Silahlı Qüvvələrimizin nəzarəti altındadır - RƏSMİ
27-02-2017 16:15
Müdafiə Nazirliyi ŞƏHİD hərbçilərin adlarını açıqlayıb
27-02-2017 10:38
Şəhid olan hərbiçilərimiz- FOTOLARDA
27-02-2017 11:30
Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
27-02-2017 10:51
"S-400"dən 12 raket buraxılışı - VİDEO
27-02-2017 14:28
Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA
27-02-2017 09:15
Türkiyə xüsusi təyinatlıları Xocalının 25 illiyini belə qeyd etdilər - VİDEO
27-02-2017 12:32
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az