Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Terapevt İbrahim Əfəndiyev: “Sağlamlığı qorumaq üçün il ərzində iki dəfə müəyyən müayinələrdən keçmək şərtdirt”
1948-ci ildə I Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış edib.
1950-ci ildən başlayaraq Ümumdünya Sağlamlıq Günü hər il aprelin 7-də qeyd edilir. Azәrbaycanda da Sәhiyyә Nazirliyi vә ÜST-nın dәstәyi ilә Ümümdünya Sağlamlıq Gününә hәsr olunmuş silsilә tәdbirlәrin hәyata keçirilmәsi planlaşdırılır.
Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının terapevti İbrahim Əfəndiyev “Report”a açıqlamasında insanların sağlam şəkildə həyat sürməsi üçün lazım olan məqamları diqqətə çatdırıb: "İnsanın sağlamlığı öz əlindədir. Ona görə də yaşayış tərzinə, qidalanmaya, ətraf mühitə qarşı münasibətə, eləcə də əsəb sisteminin tənzimlənməsinə xüsusi diqqət yetirmək lazımdır. Hətta müəyyən yaş həddinə çatandan sonra buna xüsusi fikir verilməlidir. Təəssüf ki, bunu çox vaxt edə bilmirik. Sağlamlığı qorumaq üçün il ərzində iki dəfə müəyyən müayinələrdən keçmək şərtdir. Əsas da ürək-qan damar sistemi, tənəffüs və həzm sistemi ilə bağlı müayinələrə üstünlük verilməlidir. Fəsillərin dəyişməsi zamanı bunu mütləq yoxlamaq lazımdır. Çünki bu zaman kəsiyində xroniki xəstəliklər daha da kəskinləşir".
Onun sözlərinə görə, hərəkətliliyin yüksək səviyyədə olmasına da diqqət yetirmək lazımdır: “Son illər texniki tərəqqi ilə əlaqədar insanlar oturaq həyat tərzi keçirirlər. Gün ərzində 14-15 saat sükan arxasında olmaq arzuolunan deyil. Bu da hipodinamiyaya gətirib çıxarır. Məhz bütün xəstəliklərin başlanğıcı bununla bağlıdır. Belə olanda damarlarda qanın hərəkəti müəyyən qədər zəifləyir. Piyada gəzmək - insan orqanizminin gücü və əzələ sümük sisteminin gəzintiyə davamlılığındən asılıdır. Gün ərzində maksimum 5-6 saat piyada gəzmək məsləhət görülür. Şam yeməyindən sonra da bir-iki saat gəzmək daha güclü effekt verir. Bu, həm də insanın gecə rahat yuxu almasına şərait yaradır. Hər bir yaşda da bunun saatı və müəyyən məsafəsi var”.
Terapevt vurğulayıb ki, qəfil ölümlər fərdi xarakter daşıyır: “Çünki özünə və sağlamlığına diqqət edən insanlarda bu hal müşahidə olunur”.
Qeyd edək ki, hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir. 2017-ci ilin Ümümdünya Sağlamlıq Günü yayılmasına görә әmәk qabiliyyәtinin vә sağlamlığın itirilmәsinin ikinci amilinә vә ÜST-nın Avropa regionunda 128 000 suisid halın әsas sәbәbi olan depressiya probleminә hәsr edilib.
- 07-07-2017 11:25 Britaniyada alkoqolizmin müalicəsi üçün EKSTAZİDƏN istifadə olunacaq-VİDEO
- 10-06-2017 21:53 Alimlər xəstəni komadan çıxarmanın yolunu tapıblar
- 27-04-2017 09:51 Azərbaycanlılara xas düşüncə orqan köçürülməsinə çətinlik yaradır
- 26-04-2017 22:30 Apteklərdə adı və tərkibi eyni olan dərmanlar niyə fərqli qiymətə satılır? - VİDEO
- 26-04-2017 10:22 Damar xəstəliyindən əziyyət çəkən qadın ana olub
- 20-04-2017 16:32 Oqtay Şirəliyev rayon xəstəxanalarına əlavə səlahiyyət verdi
- 18-04-2017 17:21 Səhiyyə Nazirliyi şagirdlər arasında sorğuya başlayıb
- 17-04-2017 11:49 Azərbaycanda qeydiyyatda olan hemofiliyalı xəstələrin sayı açıqlanıb
- 15-04-2017 13:00 Bu uşaq yaşıl çayın xərçəng xəstəliyini öldürdüyünü sübut etdi-VİDEO
- 13-04-2017 13:09 Azərbaycan alimləri qocalmanın səbəbləri ilə maraqlı nəticələr əldə edib
- 12-04-2017 15:46 BMT: Dünyada 30 milyon narkotik istifaçəsi var
- 11-04-2017 21:56 Bu kadrlar sizi dəhşətə salacaq - Kolbasa alarkən diqqətli olun! - VİDEO
- 11-04-2017 11:45 Azərbaycanda qrip təhlükəsi varmı? - Rəsmi açıqlama
- 07-04-2017 10:00 Bu gün Ümumdünya Sağlamlıq Günüdür
- 06-04-2017 16:19 Siqaretdən ölüm halları artır
- 06-04-2017 11:29 Daim yorğun olmağınızın 8 səbəbi
- 06-04-2017 10:30 Alimlər ömrü uzadan piy aşkarladılar
- 04-04-2017 15:57 "Əgər 1000 yeni doğulandan 10-nu itiririksə, bu, böyük nailiyyətdir"
- 28-03-2017 11:49 Braziliyada qorxulu "sarı qızdırma" xəstəliyi yayılmağa başlayıb
- 27-03-2017 20:17 Azərbaycanda “Honq Konq” virusuna yoluxanların sayı açıqlanıb
- 24-03-2017 13:05 Pulsuz dərmanla təmin edilən hepatitli xəstələrin sayı açıqlandı
- 23-03-2017 15:16 Azərbaycan Gürcüstandan dərman idxalını 9 dəfə artırıb
- 18-03-2017 14:12 İsveçin paytaxtı Stokholmda qızılca virusu yayılıb
- 15-03-2017 14:15 Azərbaycanda məktəblərdə tənəffüs vaxtının uzadılması təklif olunur
- 13-03-2017 21:57 Azərbaycanda onkoloji xəstələrin sayı artıb

® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı
Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.
26-04-2018 13:14
ƏLAQƏLƏR
  (+994 70) 870-47-49      (+994 55) 786-96-84
  [email protected]