Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyun

2017
10:10
Britaniya Səudiyyənin terroru maliyyələşdirdiyi barədə hesabatı dərc etməyəcək?..

Böyük Britaniya DİN-i ehtimal ki, heç bir zaman Böyük Britaniyada fəaliyyət göstərən terror qruplaşmalarına xaricdən dəstək və maliyyələşmə barədə istintaqın şok nəticələrini dərc etməyəcəyini açıqlayıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə "The Guardian" xəbər verib.

2015-ci ildə Böyük Britaniyanın sabiq baş naziri Devid Kameronun əmri ilə hazırlanan hesabat ekstremistlərin gəlirlərinin mənbələrini ortaya çıxarmaq hədəfi götürübmüş. Sənəddə əsas diqqət Səudiyyə Ərəbistanına ayrılıbmış. 

DİN təsdiq edib ki, hesabat hələ hazır deyil və «çox incə» məzmunu ilə əlaqədar heç vaxt ictimaiyyət üçün dərc oluna bilməz.

«Növbəti hökumət hesabat barədə qəti qərarı iyunun 8-də ümumxalq seçkilərdən sonra verəcək», - deyə DİN-in nümayəndəsi bildirib.

Qeyd edək ki, Böyük Britaniyada terrorun maliyyələşməsi ilə bağlı istintaq ABŞ-ın Suriyanın daxilində ehtimal olunan terror mövqelərinə qarşı keçirdiyi hərbi kampaniyalara dəstək müqabilində liberal demokratlarla bağlanan sazişin bir hissəsi kimi həyata keçirilmişdi.

XİN Mətbuat xidməti Tom Breyk baş nazir Tereza Meydən (hansı ki, Kameronun dövründə DİN rəhbəri idi) xüsusən Mançesterdə son terror aktından sonra xahiş edib ki, istintaqın yekunlaşmasından əmin olsun. Qeyd edək ki, Mançesterdə terror aktı nəticəsində onlarla insan ölmüş və yaralanmışdı.

«Sizin rəhbərliyiniz dövründə DİN hesabatın əsas aparıcılarından biri idi. 18 ay keçməyinə baxmayaraq, Britaniyada dünyaya gələn vətəndaşlar tərəfindən həyata keçirilən iki dəhşətli terror aktından sonra bu hesabat əvvəlki kimi yarımçıq və dərc olunmamış qalıb», - deyə Breyk iddia edir.

«Sirr deyil ki, Səudiyyə Ərəbistanı, İslamın çox sərt interpretasiyası olan vəhhabiliyi dəstəkləyərək, Böyük Britaniyada yüzlərlə məscidin maliyyəsini həyata keçirir. Çox vaxt bu müəssisələrdə Britaniya ekstremizmi kök salır», - deyə o, əlavə edib.

Səud Kralının keçmişdə belə fəaliyyətlərə çılğın reaksiyasını nəzərə alsaq, hesabatın nəticələri Ər-Riyad tərəfindən çox ciddi siyasi və hüquqi nəticələr yarada bilər.

Xatırladaq ki, 2001-ci il 11 sentyabr terroru qurbanlarının ailələrinə Səud rejimini məhkəməyə vermək hüququ barədə ABŞ Konqresinin qəbul etdiyi qanundan sonra, Ər-Riyad 750 milyard amerika aktivlərini satacağı ilə hədələmişdi. 

11 sentyabr terrorunda iştirak edən 19 intiharçıdan 15-i Səudiyyə Ərəbistanı vətəndaşı idi və əldə olunan məlumatlara görə, onların bəziləri Səud rejiminin yüksək rütbəli adamları ilə əlaqələri olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
15792

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14467

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
15876

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15470

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
20837

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15364

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15504
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-08-2020 22:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru