Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

14 Avqust

2017
21:12
356
Bədən Tərbiyəsi və İdman Akademiyasından abituriyentlərə müraciət

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası IV ixtisas qrupu üzrə imtahan verən abituriyentlərə müraciət edib. Akademiyadan verilən xəbərə görə, avqustun 19-dək “Bədən tərbiyəsi və idmanda reabilitasiya”  ixtisasına qəbul davam edir. Bədən Tərbiyəsi və İdmanda reabiliyasiya  üzrə bakalavr təhsil zamanı tələbələrə Fiziologiya, biokimiya, psixologiya, biomexanika və kineziologiya, kinezioterapiya və s. kimi fənlər tədris edəcək.

 

Proqram çərçivəsində tələbələr nəzəri bilikləri möhkəmləndirmək üçün prakriki tapşırıqlar da yerinə yetiriləcək. Tələbələr müxtəlif zədə və xəstəlikləri olan xəstələri müayinə edib, müalicə planı hazırlayacaqlar. Təhsili bitirdikdən sonra məzunlar idman federasiyaları, idman məktəbləri, reabilitasiya mərkəzləri, bədən tərbiyəsi və idman dispanserlərində və digər müəssisələrdə fizioterapevtin köməkçisi və ya fiziki reabilitasiya üzrə təlimatçı qismində, və bu kimi fəaliyyət sahələrində işləyə biləcəklər. İşəgötürənlərin təlabatına görə fəaliyyətin bu sahəsi nəinki Azərbaycanda, eləcə də beynəlxalq səviyyədə prioritetdir.

 

“Bədən tərbiyəsi və idmanda reabiliyasiya” ixtisasını seçmək üçün keçid balı minimum 200 bal təşkil etməlidir. İxtisasa qəbul olmaq üçün “Abituriyentin ixtisas seçimi” elektron ərizəsini doldurub 137124 ixtisas kodunu seçmək kifayətdir. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru