Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

22 İyun

2017
11:15
1199
BBC-nin aparıcısı axşam xəbərlərindən sonra sosial şəbəkələrin ulduzuna çevrilib -VİDEO

FaktXeber.com-un verdiyi məlumata görə, BBC-nin aparıcısı axşam xəbərlərindən sonra sosial şəbəkələrin ulduzuna çevrilibBelə ki, axşam xəbərlərinin aparıcısı Xyu Edvards səslə bağlı efirdə yaranan  problemlərə görə 4 dəqiqə efirdə susub. Sosial şəbəkələrdə bu barədə yazılan statuslardan aydın olur ki, tamaşaçılar üçün bu dəqiqələr əsl əyləncəyə çevrilib.

İnformasiya proqramı başlayanda Xyu Edvards sadəcə susub. Kadr arxasında mütəxəssislər problemi həll etməyə çalışdığı müddətdə Edvards özünü sakit göstərməyə çalışıb. Lakin artıq bir dəqiqədən sonra bezir, oturduğu pozanı dəyişir, masaya barmaqlarını döyəcələyir, qaşlarını çatır və kompyuterdə nəsə axtarmağa başlayır.

Lakin sonda onun əsəbləri tab gətirmir, Edvards nəsə yazmağa başlayır. Onun xarici görünüşündən belə aydın olurdu ki, o səs mühəndislərini və efirə xidmət göstərənləri «qara siyahıya» alır.

Proqram başlayanda Edvards üzr istəyib. Onun sözlərinə görə, 25 illik karyerası dövründə  başına ilk dəfədr ki, belə şey gəlir.

Məqalədə : aparıcı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru