Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

15 Fevral

2016
12:41
4607
Baş nazirin qətlinin sifarişçisi 65 il sonra bəlli oldu

FaktXeber.com-un Daily Pakistan qəzetinə istinadən verdiyi məlumata görə, Pakistan dövlətinin rəhbəri Məhəmməd Əli Cənahın yaxın dostu, bu ölkənin ilk baş naziri olan Ləyaqət Əli Xanı terror etdirən ölkənin adı məlum olub.

ABŞ Xarici İşlər Nazirliyinin 65 il sonra yaydığı məlumatda deyilir: Ləyaqət Əli Xan İranla yaxın və sıx əlaqələrə malik idi. ABŞ isə İran neftinin monopoliyasını ələ keçirmək niyyətində idi. Hətta bu nefti Pakistanla belə, bölüşmək fikrində deyildi. Amerikanın o vaxtki prezidenti Henri Trumen Ləyaqət Əli Xanla telefon əlaqəsi saxlayaraq, ondan İranın neft yataqlarını Vaşinqton üçün icarəyə götürülməsini istəmişdi. Trumen bildirmişdi ki, Avropa və digər Qərb ölkələri İranla müqavilə imzalamadan öncə, Pakistan tələsik bu işi görməlidir.

Pakistan baş naziri isə onun cavabında, öz səlahiyyətindən sui-istifadə edərək, cüzi mənfəət üçün İrana xəyanət etmək niyyətində olmadığını açıqlamışdı.

Sonrakı telefon əlaqəsində ABŞ sabiq prezidenti Pakisistan baş nazirini rəsmən hədələyir. Ləyaqət Əli Xan isə ABŞ prezidetinin hədələrindən qəzəblənərək, 24 saat ərzində bu ölkənin Pakistandakı bütün hərbi təyyarlərinin çıxarılması əmrini verir. 

Bu isə Pakistanın ilk baş nazirinin terror edilməsi ilə nəticələnir. Belə ki, 1951-ci ilin oktyabr ayının 16-sı Əkbər adlı şəxs mühafizçilərin gözünün qarşısında baş nazirə odlu silahdan atəş açaraq, onu qətlə yetirir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru