Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Mart

2019
10:00
4870
Bakıda `Diqlas` ticarət mərkəzində güclü yanğın - VİDEO

14.20 - Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının ətraf ərazilərə yayılmasının və açıq alovun qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyindən FaktXəbər-ə bildiriblər ki, hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır.

***

Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 3 helikopteri cəlb olunub. 

#Diqlas - dakı yanğın üçün helikopter qaldırılıb

Публикация от FaktXeber.Az Official (@faktxeber.az)

Alov şiddətlənərək 8-ci kilometr bazarındakı bir neçə obyekti də bürüyüb. “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın yaxınlıqdakı ticarət obyektlərinə də keçib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

***

09:00 - Bakının Nizami rayonu ərazisində yanğın hadisəsi baş verib. Yanğın paytaxtın 8-ci kilometr adlanan ərazisindəki "Diqlas" ticarət mərkəzində qeydə alınıb.

Hazırda əraziyə FHN-in canlı qüvvə və texnikası əraziyə cəlb olunub. Bina təxliyyə edilir. 

Məqalədə : yanğın 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

01

Yanvar
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2019 09:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru