Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

22 Fevral

2017
11:11
1127
Bakı metrosunda qızın pulla dolu çantasını oğurladılar - VİDEO

Yanvarın 17-də Bakı şəhər sakini Şölə Yusifovanın Gənclik metrostansiyasından Koroğlu metrostansiyasına gedən zaman içərisində pul və plastik bank kartları olan əl çantası oğurlanıb.
 
Dərhal Metropolitenin polis şöbəsinə məlumat verən zərərçəkənin şikayəti əsasında əməliyyat axtarış tədbirlərinə başlanılıb. Metro stansiyalarına quraşdırılmış mühafizə kameralarının təsvirlərinə baxış keçirilərkən, həmin saatlarda ərazidə sıxlıq olması əməliyyatçıların işini bir qədər çətinləşdirib. Buna baxmayaraq, qatara qadının arxasınca minən sərnişinin növbəti stansiyada düşərək, oranı tələsik tərk etməsi polis əməkdaşlarında şübhə yaradıb.
 
Nəhayət əməliyyatın sonunda şübhələr özünü doğruldub və məlum olub ki, əməli  törədən əvvəllər də məhkum olunmuş 29 yaşlı Yadigar Rüstəmovdur. Hadisə baş verən andan bir ay sonra, yəni fevralın 18-i sözügedən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  faktxeber@gmail.com


Valyuta.com


Рейтинг@Mail.ru