Tarix:10-01-2017 16:03
Bakı maklerləri: “Bu iş artıq bitdi...”
Şərh yaz
2016-cı il daşınmaz əmlak bazarı üçün ən ağır illərdən biri kimi proqnozlaşdırılırdı. Belə də oldu, həqiqətən də, ötən il paytaxtın mənzil bazarı həm aktivlik, həm qiymət baxımından çətin keçdi. Dolların manata nisbətən kəskin bahalaşması bu bazara ciddi təsirlərlə yadda qaldı. Bir tərəfdən əhalinin real gəlirlərinin azalması, inflyasiya hazırda mənzil bazarında qiymətlərin tərəddüdünə səbəb olub. Əlində pulu olan alıcı onu mənzilə yatırmaq istəmir, bazarın stabilləşməsini gözləyir və nəticədə daşınmaz əmlak bazarında durğunluq yaranır.
 
Bəzi ekspertlər 2017-ci ilin birinci yarısından etibarən qiymətlərdə ucuzlaşma olacağını proqnozlaşdırsalar da, bu məsələdə onlar arasında fikir ayrılığı var. Bəzi ekspertlər paytaxtın mənzil bazarında yaxın aylarda qiymətlərin enməsini gözləmirlər. Hətta hazırda mənzil sahibi olmaq üçün indiki dövrü ən münasib dövr kimi xarakterizə edənlər də tapılır. Bəs əslində paytaxtda daşınmaz əmlak bazarında vəziyyət necədir? Alıcı varmı? Yeni ildə mənzil alqı-satqısında qiymətlərlə bağlı proqnozlar necə olacaq? Bu və digər suallara cavab tapmaq üçün virtualaz.org Bakının mənzil bazarındakı vəziyyətlə bağlı araşdırma aparıb.
 
 
“Makler” işi... qapısı qıfıllı ofislərdən başlanır
 
Bir vaxtlar ən qazanclı peşələrdən sayılan “makler” işinə indi heç kim gəlirli biznes kimi baxmır. Bunu bilmək üçün “ev alverçiləri”nin üzərindən kilidi əskik olmayan ofislərinə baş çəkmək kifayətdir. Bəzən kilidi açıq olsa belə, günlərlə bu qapıların tutacağını itələyib açan olmur. Yolumuzu “Əcəmi” metrostansiyasının ətrafında yerləşən ev alqı-satqısı ilə məşğul olan obyektlərdən saldıq. Əksəriyyəti qıfıllı, açıq olanları isə boş və müştərisiz.
 
Eyni vəziyyət şəhərin digər hissələrində, o cümlədən, Yasamal və Nərimanov rayonlarında yerləşən alqı-satqı məntəqələrində hökm sürür. Satışla məşğul olanların əksəriyyəti hələ ki, mənzil qiymətlərində heç bir ucuzlaşmanın olmadığını, əksinə ötən aylarla müqayisədə bahalaşma olduğunu bildirirlər.
 
10 ildən çoxdur ki, mənzil alqı-satqı ilə məşğul olan Xıdır Vəliyevin sözlərinə görə, son iki ayda bazarda nisbətən canlanma var. Yəni yay aylarında tamamilə ölən bazar yavaş-yavaş dirçəlməyə başlayır. Amma ofisə gələnlər real ev alanlar deyil, daha çox qiymətlə maraqlananlardır.
 
X. Vəliyevin sözlərinə görə, bu sahədə vəziyyət o qədər acınacaqlıdır ki, hətta buna “maklerlik” işinin bitməsi kimi də baxmaq olar. “Təxminən iki ay olar ki, almasalar belə, heç olmasa yaxınlaşıb mənzil soruşanlar var. Alıcıların hamısı ucuz ev axtarır. Bazar qiymətinə olan evi alan yoxdur. Məsələn, kim borca-filana düşüb  “əlimyandıda” satırsa, onun evi alınır. Alıcı evin bir qədər ucuz satıldığını hiss etməsə, o evə yaxın düşmür. Amma alıcı sayı ötən illə, iki il əvvəllə müqayisəyə gəlməz. İndi demək olar ki, alıcı yoxdur. Mən son 4 ayda cəmi bir ev satmışam. Bu ona görə deyil ki, mən işləyə bilməmişəm. Ev alqı-satqısı ilə məğul olan 72 ofislə əlaqəm var, hamıda eyni vəziyyətdir. Hesab edirəm ki, “maklerlik” işi artıq qurtarıb”, - deyə X. Vəliyev deyir.
 
Müsahib söhbətində vurğulayır ki, müştərilər daha çox ucuz evlərə meyl edirlər. Ən çox tələbat isə 1 və 2 otaqlı evlərədir. “Hamı ucuz ev axtarır. Qiymətlərdə isə nəinki enmə, əksinə, artım var. Hətta nisbətən münasib qiymətə mənzil istəyən müştərilərimiz var, amma biz onlara ev tapıb verə bilmirik. Bir ay bundan əvvəlki qiymətlər indi təkrar olunmur, artım hiss olunur. Əvvəl ucuz variantlara az da olsa rast gəlinirdisə, indi ümumiyyətlə, rast gəlinmir. Ən çox tələbat isə 1 və 2 otaqlı evlərədir. Bunlar daha “xodovoy” sayılır”, - deyə ev alverçisi əlavə edir.
 
Dolların məzənnəsi sabitləşsə...
 
Digər bir “makler” Müseyib Əfəndiyev isə hesab edir ki, əgər dolların məzənnəsi sabitləşsə, alıcı da olar. Çünki insanlar əllərində olan pulu mənzilə vermək əvəzinə dollara çevirib saxlamağa üstünlük verirlər.
 
“Əvvəlki illərlə müqayisədə satış bazarında sönmə müşahidə olunur. Hətta elə ay olur ki, ev satmırıq. Yenə də ən çox satış elə mikrorayonlardadır. Çünki buranın yeri də əlverişlidir, qiymətləri də münasibdir . Şəhərin içində ən çox satılan isə bina evləridir. Nisbətən kənarlara doğru getdikcə, Məsələn, Masazır, Sulutəpə, Xocahəsən, Biləcəri və Xırdalan ərazisində tələbat həyət evlərinədir”, - deyə M. Əfəndiyev qeyd edir.
 
 
Paytaxtın ən bahalı və ən ucuz evləri
 
Virtualaz.org-un araşdırmasına görə, şəhərin ən məhsuldar mənzil bazarı mikrorayonların ərazisindədir. Burada həyət evləri az olduğundan ən çox tələbat 1 və 2 otaqlı bina evlərinədir. Burada bir otaqlı mənzilin qiyməti 42-55 min manat arasındadır.
 
İki otaqlı mənzillər 55-65 min manata, 3 otaqlılar isə 70-90 min manata satılır. Söhbət birinci mərtəbədə yerləşən bina evlərindən gedir. Mərtəbələrdən asılı olaraq mənzillərin qiymətində müəyyən fərqlər ola bilər.
 
Şəhərin ən bahalı mənzilləri isə əsasən Nizami küçəsində (“Tarqovı”) və “Elmlər Akademiyası” metro stansiyasının ətrafındadır. "Elmlər Akademiyası" metro stansiyası ətraflarında köhnə tikili, "Xruşov" layihəli, 1 otaqlı mənzillərin qiyməti 57-63 min manat arasında dəyişir. Qiymətlər, mənzillərin təmirinə, yerləşdiyi mərtəbəsinə, binanın künc tərəfində yerləşib-yerləşməməsinə görə təyin olunur. 2 otaqlılar 85-130 min manat arası, 3 otaqlılar isə 100-180 min manat arası dəyişir.
 
Yasamal rayonunda 1 otaqlı mənzillər 60-70 min manat, “Xruşovka” layihəli köhnə binalarda 2 otaqlı mənzillər 60- 90 min manata, 3 otaqlı mənzillər isə 100-160 min manata təklif olunur.
 
Nizami rayonunda 1 otaqlı köhnə binada olan mənzillər 33 min manatdan başlayır. 2 otaqlı mənzillər 55- 68 min manata, 3 otaqlı mənzillər isə 100-130 min manata satılır, Nərimanov rayonunda 1 otaqlı mənzillər 55-75 min manat, 2 otaqlı mənzillər 75-100 min manat, 3 otaqlı mənzillər isə 100-160 min manatdır.
 
Paytaxtın daşınmaz əmlak bazarında monitorinq aparan "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyin ən son açıqladığı rəqəmlərə görə, ötən ilin noyabr ayında ilkin yaşayış mənzil bazarında kvadratmetrin qiymətinə görə təklif olunan ən bahalı mənzillər Səbail (2412 AZN/M2), Nəsimi (1806AZN/m2) və Nərimanov (1724 AZN/M2) rayonlarında qeydə alınıb. Ən ucuz mənzillər isə Sabunçu (951 AZN/M2) və Suraxanı (923 AZN/M2) rayonlarında yerləşir. Qaradağ, Xəzər və Pirallahı rayonlarında ilk mənzil bazarında təklif yoxdur.
 
 
Evlər 5% bahalaşıb
 
Daşınmaz əmlak üzrə ekspertlər paytaxtın daşınmaz əmlak bazarında qiymətlərin ilin əvvəli ilə müqayisədə 5 %-dək bahalaşdığını deyirlər. Alıcılıq səviyyəsi çox aşağı düşdüyünə görə, mənzil bazarında durğunluq yaranıb. Bir çox əmlak sahibləri isə bu durğunluğu gördüklərinə görə qiymətləri endirməyə məcbur olurlar.
 
İqtisadçılar paytaxtın son illər od tutub yanan mənzil bazarındakı qiymətlərin süni olaraq şişirdildiyini iddia edilər. Onların fikrinə görə, elə bu səbəbdən də, uzun müddət şişirtmə qiymətlərin qalması mümkün deyil. İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, bu ilin birinci yarısında mənzil bazarında qiymət azalmaları davam edəcək.
 
Ekspert bunu bir tərəfdən, alıcılıq qabiliyyətinin aşağı düşməsi, bunun da bazarda tələbin azalmasına səbəb olması ilə əlaqələndirir. Rusiyada yaşayan həmyerlilərimiz də artıq Bakının mənzil bazarında tələb yaratmırlar. Digər tərəfdən isə, manatın bazar dəyəri müəyyənləşdirilmədiyi üçün potensial alıcılar da öz pullarını dollarda saxlamağa üstünlük verirlər.
 
“Evi satanlar isə daha qısa zamanda mənzili satıb pulu xarici valyutaya çevirməyə üstünlük verdikləri üçün bazarda təklif də azalmır. Bu isə mənzil bazarında tələb və təklif arasında kəskin fərq yaradır. Manatın bazar məzənnəsi müəyyənləşənədək əmlak bazarındakı durğunluq qalacaq. Buna görə də, milli valyutanın bazar dəyəri müəyyənləşməzsə, yaxın aylarda əmlak bazarında tələb dəyişməyəcək və bu isə yeni qiymət azalmaları deməkdir. Hal-hazırda mənzillərin qiymətinin artması üçün heç bir ciddi iqtisadi səbəb yoxdur”, - deyə iqtisadçı ekspert bildirir.
 
 
“Bakıda mənzillər maya dəyərinə satılır”
 
Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov isə mənzillərin ucuzlaşması ilə bağlı deyilənlərlə razılaşmır. Ekspertin sözlərinə görə, hazırda paytaxtda mənzillər demək olar ki, maya dəyərinə satılır.
 
“Mən hesab edirəm ki, paytaxtda mənzil bazarının qiymətlərində manatla ifadədə enmə olmayacaq. Çünki bu qiymətlərin ən aşağı göstəricisidir. Təsəvvür edin ki, bu gün Bakıda qiymətlər MDB məkanında ən aşağı qiymətlərdir, bundan aşağı mümkün deyil, çünki hər bir məhsulun maya dəyəri var. Maya dəyərindən aşağı satış mümkün deyil və mən də bundan aşağı düşməni mümkün saymıram”, - deyə N. İbrahimov bildirib.
 
Ekspert hesab edir ki, hazırda mənzil qiymətlərində nominal artım müşahidə olunur. Onun sözlərinə görə, ilin yekununa əsasən belə nəticəyə gəlmək olar ki, Bakının mənzil bazarında manatla ifadədə az da olsa, artım var. Amma buna qiymət artımı demək düzgün olmazdı, bu manatın dəyərinin itirilmə kompensasiyasıdır:
 
 
“Amma dollarla ifadədə azalma var. Ümumən daşınmaz əmlak bazarında iqtisadiyyatın digər seqmentləri ilə müqayisədə qiymət azalması var. Manatla artım digər sahələrə nisbətən daha azdır və dollarla azalma digər sahələrlə müqayisədə daha çoxdur. Artım nominal göstərici ilə ifadədə görünür, bu nominal artımdır, dəyər artımı deyil”, - deyə ekspert bildirir.
 
Mütəxəssislər hesab edirlər ki, hazırda paytaxda ən çox tələbat bina evlərinədir. Lakin insanlar daha çox ucuz bina evlərinə üstünlük verirlər. Amma bununla belə satış o qədər aşağı düşüb ki, hazırda mənzil alanların böyük əksəriyyəti ipoteka krediti ilə mənzil alanlardır, nağd pulla mənzil alanlar isə hazırda yox səviyyəsindədir.
 
Bütün bunlarla yanaşı dolların məzənnəsinin sabitləşəcəyi məqamda da əlindəki dolları evə yatıranların olması bir qədər şübhəli görünür. Bu insanların bir neçə il öncə yatırım kimi aldığı mənzilə görə uduzmasından irəli gəlir ki, bu da manata olan inamın itməsinə səbəb olub.
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : N
Teqlər :
makler - ev - mənzil -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:10-01-2017 16:03 - Oxundu: 1013
Ölkə
29-04-2017 21:09 Tovuzda Milli Qəhrəmanın büstünün açılışı oldu - FOTO
29-04-2017 13:47 Bakıda motosiklet sürücüsü polisə tabe olmadı - VİDEO
29-04-2017 12:36 Bakıda xüsusi təhlükəsizlik tədbirləri keçirilib
29-04-2017 10:58 "Sən bu murdar əti öz doğma bacı-qardaşına satırsan, axı" – Deputat sərt DANIŞDI
29-04-2017 10:47 "Sovetski"də söküləcək evlərin sayı açıqlanıb
29-04-2017 10:42 Bu qurum İqtisadiyyat nazirliyinə verildi- QƏRAR
29-04-2017 10:10 Nobel prospektində yeraltı piyada keçid istifadəyə verilib - VİDEO
28-04-2017 15:14 Şəhid Polkovnikin həyat yoldaşı: Heç olmasa şəhidin adına hörmət edin
28-04-2017 14:54 Azərbaycanın Rusiyadakı səfirliyi bəyanat yaydı
28-04-2017 14:16 "Sosial mənzil" almaq üçün tələb olunan sənədlərin siyahısı...
28-04-2017 11:54 Daxili İşlər Naziri bölgələrdə işləməyə jurnalist axtarır
28-04-2017 11:14 Rejissoru Natiq Axund boşanma mövzusunda qısametrajlı film çəkdi - VİDEO
28-04-2017 10:46 Əflatun Amaşovdan Mariya Zaxarovaya sərt CAVAB
28-04-2017 10:38 Bakıda milyarderin bahalı avtomobili satışa çıxarıldı
28-04-2017 10:34 Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib
28-04-2017 09:34 Qubada müəllimin intiharının SƏBƏBLƏRİ məlum oldu
28-04-2017 09:22 Sumqayıtda parkomatlar quraşdırılır - QİYMƏTLƏR
27-04-2017 16:27 "Elmlər Akademiyası" metrosu qarşısında aksiya-İşçilər etiraz etdi
27-04-2017 16:07 "Beş mərtəbə" dairəsindən istifadə edən sürücülərin nəzərinə - FOTO
27-04-2017 15:00 Tbilisi prospektində tıxaca qarşı yeni plan hazırlanır
27-04-2017 14:38 Keçən il Azərbaycanda 24 649 nəfər inzibati məsuliyyətə cəlb edilib
27-04-2017 13:03 Ölkədə sulu qəlyandan və elektron siqaretlərdən istifadə qadağan edilir
27-04-2017 12:19 Əfv olunmuş məhbusun yerinə başqası azadlığa buraxılıb? - AÇIQLAMA
27-04-2017 12:17 Tikintidə qeyri-rəsmi çalışmaq mümkün olmayacaq
27-04-2017 12:16 Qəbul imtahanında 35433 abituriyentin iştirakı nəzərdə tutulur
27-04-2017 12:09 Nazirlər Kabineti sərəncam verdi
27-04-2017 12:02 Daşkəsən polisi mənşəyi məlum olmayan 1 ton ət aşkarlayıb
27-04-2017 11:36 Nazirliklər parlamentə toplaşdı: siqaretlə mübarizə müzakirə olunur
27-04-2017 11:02 "Azərişığ"ın idarələrindən biri ləğv edilib
27-04-2017 10:34 Avtobuslarda 5 yaşadək uşaqlar üçün ödəniş edilməyəcək
27-04-2017 10:21 Sərnişin daşıyan xidmətlərin məsuliyyətləri artırılıb
27-04-2017 10:16 Metroda həyəcanlı anlar - Qatar tuneldə qaldı - VİDEO
27-04-2017 09:43 "Bəzən ödənişsiz xəstəxanada pul tələb edilir" - Səhiyyə Nazirliyi
26-04-2017 16:59 Vüqar Bayramov: "Vahid taksi qiymətinin tətbiqi rəqabəti boğacaq"
26-04-2017 16:12 Axşam saatlarında bu küçələrdə hərəkət çətinləşəcək
26-04-2017 15:41 Almaniyadan olan turist piyada Azərbaycana gəlib
26-04-2017 14:34 Mətbuat azadlığı reytinqində 180 ölkə arasında 162-ci yerdəyik
26-04-2017 14:34 "SOS Uşaq Kəndləri Azərbaycan" Assosiasiyası uşaq hüquqlarına dair tədbir keçirdi
26-04-2017 12:57 Bakı-Sumqayıt yolunda qəzanı belə sürücülər yaradır - VİDEO
26-04-2017 12:53 Azərbaycan Milli Kitabxanası - FOTOLAR
26-04-2017 12:40 Builki Gül bayramı ilə bağlı - İcra Hakimiyyətindən AÇIQLAMA
26-04-2017 12:30 Azərbaycanda yeni dərman zavodu inşa olunacaq
26-04-2017 12:15 "Azərbaycanda halal turizmlə bağlı standartlar hazırdır"
26-04-2017 11:37 DYP sizi 60 AZN cərimə edə bilər - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
26-04-2017 11:34 Daha 4 "ASAN xidmət" mərkəzi inşa olunur
26-04-2017 11:20 "Kral Holding" Şirkəti məhv olmaq təhlükəsi ilə üz-üzə
26-04-2017 10:59 Artıq texniki nasaz avtomobillər qeydiyyata alınmayacaq
25-04-2017 22:22 Bakıda küçə ticarətinə qarşı REYD
25-04-2017 22:05 Ədliyyə orqanlarında çalışmaq istəyənlər DİQQƏT - VAXT BİTİR
25-04-2017 17:23 Əflatun Amaşov "Şöhrət" ordeni ilə təltif edilib
25-04-2017 16:11 Bakıda metroda maraqlı hadisə kameraya düşdü - VİDEO
25-04-2017 16:04 AİP Məbəs bayramı münasibəti ilə xalqımızı təbrik edib
25-04-2017 15:58 Xaçmaz İcra Hakimiyyəti meymun heykəlinə pul tapır, şəhid ailəsinə yox – FOTO
25-04-2017 15:38 Cəmil Quliyev növbəti dəfə İTV-nin baş direktoru seçilib
25-04-2017 15:21 Azərbaycanda xərçəng xəstəliyindən ölənlərin SAYI açıqlandı
25-04-2017 14:29 Evinizi mehmanxana edə bilərsiniz - QANUN TƏSDİQLƏNDİ
25-04-2017 14:14 Gözün buynuz qişasının idxalı və transplantasiyasına icazə verilib
25-04-2017 14:06 Milli Məclisin foyesində siqaret çəkmək qadağan olunub
25-04-2017 12:51 Korrupsiya haqqında məlumat verənə təzyiq edənlər CƏRİMƏLƏNƏCƏK
25-04-2017 12:36 Əziz Seyidov Ali Məhkəmənin hakimi seçilib

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az